Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şuşanın tarixi görkəmi özünə qaytarılır

Şuşanın tarixi görkəmi özünə qaytarılır

23.04.2022 [11:11]

İ. Rəsulova

Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi mədəni həyatına qovuşması üçün quruculuq işləri sürətlə davam etdirilir.

Dövlət başçısı Şuşa şəhərində tullantıların idarə olunması poliqonunda gedən işlərlə də tanış olub.

Bildirilib ki, burada məişət tullantıları Avropa standartlarına uyğun xüsusi yeraltı konteynerlərdə yerləşdiriləcək. Poliqonda 4 çeşid üzrə 600 ədəd SMART yeraltı konteyner və 11 ədəd xüsusi texnika nəzərdə tutulub. Ərazidə söküntü materiallarının çeşidlənməsi də aparılacaq. Şəhərin su təchizatı sisteminin dayanıqlığının təmini də iki mərhələdə paralel layihələrlə həyata keçiriləcək.

Dövlət başçısı Şuşanın tarixi görkəminin bərpa edilməsinin vacibliyini vurğulayaraq, bu yöndə kompleks tədbirlər davam etdiyini bildirib.

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanılıb, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilib. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzaladı. Bu, Prezidentimizin “Əziz Şuşa, biz səni dirçəldəcəyik” sözlərinin təsdiqi yolunda ilk addımlardan biri idi. 22 iyun 2021-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradıldı. Şuşanın əzəli görüntüsünün bərpası, tarixi obrazının özünə qaytarılması üçün tədbirlər planı işləndi və dərhal işlərə başlandı.

Şuşa ümumilikdə Azərbaycanın tarix və memarlıq abidəsidir. Ermənistan tərəfindən işğal edildikdən sonra şəhərdə xalqımızın tarixi-mədəni irsi vəhşicəsinə məhv edilmiş, düşmən bu sərvəti özününküləşdirmək üçün Şuşanın əsl sahiblərinin izlərini oradan silməyə çalışmışdı.

Şuşa xalqımızın qədimliyini, onun zəngin mədəniyyətini özündə tərənnüm edən qədim və unikal memarlıq abidələri ilə zəngin yurd yerlərimizdən biridir. İşğala qədər şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan daş döşəməli küçələr, 9 məhəllə, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi.

Ermənilər Şuşadan Azərbaycan izlərini silmək üçün Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeylərini dağıdaraq, xarabalığa çevirmişdi.  Hazırda böyük tikinti meydanını xatırladan əziz Şuşada tarixi abidələrin bərpası üzərində iş gedir. Şuşanın Gəncə qapıları, Bülbülün ev muzeyi, şəhər meydanında yerləşən Karvansara və bir sıra tarixi abidələr öz əvvəlki üslublarında bərpa edilib. Lakin bu son deyil. Şuşadakı ən son ev, ən son küçə abad edilib, şəhərin memarlıq ansamblına qoşulmayınca, işlər son sürətlə davam edəcək. Tarixinə sahib çıxan, dilini, milli-mənəvi dəyərlərini qoruyan xalq məğlubedilməzdir.

Şuşanın mədəni mərkəz elan edilməsi, onun tarixi görkəminin olduğu kimi qurulub, bərpa edilməsi bu zəfər şəhərini bütün dünyada yenə də sülh, mədəniyyət, gözəllik və qürur simvolu kimi tanıdacaq. Qürur qalamız, azad Şuşamız yenidən dağların zirvəsində dünyaya qapılarını açacaq, adı Azərbaycan adıyla qoşa çəkiləcək. Şuşamız həm özü sürətlə dirçələcək, həm də Azərbaycanın mədəni, iqtisadi həyatının inkişafında mühüm rol oynayacaq.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31