Məhkum körpələr və məhkum analar
20.04.2022 [10:55]
Müşfiqə BAYRAMLI
Dünyanın acı reallığı nədir desəniz, heç düşünmədən həbsxanalarda dünyaya göz açmış körpələrin həyatıdır, deyərdim. Əfsuslar olsun ki, anaları ilə azad doğulmayan körpələrin sayları heç də az deyil. Belə körpələr oyuncaqları ilə oynamadan, öz beşiklərində yatmadan, isti ailə mühiti görmədən böyüyürlər. Hər birinin isə özünəxas həyat hekayəsi olur. Bu hekayələrə işıq tutmaq üçün Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün penitensiar müəssisələrdən birinə yollandıq. Müəssisənin ucsuz-bucaqsız dəhlizi, sıra ilə düzülmüş pəncərələri, o pəncərədən azad insanlara boylanan intizarlı baxışlar görünürdü...
Bizi öncə otaqlara həyat enerjisi qatan uşaq səsləri, sonra da üzlərindən peşmanlıq hiss edilən analar qarşıladı.
Dörd divarlıq bir həyata məhkum edilən Gülər
Narkotikanın məhv etdiyi həyatlardan birinin adı Gülərdir. Gülər hələ 8 aylıqdır. Körpə yaşında həyatın böyük sınağından keçir. Valideynlərinin səhlənkarlığı ucbatından dünyaya gözlərini həbsxanada açmaq məcburiyyətində qalıb. Atası ilə anası narkotik vasitəsi ilə yaxalandığı üçün həbs edilib. Gülər başqa uşaqlar kimi əyləncə parklarında oynamaq əvəzinə, dörd divar arasında böyüyür. Yaşadığı otağın hər bir küncündə onun həyat hekayəsi var. İlk dəfə iməkləməsinə, addımına, ilk kəliməsinə belə yalnız anası və bu divarlar şahidlik edir.
Gülərin nə bacısı, nə də qardaşı var. Onun tək varlığı bir anasıdır, atası da həbs edilib. Başqa pəncərələrdən eyni səmaya baxsalar da, hələ bir-birinin üzünü görməyiblər. Anası Gülzar ilə həyata bərk-bərk tutunmağa çalışır Gülər. Hələ gəzə bilmirdi, amma kiçik çiyinlərində valideynlərinin cəzasını daşıyır. Bu cəza onun 3 ilinə bais olacaq, azadlıq qapıları onun üzünə hələ 3 yaşında açılacaq. 3 yaşından sonra isə nənəsinin himayəsinə veriləcək.
Övladıma yaşatdığım bu həyat üçün çox peşmanam
Gülzar deyir ki, ailə qurarkən valideynləriniz ilə məsləhətləşin. Əks təqdirdə...: “İkicə ilin gəlini olmuşam. Həyat yoldaşım narkotik aludəçisi idi. Mənə dedi ki, götür bunu saxla. Mən də saxladım. Düzü, evlənəndə həyat yoldaşımın narkotik aludəçisi olduğunu bilirdim. Ancaq işlərin bu yerə gələ biləcəyini düşünməmişdim heç vaxt. Tutulanda 3 aylıq hamilə idim. Bir il 3 aydır ki, azadlıqdan məhrum olmuşam. Azadlığa çıxmağıma 3 il 10 ay qalıb. Həyat yoldaşım da həbs edilib. Əlaqələrimiz yoxdur. Valideynlərim onunla danışmağıma icazə vermirlər. İndiki ağlım olsaydı, onunla ailə qurmazdım. Ailəm fikrimi dəyişmək üçün çox təkid etsə də, onları dinləmədim. Buradan gənc qızlara üz tutub deyirəm ki, valideynlərinizin xeyir-duasını almadan ailə qurmayın. Bu məhbus həyatında Gülər günəş kimi doğdu. Məni həyata o bağladı. Övladıma və özümə yaşatdığım bu həyat üçün çox peşmanam. Düşünəndə ki, balamla 3 yaşından sonra ayrılacağıq... (gözləri dolur)”.
Oğlumu uşaq evinə verəcəklər
Burada Gülərlə eyni taleyi yaşayan uşaqlar çoxdur. Birinin adı isə Əhməddir. Əhmədin də anası narkotik satdığı üçün həbsdədir. Yəni, ata-anasının cəzasını dünyanın ən məsum körpəsi çəkir. Ata qucağının istisini duymayıb, ata nəvazişinin nə olduğunu belə bilmir. Bərk-bərk anasının qoynuna qısılan körpə həbsxananı evi, bizi də evinə gələn qonaq...
Peşmanlığı üzündən oxunan Sitarə taleyini göz yaşları içində danışmağa başlayır. Məhkumun 2 övladı var, Əhmədi həbsxanada dünyaya gətirib. 17 yaşlı qızı isə hazırda təkbaşına Şəmkirdə yaşayır. Uşağı 3 yaşına çatdıqdan sonra ona baxa biləcək tək ümüdü olan yaşlı anası isə 2 ay öncə dünyasını dəyişib: “Narkotik satışı ilə tutulmuşam. Əməlimə görə çox peşmanam. 5 il altı ay azadlıqdan məhrum edilmişəm. Cəzamın başa çatmasına 2 il 4 aya qədər vaxt qalıb. Qızımı 3 ildən çoxdur ki, görmürəm. İmkansızlıqdan bura gələ bilmir. Yoldaşımla ayrılmışam. O da heç bir maddi dəstək göstərmir. 4 ay sonra Əhmədin 3 yaşı tamam olacaq. Qanunlara görə, artıq mənimlə qala bilməz. Anamı da iki ay öncə itirdiyim üçün böyük ehtimalla oğlumu uşaq evinə verəcəklər”.
Ana, evimizə gedirik?
“Bu müəssisəyə yeni köçmüşük. Yolda gələndə uşaq deyirdi ki, ana, maşınlara bax. Sevinci yerə-göyə sığımırdı. Soruşurdu ki, ana, evimizə gedirik? Elə bilir ki, bura bizim evimizdir. İnsanlara səslənirəm. Allah heç kimin yolunu buradan salmasın. Novruz bayramını tək-tənha, kimsəsiz keçirdik. Gözüm qapıda qaldı. Dedim, bəlkə kimsə gələr”, - deyə Sitarə söyləyir.
Etik qaydalara görə, körpələrin şəklini göstərə bilməsək də, üzlərindəki məsum və sual dolu baxışları təsəvvür etmək elə də çətin deyil. İri gözləri ilə ətrafa nəzər yetirir, bu insanların niyə analarını sorğu-sual etdiklərini dərk etməyə çalışırdılar.
Əziz Gülər və Əhməd, kiçik çiyinlərinizə böyük yük düşsə də, tale bir daha yolunuzu buradan salmasın. Böyüyüb işığınızla gələcəyimizi aydınladın.
P.S. Növbəti saylarımızda digər məhkum taleli zəriflərimizlə görüşümüzdən bəhs edəcəyik.
P.P.S. Jurnalistikanın etik qaydalarına əsasən, reportajdakı qəhrəmanlarımızın adları şərti göstərilib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

