Qəbul imtahanlarında iştirak etmək üçün möhlət...
15.03.2022 [10:27]
Yeni qərar dövlət başçısının prioritet olaraq irəli sürdüyü fikrinin davamıdır
Günel ABBAS
Son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı vətəndaş müraciətləri ünvanlanırdı. Müraciətlərin mətni əvvəlki ilin məzunlarına hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı idi. Bunu nəzərə alaraq, Dövlət Xidməti tərəfindən 2022/2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı dəyişikliklər edildi.
Dəyişiklikləri təhsil eksperti Elçin Əfəndi ilə ətraflı müzakirə etdik. O, “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, bu dəyişikliklərin həyata keçirilməsi ilə bağlı martın 10-da geniş ictimaiyyətə müraciət mətni ünvanlayıb: “Nəhayət müraciətimin nəticəsi kimi 18 yaşı 01.05.2022-ci il tarixdən sonra tamam olacaq əvvəlki ilin məzunlarına cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmələri üçün imkan yaradıldı. Eləcə də ali məktəblərə sənəd qəbulu zamanı qeyd olunan kateqoriyadan olan vətəndaşların hərbi vəzifəsi ilə bağlı SHXÇDX-nin vahid elektron informasiya sisteminə heç bir sorğu edilmədən “Abituriyentin elektron ərizəsi” birbaşa təsdiq ediləcək. Faktiki qərarla 2000-ə yaxın əvvəlki ilin məzunu olan abituriyent müsabiqədə iştirak edəcək. Bu, SHXÇDX tərəfindən abituriyentlərin xeyrinə atılan bir addımdır. Dövlət başçısının təhsil sahəsində hər zaman prioritet olaraq irəli sürdüyü fikir təhsilin əlçatan olmasının təşkili ilə bağlıdır.
Onu da qeyd edim ki, həmin şəxslərin müsabiqəyə qatılması abituriyentlərin əlavə mübarizə aparması anlamına gəlir. Ümumi imtahan nəticəsi əvvəlki illərə nisbətən yüksək olacaq və bu, ballara da öz təsirini göstərəcək. Bununla yanaşı əvvəlki ilin məzunları hazırlıqlara gedirdilər, qəbul olmadıqları halda illər boyu çəkilən əziyyət hədər gedirdi. Yeni qərarla bu cür xoşagəlməz hallar da aradan qalxacaq.
Hər halda qərar fevralın 1-dən aprelin 30-na qədər 18 yaşı tamam olacaq şəxslərə də şamil edilsə, yaxşı olardı. Ancaq nəzərə alsaq ki, konstitusiyaya uyğun olaraq aprel ayı çağırış ayıdır, bunu anlamaq mümkündür. Ümumilikdə isə qərarın qəbul edilməsi abituriyentlərə həm maddi, həm də mənəvi olaraq böyük dəstəkdir.
Salyan rayonu H.Şahbazov adına Kərimbəyli kənd məktəbinin tarix müəllimi Sadıqov Elçinin sözlərinə görə bu, abituriyentlərin gələcəkləri haqda yeni addımlar atması üçün bir şansdır: “Onların arzusu tələbə olmaqdır. Bunu bacara bilməyəndə hərbi xidmətə gedirdilər. Oradan qayıdandan sonra isə yenidən hazırlaşmağa həvəsləri qalmırdı. Ali təhsil fərdlərin şəxsiyyət kimi formalaşmasında böyük əhəmiyyətə malikdir. Bundan faydalana bilməyən gənclər cəmiyyətdə öz mövqelərini tutmaqda çətinlik çəkirdilər. Belə halların baş verməsini əngəlləmək və gələcəyimizin etibarlı əllərdə olması üçün təhsil alanların sayını artırmalıyıq”.
Birinci cəhd bakalavr imtahanında uğursuzluqla üzləşən Ömər Məmmədli də qərarın qəbul olunmasından sevinənlərdən biridir. O deyir ki, bu qərar universitetə hazırlaşan, onsuz da ciddi psixoloji təzyiq altında qalan abituriyentin özgüvənini və bir qədər də rahatlığını artırır: “Əvvəl çağırış vaxtına az qalma səbəbindən tədris materiallarını bir qədər dayaz öyrənirdiksə, indi vaxt məhdudiyyəti olmadığı üçün dərslərə tam fokuslana bilərik. Əminəm ki, hər zaman gənclərin yanında olan dövlətimiz bundan sonra da bənzər qərarlar verəcək. Fürsətdən istifadə edib universitetə hazırlaşan bütün abituriyentlərə uğurlar arzu edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

