Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Kampaniya” - dönər alana zəhər hədiyyə

“Kampaniya” - dönər alana zəhər hədiyyə

14.12.2021 [11:00]

MÜŞFİQƏ

Bakıda dönərdən kütləvi zəhərlənmənin olması hansı məsələləri yenidən aktuallaşdırır?

Xəbər verildiyi kimi, dekabrın 12-də saat 13:00-17:00 aralığında Bakıda dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Dönər Market”də baş verib. Zəhərlənən 8 nəfər səhər saatlarında Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Bu barədə Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib. Bildirilib ki, zəhərlənən şəxslər bir ailənin üzvləri deyil, ayrı-ayrı şəxslərdir. Həmin şəxslər müxtəlif saatlarda obyektdən toyuq dönər alıblar. Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə 16 yaşlı yeniyetmə olub. Yeniyetmə isə Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi RPİ-də bununla bağlı araşdırmalar aparılır.  Bununla yanaşı, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Zəhər saçan dönərxana bağlandı

Biz də Şəmsi Bədəlbəyli küçəsində yerləşən kütləvi zəhər saçan “Dönər Market”ə baş çəkdik. Hadisə yerində olan zaman öyrəndik ki, obyektin fəaliyyəti hadisə günündən etibarən dayandırılıb. Dönərxananın ətrafı lentlə əhatəyə alınıb. Obyektin yaxınlığında isə mənzərə isə ürəkaçan deyildi. Hadisə baş verən məkanın ətrafında sorğu keçirdik. İnsanlar bu barədə xəbərsiz olduqlarını, hətta ilk dəfə bizdən eşitdiklərini deyirdilər. Eyni cavabı yaxınlıqdakı dönərxananın işçilərindən də eşitmək olardı. İnsanlar yenə də heç nəyə məhəl qoymadan dönərxanalara axın edirdilər.

Tələbələrin qəsdinə duranlar

Bir kiloqram mal ətinin qiyməti 12-14 manat civarında olduğu halda, insanların sıx toplaşdığı yerlərdə 1 manat 50 qəpik, 2 manata dönər satılır. Bu qiymətləri müqayisə etsək, arada kəskin fərq olduğunu görmüş olarıq. Sözügedən obyektdə də bir dönər və bir ayranın qiyməti 2 manat 80 qəpikdir. Dönərçilərin sözlərinə görə, bir kq ətdən 10-11 dönər hazırlanır. Bəs necə olur ki, dönər belə ucuz qiymətə satılır? Dönər satanlar necə qazanırlar? Yoxsa onların satdıqları heç də təmiz ət deyil? Məşhur məsəlimizdə deyildiyi kimi -  ucuz ətin şorbası olmurmuş. “28 May” metrostansiyasının ətrafında bir neçə təhsil ocağı fəaliyyət göstərir. Ekspertlərin fikrincə, təhsil ocaqlarının ətrafında bu cür dönərxanaların olması gənc və yeniyetmələrin həyatına təhlükə mənbəyidir.

 

 

Paylaş
Baxılıb: 191 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31