Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

26.10.2021 [12:27]

Ağır yaralanan daha 4 qazimiz - Tağıyev İlkin Həmid oğlu, İsmayılov Seymur Sabir oğlu, Şirəliyev Mehman İbrahim oğlu, Orucov Samir Surxay oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə Fonddan yeniazerbaycan.com-a məlumat verilib. Bildirilib ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 144 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 98-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:

https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

Paylaş
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30