Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sosial müavinət və təqaüdlər artırıldı

Sosial müavinət və təqaüdlər artırıldı

21.12.2021 [10:40]

Hansı sahələri və neçə min insanı əhatə edəcək?

Nicat Dilqəmli

Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində, xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsini təmin edir. Belə ki, Prezident “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına dəyişikliklə bağlı yeni  sənəd imzalayıb.

Büdcədən 200 mln. manat...

Sosial müavinət və təqaüdlərin artırılması 732 min nəfəri əhatə edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, müavinət və təqaüd artımı bu kateqoriyalara aid şəxsləri əhatə edir: Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər; Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər; Yaşa görə müavinət alanlar; Ailə başçısını itirməyə görə müavinət alanlar; Müddətli hərbi xidmətdə olanların uşaqları; Uşaqların qəyyumları; Beşdən çox uşağı olan qadınlar; Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr; Övladlığa uşaq götürənlər; İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları; “Xalq” və “Əməkdar” fəxri adı olanlar; Doktorant və tələbələr.

Yeni sənədlər ümumilikdə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edəcək.  Artıma gələn ilin əvvəlindən start veriləcəyi gözlənilir.

Fərmana əsasən, yaşa görə müavinət 130 manatdan 180 manata;

I dərəcə əlilliyi olan şəxslərin müavinəti 150 manatdan 220 manata;

II dərəcə əlilliyi olan şəxslərin müavinəti 130 manatdan 180 manata;

III dərəcə əlilliyi olan şəxslərin müavinəti 110 manatdan 120 manata artırılır.

Bundan başqa, dəyişikliyə görə:

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların müavinəti 150 manatdan 200 manata; 

ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata;  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarının müavinəti 100 manatdan 120 manata;

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata;

bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata;

övladlığa götürülən uşağa görə müavinət 160 manatdan 200 manata; övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət 480 manatdan 600 manata;

uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata;

dəfn üçün birdəfəlik müavinət 300 manatdan 350 manata qədər artırılıb.

Eyni zamanda, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdünün məbləği 50 manatdan 80 manata qaldırılır.

Fərmana əsasən, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manatdan 70 manata qaldırılır.

Artım təhsil sahəsini də əhatə edir

Belə ki, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla da doktorantura pilləsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd 300 manatdan 360 manata;  fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən müavinət 180 manatdan 216 manata qaldırılır. Bundan başqa, dəyişiklikliyə əsasən, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə verilən təqaüdün məbləği 170 manatdan 204 manata artırılır. Eyni zamanda, magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 145 manatdan 174 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüd 120 manatdan 144 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüd 80 manatdan 96 manata qaldırılır. Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 130 manatdan 156 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüd 110 manatdan 132 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manata artırılır. Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüd 60 manatdan 72 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manata qaldırılır. Peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manata, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə verilən təqaüd 60 manatdan 72 manata, akademik göstəriciləri “3” - “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manata artırılır.

Fəxri adlara görə ...

Sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 150 manatdan 180 manata, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manatdan 120 manata artırılır.

Prezident təqaüdü də artırılıb

Fərmana əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manatdan 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manatdan 200 manata qaldırılır.

 

 

 

Paylaş
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31