Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tarif Şurası: Əhali kateqoriyası üzrə elektrik enerjisinin mövcud tariflərinə dəyişiklik edilməyib

Tarif Şurası: Əhali kateqoriyası üzrə elektrik enerjisinin mövcud tariflərinə dəyişiklik edilməyib

01.07.2021 [09:04]

Əhali kateqoriyası üzrə elektrik enerjisinin mövcud tariflərinə hər hansı dəyişiklik edilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının elektrik enerjisi üzrə qərarına dair izahedici şərhində deyilir.
Tarif (qiymət) Şurası 2021-ci il 30 iyun tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirərək bildirir ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat/saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur.
Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib.

Paylaş:
Baxılıb: 674 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30