“Azərsu” 2020-ci ilin maliyyə hesabatını hazırlayıb
22.07.2021 [12:05]
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci bəndinə əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə uyğun olaraq illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hazırlanıb və bu hesabatlar müstəqil auditor təşkilatı tərəfindən audit edilib. 2020-ci il dekabrın 31-nə ASC-nin əsas vəsaitləri 115,6 milyon manat artaraq 942,7 milyon manat təşkil edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, hesabat dövrünün cari zərəri 323,2 milyon manat olub, bu da 2019-cu ilə nisbətən (2019-cu ildə 593,5 milyon manat) 270,3 milyon manat azdır. Cari zərər əsas etibarilə əsas vəsaitlərin qiymətdəndüşmə zərəri (207,8 milyon manat) hesabına yaranıb. Hesabat ilinə “Azərsu”nun artan yekunla əks olunan yığılmış zərəri 7,3 milyard manat olub ki, bunun da 6,8 milyard manatı ASC-nin əsas fəaliyyəti nəticəsində deyil, maddi və qeyri-maddi aktivlərinin qiymətləndirilməsi və qiymətdəndüşməsi ilə əlaqədar yaranıb.
2020-ci ildə satışdan gəlirlər 184,2 milyon manat təşkil edib və 2019-cu ilə nisbətən 8,8 milyon manat az olub. Gəlirlərin azalması əsasən koronavirus (COVID-2019) pandemiyası şəraitində qeyri-əhali qrupu kateqoriyasına aid olan bir sıra abonentlərin (təhsil ocaqları, ictimai iaşə, turizm və istirahət obyektləri, şadlıq sarayları və sair) fəaliyyətinin tam və ya qismən məhdudlaşdırılması ilə əlaqədardır.
Qeyd edilməlidir ki, maliyyə hesabatlarının hazırlanması prosesində beynəlxalq standartların tələblərinə uyğun olaraq əsas vəsaitlərin qiymətləndirilməsi və qiymətdəndüşməyə testləşdirilməsi həyata keçirilir. Bazar dəyəri olan əsas vəsaitlərin ədalətli dəyəri müəyyən olunur. Xüsusiləşdirilmiş aktivlərə isə bir vahid (pul axını yaradan aktiv) kimi baxılır. ASC-nin növbəti 5 il üçün gəlir-xərc proqnozları əsasında bu aktivlərdən istismar dövrü ərzində gözlənilən gəlirlilik müəyyən edilir və illər üzrə diskontlaşdırılır. Bu məbləğlə aktivlərin cari dəyəri arasındakı fərq dövr üzrə qiymətdəndüşmə zərərini əks etdirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13

