Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Baş nazir ən böyük büdcə üçün Milli Məclisə gəldi

Baş nazir ən böyük büdcə üçün Milli Məclisə gəldi

03.12.2021 [23:26]

Etiraz edən deputata - “görüşüb, izahat verərəm”

Günel Abbas

Dekabrın 3-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Baş nazirin və hökumət üzvlərinin də iştirakı ilə keçirilən toplantının gündəliyinə 33 məsələ daxil idi.

Öncə Milli Məclisin Sədri noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən poliqonda təlim uçuşları yerinə yetirərkən qəzaya uğradığını xatırladaraq 14 hərbi qulluqçumuzun həlak olduğunu, 2 hərbi qulluqçumuzun isə yaralandığını qeyd etdi. Sahibə Qafarova həlak olanlara Allahdan rəhmət dilədi, yaralı hərbi qulluqçularımıza şəfa arzuladı. Spikerin təklifi ilə həmin qəzada şəhid olan hərbi qulluqçularımızın xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad olundu.

Sonra Sahibə Qafarova parlament nümayəndə heyətinin Sankt-Peterburq və Madrid səfərləri barədə Milli Məclisə məlumat verdi.

Sədr bildirdi ki, Sankt-Peterburq şəhərinə səfərdə məqsəd MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak etmək idi. S. Qafarova, həmçinin 26 noyabr görüşü barədə detalları da diqqətə çatdırdı: “Noyabrın 26-da MDB-nin Parlamentlərarası Assambleyasının əlli üçüncü   plenar iclası keçirilib və həmin iclasda etdiyim çıxışda bir sıra məsələlərə münasibət bildirməklə yanaşı, 44 günlük Vətən müharibəsində Qələbə sayəsində azad olunan ərazilərimizdə  genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanılması barədə də məlumat verilib”.

Onun sözlərinə görə, görüşlərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min nəfər haqqında,  44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı qələbədən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və bərpa işləri barədə də məlumat verilib, eyni zamanda, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməməsi, sərhədlərin delimitasiyası və demarkasiyası kimi mühüm məqamlara toxunulub.

Sədrin çıxışının ardından “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”,  “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunları üçüncü oxunuşda səsverməyə çıxarıl?ıqdan sonra qəbul edildi.

Sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Deputat Sabir Rüstəmxanlı qanun layihəsi barədə öz iradını bildirdi: “Mən ötən dəfə rüsumların, cərimələrin artırılmasının əsaslandırılmasını xahiş etmişdim. Mən deyəndə ki, rüsumlar iki dəfə artırılır, komitə sədri Tahir Mirkişili buna etiraz etdi, dedi ki, 2-3 dəfəlik artım olmayıb. Hər bir deputat məsuliyyətli olmalıdır. Layihədə dəyişikliklər, rəqəmlər göz önündədir. Bu rəqəmlərin hamısını yazmağa hövsələm çatmadı. 50-100 faiz aralığında rüsumların artımı göz önündədir. Komitə sədri hansı əsasla deyir ki, artım yoxdur?”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə qeyd etdi ki, S. Rüstəmxanlı keçən dəfə 2-3 dəfə artımın olduğunu demişdi, ona cavab olaraq da layihədə 3 dəfəlik artımın olmaması, artımın ortalama 30-40 faiz arasında olması deyilib: “İndi dedikləri isə fərqli rəqəmlərdir. Sabir Rüstəmxanlının başqa fikri olarsa, görüşüb, izahat verərəm”.

Plenar iclasda Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə,  Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihələrinə də üçüncü oxunuşda müsbət münasibət bildirildi.

Büdcə zərfinə daxil olan qanun layihələri qəbul edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Milli Məclisdə çıxış etdi. Baş nazir koronavirusla mübarizə məqsədilə dövlət büdcəsindən  xərclənən vəsait barədə məlumat verdi. Bildirdi ki, bu səbəblə büdcədən 1,6 milyard manatdan çox vəsait xərclənib. Zəngəzur dəhlizinin ölkəmizin iqtisadi inkişafı üçün əhəmiyyətindən danışan Əli Əsədov Füzuli Beynəlxalq Hava Limanının artıq istifadəyə verildiyini vurğuladı, Laçın və Zəngilanda da hava limanlarının inşasına başlanıldığını diqqətə çatdırdı. Baş nazir növbəti ildə də pandemiyanın təsirlərindən qorunmağa ehtiyac olduğunu qeyd etdi. Bildirdi ki, iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əli Əsədov vurğuladı ki, 2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümlüdür.

Əməkhaqlarının, sosial müavinətlərin, pensiyaların artırılması üçün əhəmiyyətli maliyyə təminatı yaradıldığını qeyd edən Əli Əsədov şəhid ailələrinin, qazilərin məsələlərini dövlətimizin daim diqqət mərkəzində saxladığını vurğuladı: “2022-ci ilin dövlət büdcəsi miqyasına, istər gəlir və xərclər həcminə, istərsə də sosialyönümlülüyünə görə müstəqil Azərbaycanın ən böyük büdcəsidir. Hamımız böyük fəxr hissi keçiririk ki, bir il bundan əvvəl işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilib”.

