Aşıq Qərib, niyə özünü qəribə aparırsan?
05.04.2022 [11:01]
Aprelin 3-də Opera və Balet Teatrının səhnəsində Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” tamaşası göstərilirdi. Hər zaman bu sənət məbədində möhtəşəm əsərlər yüksək sənətkarlıqla nümayiş etdirilib. Klassik musiqidən zövq alacağımız ən gözəl məkan heç şübhəsiz ki, məhz bu teatrdır. Öncə onu qeyd edim ki, tamaşaçı zalı ağzına qədər dolu idi və hər kəs maraqla tamaşanın başlamasını gözləyirdi. Maraqlı bir məqama toxunmasam, olmaz. Tamaşa başlayandan 20 dəqiqə sonra, iftar zamanı telefonlarda azan səsləri kəsmək bilmirdi. Bəlkə elə buna görə idi ya nə üçünsə, fasilə verildi. Həm tamaşaçılar, həm aktyorlar iftarı açmaq imkanı qazandılar-əlbəttə, bir şüşə su və yüngülvarı şirniyyatla. Necə deyərlər, opera teatrının zalında iftar etmək də qismət oldu.
Baş rollarda Elnur Zeynalov, Aytən Məhərrəmova çıxış edirdilər. Düzünü desəm, bu tamaşaya hər zaman ifalarını sevərək dinlədiyim Elnur Zeynalovun əsas partiyanı ifa etdiyinə görə getmişdim, amma baş qəhrəmanın ifası məni məyus etdi. Elnur Zeynalov səhnədə çox həvəssiz, könülsüz və çox quru oyun nümayiş etdirirdi. Sanki tamaşadan öncə kimsə xətrinə dəymiş, o da səhnəyə məcbur qaldığı üçün çıxmışdı. Aytən Məhərrəmova Şahsənəmin Qəribə olan sevgisini hər nə qədər ürəkdən ifa edirdisə, Qərib də özünü ona qarşı bir o qədər sönük aparırdı. İfa hətta tamaşaçıların da narazılığına səbəb olmuşdu. Məşhur filmdə deyildiyi kimi “emosiya çatışmırdı”. Buna görə idi ki, Şahsənəmi zorla almaq istəyən, Qəribin ölməyini arzu edən Şahvələd obrazının çılğın, qəzəbli ifasını monotonluqdan yorulmuş izləyicilər alqışlarla qarşıladılar. Şahvələdin hissləri o qədər gerçək görünürdü ki, qızın sönük Aşıq Qəribdənsə, ona dəli kimi aşiq olan Şahvələdə qismət olmasını arzu elədim. Halbuki süjet xəttinə əsasən, Aşıq Qəriblə Şahsənəm bir-birilərinə buta verilmiş, qədərləri ilahi tərəfindən yazılmışdı.
Aktyorların səhnə geyimi zövqlə hazırlanmışdı, səhnə dekorasiyaları da rəngarəng və könülaçan idi. Yalnız, ilk pərdədə birinci şəkilin yanlış seçildiyini deməsəm, olmaz. Birinci pərdə Təbriz şəhərində baş versə də, fondakı şəkil Bakı mənzərəsi idi - dəniz, minarələr, qumlu sahil və.s.
Son pərdədə Aşıq Qəribin Ərzurum paşasının sarayında aşıqlıq etdiyi göstərilsə də, Ərzurum paşasının İran hökmdarlarının qiyafəsində olması da bir qədər fikri qarışdırır.
Əsər klassik əsərdir bu, aydın məsələdir, lakin hər rejissor verdiyi quruluşda ona yeni bir nəfəs, yeni bir element qata bilər. Aşıq Qərib operasında söhbət saz aşığının taleyindən gedirdisə, ən azından aşıqların deyişmə səhnəsində saz səsi eşidə bilərdik. Təəssüf ki, hətta sazla ifa səhnələrində belə orkestr və ya tar çalırdı.
Aşıq Qəriblə Şahsənəmin görüş səhnəsində də müəyyən xətalar var idi. Məlum məsələdir ki, orta əsrlərdə yad bir adam xanımların olduğu həyətə rahatlıqla daxil ola bilməzdi. Qəribin küçədəki səsini eşidib həyəcan keçirən Şahsənəm hasarın dibində boylanır və bu zaman Qərib həyətə girir.
Ümumiyyətlə, aşığın 7 illik səfəri zamanı yaşadığı macəralara da toxunulmayıb. Liberettoda olmasa belə, bunun həll yolunu rejissor tapa bilərdi. Qəribin 7 illik ayrılıqdan sonra anası ilə görüş səhnəsi də istər-istəməz məyusluq verirdi. Nə bir oğul həsrətini gördük, nə oğul yolu gözləyən ananın həyəcanını. Qısası, “Aşıq Qərib” operasında isə hər şey var idi, bir tək aşiq Aşıq Qərib yox idi.
Dost sözü acı olmaz. Ümid edirik ki, diqqətə çatdırdığımız məqamlar teatr kollektivi tərəfindən sağlam tənqid kimi qəbul edilər.
İlhamə HƏKİMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

