Vətəndaşlar yalnız vaksinasiyadan keçərək COVID-19 bəlasından sığortalana bilərlər
17.08.2021 [14:27]
Bir aydan çoxdur ki, ölkəmizdə COVID-19-a yoluxma sayında yenidən artım müşahidə olunur. Bir neçə ay əvvəl yoluxma sayı xeyli azalsa da, iyunun sonlarından etibarən günbəgün artan rəqəmlər bəzi günlərdə artıq 3 mini ötüb. Ekspertlər hesab edirlər ki, əgər yoluxma sayı kəskin şəkildə artarsa və xəstəxanalar dolarsa, yenidən qapanmaların olması qaçılmazdır.
Məsələ ilə bağlı TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun həkim-infeksionisti Natiq Əliyev bildirib ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının yenidən artması narahatedici vəziyyətdir. Onun sözlərinə görə, yoluxma sayındakı sürətli artım dinamikasının bir sıra səbəbləri var: “Birincisi, cəmiyyətdə koronavirus əleyhinə vaksinasiyaya meyillilik aşağı səviyyədədir. Nəzərə almaq lazımdır ki, vətəndaşlar yalnız vaksinasiyadan keçərək həm özlərini və ailələrini, həm də bütün cəmiyyəti COVID-19 bəlasından xilas edə bilərlər. Vaksinasiya olunmuş vətəndaşlar koronavirusa yoluxduqları halda infeksiyanı yüngül keçirir və onların ölüm riski, demək olar ki, olmur. Vaksinasiyadan keçənlərin sayı az olarsa, xəstəliyə qarşı kütləvi immunitet formalaşmaz”.
“Peyvəndləməyə maraq az olduqca, xəstəlik sürətlə yayılacaq və ağırlaşmış xəstələrin sayı artacaq. Belə olan halda, yəqin ki, sərt karantin rejiminin tətbiqi qaçılmazdır. Hətta iki doza vaksin vurduranlara üçüncü dozanın da vurulması məsləhət görülür. Sadəcə nəzərə almaq lazımdır ki, vaksinasiyanın ikinci mərhələsindən 6 ay vaxt keçmiş olsun”, - deyə həkim-infeksionist bildirib.
N.Əliyev koronavirus infeksiyanın son dövrlər daha çox müşahidə edilən simptomları barədə məlumat verib: “El arasında “soyuqdəymə” deyilən bakterial infeksiyanın əsas əlamətləri olan burun tutulması və boğaz ağrısı indi COVID-19-un da simptomları kimi özünü göstərir. Belə şikayətləri olan koronaviruslu xəstələr aldanır. Yəni düşünürlər ki, bu, adi soyuqdəymədir və keçib gedəcək. Ona görə də nə koronavirus testindən keçir, nə də özlərini izolyasiya edirlər. Ətrafındakılarla kontakta davam edən belə xəstələr infeksiyanı başqalarına yoluxdururlar. Hazırda yoluxmanı artıran əsas səbəblərdən biri də budur”.
MÜŞFiQƏ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