Baş nazir qeyd etdi ki, hökumət növbəti ildə də iqtisadi dayanıqlılığın təmin olunmasını, makroiqtisadi sabitliyin qorunmasını və milli valyuta məzənnəsinin dayanıqlılığının artırılmasını, sosial müdafiə və pandemiya ilə mübarizə tədbirlərinin ardıcıl davam etdirilməsini, işğaldan azad olunmuş ərazilərin bərpasını, yenidən qurulmasını və ölkə iqtisadiyyatına inteqrasiyasını, ölkəmizin hərbi qüdrətinin daha da artırılmasını, təhsil, səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsini, ərzaq təhlükəsizliyinin təmin edilməsini, iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasını prioritet vəzifələr kimi müəyyənləşdirib. Ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyin daha da gücləndirilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşımızda qoyulan əsas vəzifələrdən biridir. Ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, Ordumuzun müasir hərbi texnika və silah-sursatla təchizatı, təhlükəsizliyin təmin olunması məqsədilə zəruri hərbi infrastrukturun yaradılması, hərbiçilərin sosial məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər üçün maliyyə təminatının yaradılması hökumət üçün əsas prioritet xərclər sırasındadır.

Baş nazir onu da vurğuladı ki, hazırda ölkəmizdə qazlaşdırılması həyata keçirilməyən hər hansı region yoxdur: “Halbuki bir müddət əvvəl qaz təchizatı olmayan rayon və şəhərlərin sayı kifayət qədər çox idi. Rayonlar üzrə hər hansı ayrı-seçkiliyə yol verilmədən ölkə ərazisində qazlaşdırılmanın başa çatdırılması hökumətin əsas hədəflərindən biridir. Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96,19 faiz təşkil edir. Ümumiyyətlə, ölkə üzrə 2 milyon 400 mindən çox abonent mövcuddur ki, onların 95,5 faizi əhalidir”.

Çıxışın sonunda Əli Əsədov aparılan işgüzar müzakirələrə, verilən dəyərli təklif və tövsiyələrə görə Milli Məclisin rəhbərliyinə və bütün deputatlara təşəkkürünü bildirdi. Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin iclaslarında iştirakına görə Baş nazirə və hökumət üzvlərinə təşəkkür etdi, dövlət büdcəsinin və digər büdcə sənədlərinin icrasında onlara uğurlar arzuladı.

İclasda “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihələri təsdiqləndi. Sonra deputatlar “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəyə üçüncü oxunuşda müsbət münasibət bildirildi. 

Həmçinin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalının, həmçinin  “Müdafiə sənayesı sahəsində əməkdaşlığa görə” medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə iki məsələyə də baxıldı və hər 2 qanun layihəsi ikinci oxunuşda qəbul edildi. 

Plenar iclasda “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi və Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə”, Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi barədə” qanun layihəsi birinci oxunuşda qəbul olundu.

Sonra deputatlar “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 20.14-cü maddəsinə edilən  dəyişiklik barədə qanun layihəsinə münasibət bildirdilər.   Qanun layihəsinin müzakirəsində çıxış edən deputat Fazil Mustafa dedi ki, 44 günlük savaşda görünməyən, amma böyük xidməti olanlar kəşfiyyat və əks-kəşfiyyatda çalışanlardır: “Onların gördüyü işi alqışlayırıq. Onların adı çox zaman çəkilmir, amma böyük işlər görürlər. Onların sosial problemləri, maaşları, təminatı həll edilməlidir. Əli Nağıyev bu xidmətə təyin ediləndən sonra bu sahədə yeni dövr başladı. Sahibkarları soyan, repressiya edən qurumdan Azərbaycan dövlət maraqlarını qoruyan, peşəkar qurum gördük. Bu da müharibə zamanı özünü gös?ərdi. Amma biz bu gün bir sıra qanunlarda cərimələrlə bağlı dəyişiklik etdik. Cərimələrin edilməsini həyata keçirən qurumlara onların hansısa faizinin saxlanılmasını ləğv etdik. Hər şey büdcəyə toplanmalı, oradan ayrılmalıdır. Mən təklif edirəm ki, büdcədən əks-kəşfiyyata daha çox maliyyə ayıraq, başqa imkanlarını artıraq”.

Siyavuş Novruzov bildirdi ki, müharibə zamanı təhlükəsizlik qüvvələri böyük işlər görüb Azərbaycanda hər hansı bir təxribat baş vermədi: “Onların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların sosial problemləri, mənzil şəraitləri yaxşılaşdırılmalıdır. Hesab edirəm ki, 5 faiz azdır. Elə işlər var ki, o dərhal yerinə yetirilməlidir. Bəzən bir avtomobil almaq üçün 5 dəfə Maliyyə Nazirliyinə getmək lazım gəlir. Bu, yalnız xüsusi xidmət orqanlarının əməkdaşlarının sosial problemləri ilə bağlı deyil. Hesab edirəm ki, qanun qəbul edilməlidir”.

Komitə sədri Ziyafət Əsgərov isə qeyd etdi ki, xüsusi xidmət orqanları sutkada 24 saat işləyir: “Mən burada 5 faiz məsələsində qeyri-adilik görmürəm. Hətta Siyavuş müəllimin fikrini dəstəkləyirəm ki, 5 faiz azdır”.

Beləliklə, Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

 

Paylaş
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31