Çingiz Əsgərov: Azərbaycanın Avropa Məhkəməsinə verdiyi vəsatət təmin edilmişdir
05.06.2021 [08:11]
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Ermənistana qarşı ikinci dövlətlərarası şikayət göndərib.
AZƏRTAC xəbər verir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov şikayətlə bağlı şərhində deyib: “Şikayətdə göstərilir ki, Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki minaların xəritələrini təqdim etməkdən imtinası Azərbaycan vətəndaşlarının İnsan Hüquqlarına dair Avropa Konvensiyasının bir sıra müddəalarında nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarır.
Qeyd olunmalıdır ki, Azərbaycan hazırkı dövlətlərarası şikayəti Avropa Məhkəməsinə təqdim edərək, onun Azərbaycanın Ermənistana qarşı 2021-ci il 15 yanvar tarixli birinci dövlətlərarası şikayəti ilə bir icraat çərçivəsində baxılması barədə vəsatət vermişdir.
Eyni zamanda, bu şikayətlə bərabər, Avropa Məhkəməsinə Ermənistanın üzərinə minaların xəritələrinin təqdim etməsinə dair öhdəlik qoyulmaqla barəsində müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında müraciət ünvanlanmışdır.
Avropa Məhkəməsindən daxil olmuş cavab məktubunda bildirilir ki, işə baxan Böyük Palatanın sədri şikayəti öyrənərək ona Azərbaycanın Ermənistana qarşı 2021-ci il 15 yanvar tarixli dövlətlərarası şikayətinin ayrılmaz tərkib hissəsi kimi baxılması qərarına gəlmişdir. Bununla da Azərbaycanın Avropa Məhkəməsinə verdiyi vəsatət təmin edilmişdir.
Həmçinin Avropa Məhkəməsi bildirmişdir ki, müvəqqəti tədbirlərin görülməsi barədə sorğuya məhkəmədə 2021-ci il mart ayında artıq baxılmış və qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmışdır.
Xüsusi vurğulanmalıdır ki, Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular Birgə Bəyanat imzalandığı 2020-ci il noyabrın 10-dan 130-a yaxın insanın həlak olmasına və ya ciddi yaralanmasına səbəb olmuşdur.
İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda 3 mülki şəxsin, o cümlədən 2 jurnalistin minaya düşərək həlak olması və digər 4 nəfərin xəsarət alması göstərir ki, azad edilmiş ərazilərdə minaların qurbanlarının sayı hər gün artır. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Məhkəməsi bu məsələyə xüsusi diqqət yetirməlidir.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

