Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İsraildəki həmvətənlərimiz Dövlət Komitəsini təbrik ediblər

İsraildəki həmvətənlərimiz Dövlət Komitəsini təbrik ediblər

05.07.2021 [12:36]

"Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyası yaradılmasının 19-cü ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib. Assosiasiyanın sədri Lev Spivakın Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı təbrik məktubunda bildirilib ki, bu dövlət qurumunun yaradılması xaricdə yaşayan azərbaycanlılar və Azərbaycandan olan bütün həmvətənlərimiz üçün ən əlamətdar və taleyüklü hadisə olub.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərmanın 5 iyul 2002-ci il tarixində unudulmaz dahi siyasətçi Heydər Əliyev tərəfindən imzalandığını xatırladan assosiasiya sədri qeyd edib ki,həmin gündən Azərbaycandan olan həmvətənlərimiz təkcə Vətənlə əlaqənin bərpa olunmasını deyil, həm də dünyada Azərbaycanla bağlı baş verən bütün hadisələrə aid olduqlarını hiss etdilər.

"Sizin komitəyə rəhbərlik etdiyiniz illərdə isə həmvətənlərimizin təbliğat fəaliyyətinin gücləndirilməsi sayəsində dünya ictimaiyyəti Azərbaycan tarixi, mədəniyyəti və adət-ənənələri haqqında daha çox bilgiyə sahib oldu. Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdə Dağlıq Qarabağ həqiqətləri, 20 Yanvar, Xocalı faciələri və sair barədə əsl həqiqətlər yerli ictimaiyyətlərə çatdırılır" deyə, məktubda vurğulanır. 

Komitənin müxtəlif ölkələrdəki azərbaycanlıların dəstəklənməsi, Azərbaycanın milli maraqlarının qorunması, dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmləndirilməsi və onların milli kimliyinin qorunub saxlanılması istiqamətində fəal iş apardığını vurğulayan L.Spivak ürək sözlərini belə ifadə edib: "Hörmətli Fuad Rauf oğlu! Komitənin əziz əməkdaşları! Biz sizin dünya azərbaycanlılarının həmrəyliyi işinə bəxş etdiyiniz töhfələri çox yüksək qiymətləndiririk və Vətənimizin – Azərbaycan Respublikasının rihafı naminə fəaliyyət göstərməyiniz üçün hamınıza cansağlığı və güc arzulayırıq".

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31