Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd edilib
31.08.2021 [09:45]
Avqustun 30-da Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun təşkilatçılığı ilə Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib. Əvvəlcə, Türk dünyasının böyük oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib, tədbir iştirakçıları Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını ifadə ediblər.
Tədbir Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam edib.
Qeyd edək ki, görkəmli dövlət xadimi, istedadlı hərbçi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazanıb. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil olub. Bu zəfər türk xalqının 1919-cu ildə başladığı istiqlal mücadiləsinin hərb zirvəsi, minlərlə şəhid qanı ilə suvarılan Vətən torpağının düşmən tapdağından xilası idi. Qurtuluş savaşında Azərbaycan xalqı da qardaş Türkiyə xalqına dəstək olub, döyüşlərdə iştirak edərək şəhidlər verib.
Böyük tarixi kökə malik olan Azərbaycan-Türkiyə əlaqələrinin əsasında möhkəm dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri dayanır. Hər iki dövlətin qurucularının - Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Qardaş Türk xalqının öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət iki dövlətdir” kəlamları Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən mükəmməl konsepsiyadır. Bu konsepsiya ötən il 44 günlük Vətən müharibəsində də özünü ən parlaq şəkildə göstərib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

