İşləmək üçün necə motivasiya olaq?
09.06.2022 [10:35]
Mikayıl
Yay gələr-gəlməz hər kəsin xəyal etdiyi istirahət yada düşür. Əlbəttə, yaxşı istirahət etmək yaxşı işləmək qədər vacibdir, çünki isti yay günlərini bütünlüklə iş başında olan, istirahət etməyən şəxsdən yeni mövsümdə fərqli ideya, iş gözləmək də olmaz.
Əmək müqaviləsi ilə hər hansı bir işdə çalışan insanların çoxu məzuniyyət hüququndan yararlanaraq istirahəti məhz yayda reallaşdırır, ən azı 1 ay ödənişli dincələ bilir. Amma şəxsi biznesi olan işgüzar insanlar istirahət etməkdən yayınır, bunu işin çoxluğu, biznesi başlı-başına qoymaq imkanının olmadığı ilə əsaslandırırlar.
İstirahət deyəndə isə hər kəs fərqli fikir səsləndirir. Kiminə görə istirahət ailəsinin yanında olmaq, kiminə görə fərqli yerlər gəzməkdir, digərinə görə isə işə aid hər şeydən uzaqlaşmaq...
Yay mövsümündə havaların isinməsi gündəlik həyat tərzimiz ilə yanaşı, iş həyatımıza da təsir göstərir. Sıxıcı isti hava insanı daha çox yorğun və yuxulu hiss etdirir, diqqəti cəmləməyi çətinləşdirir. Tətil və istirahət arzusu baş qaldırmağına baxmayaraq, işləmək məcburiyyətində olanlar üçün vəziyyət getdikcə çətinləşir. Bəzi hallarda distant şəkildə işləyənlər üçün yay fəsli heç də ürəkaçan deyil. Son illər pandemiya ilə əlaqədar bu hissləri yaşadıq...
İsti havalarda işləmək üçün motivasiyamızı artırmağın yollarından danışacağıq. Psixoloq Aygün Əliyeva isti havada motivasiyamızı artırmaq üçün 7 məsləhət verib.
1. İşlərinizi öncədən planlaşdırın və bir neçə hissəyə bölün.
Gündəlik iş rejiminizi planlaşdırmaq və kiçik qeydlər aparmaq isti havada sizi motivasiya edə bilər. Bu məqsədlə, həftəlik gündəliklər və ya planlaşdırıcılar alın, gündəlik planınızı yazın. Qeyd olunan tapşırıqları yerinə yetirdiyinizi gördükcə daha çox motivasiya olacaqsınız. Həyatınıza qatdığınız kimi, gündəliklərinizə də rəng qatmağı, onu stikerlərlə bəzəməyi unutmayın. Həm də bütün işləri bir anda bitirməyə çalışmaq yorucu ola bilər. Ona görə də tamamlamalı olduğunuz işi hissələrə bölün. Kiçik fasilələr diqqətin itirilməsinin qarşısını alacaq və motivasiyanızı artıracaq.
2. Özünüzə sərin iş mühiti yaradın.
İsti havada evdə pijama ilə işləmək yerinə, özünüzü rahat hiss edə biləcəyiniz və sizi dinamik saxlaya biləcək paltarları seçmək yuxu vəziyyətindən uzaqlaşaraq işinizə daha da fokuslanmağınıza kömək edəcək. Günə işə gedəcəkmiş kimi düşünərək və özünüzü yaxşı və rahat hiss edəcək bir paltar seçməklə başlayın. Gününüzü işləyəcəyiniz yer üçün evin işıqlı və havalı hissəsini seçib iş mühitinizi qura bilərsiniz. İş mühitinizdən diqqətinizi yayındıran əşyaları çıxararaq işləyərkən istifadə edəcəyiniz obyektlərlə kiçik bir ofis atmosferi yaratmaq, diqqətinizi toplamanıza kömək edəcək.
3. Sərin qəlyanaltı yanınızda olsun.
İsti havada işləməyin mənfi cəhətlərindən biri də enerji itkisinin artmasıdır. Bu vəziyyətin qarşısını almaq üçün işə başlamazdan əvvəl dondurma, soyuq kofe, milkshake, soyuq içkilər və yaxud meyvəli desert hazırlayın. Qəlyanaltılarınızı işlədiyiniz yerə yaxın qoymaq yaxşı fikir ola bilər ki, enerjiniz azaldıqda onlara asanlıqla çatasınız. Beləliklə, isti yay günlərində işləyərkən hazırladığınız bu qəlyanaltılar sizə təravətləndirici hiss bəxş edəcək.
4. Özünüzü mükafatlandırın.
Gün ərzində tamamlamalı olduğunuz işi bitirdikdən sonra özünüzü zövq aldığınız bir fəaliyyətlə mükafatlandırın. Günün sonunda sevdiyiniz filmə baxmaq, hobbinizi həyata keçirmək, sevdiyiniz bir desert sifariş etmək, dostlarınızla görüşmək kimi zövq aldığınız bir şey əldə edəcəyinizi bilmək gün ərzində isti havaya baxmayaraq sizi işə həvəsləndirəcək və işinizi tez bir zamanda bitirməyə sövq edəcək.
5. Səhər rutini müəyyənləşdirin.
İşə başlamazdan əvvəl gündəlik iş rejiminiz olsun.
Məsələn, səhər kofe və yaxud çayınızı hazırlamaq, evi havalandırmaq, meditasiya etmək və ya yoqa etmək, podkastları dinləmək və s. Sizi günə hazırlayan ilkin iş rejimini yaratdıqdan sonra işə başlayın. Bu, işləmək vərdişini mənimsəməyə kömək edəcək və isti havanın ləngliyini aradan qaldıracaq. Gündəlik rejimə sadiq qalmağı unutmayın.
6. İş yoldaşlarınızla əlaqələri kəsməyin.
Gün ərzində həmkarlarınızla, oxşar şəraitdə işləyən və ya söhbət etməkdən zövq aldığınız insanlarla söhbət etmək yaxşı fikir ola bilər. Dostlarınızla qısa bir telefon danışığı sizi iş stresindən azad edəcək. Həmkarlarınızla görüşmək həm sizin, həm də digər şəxs üçün motivasiya təmin edərək, mövcud vəziyyətlərinizi bölüşməyə və bir-birinizin tək olmadığını görməyə imkan verir. Belə qısa söhbət həm sizin, həm də dostunuz üçün yaxşı olacaq.
7. İstirahət edin.
Ən nəhayət, iş tempinizdən ara vermək və dincəlmək sizə lazım olan motivasiyanı qısa zamanda əldə etməyə imkan verəcək. Spa və masaj xidmətlərindən yararlanın. Beləcə işləməyin stressindən xilas olacaqsınız. Özünüzü əzizləmək üçün vaxt ayırmağı unutmayın.
Xəbər lenti
Hamısına baxElanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08

