Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölüm niyə cavanlaşıb?

Ölüm niyə cavanlaşıb?

08.07.2022 [10:20]

Ürək-damar problemi, yüksək təzyiq və “gizli ölüm” olan dopinqlər

Y.SAHİB

Hazırda bütün dünya ölkələrində ölüm səbəbləri arasında birinci yerdə məhz ürək-damar xəstəlikləri gəlir. Əksər hallarda insanların orqanizmində damarla bağlı xəstəliklər özünü ciddi əlamətlə büruzə vermədiyinə görə, bu xəstəliklərdən xəbərsiz olurlar. Bu isə insan həyatı üçün çox təhlükəli mərhələlərə yol aça bilər. Cavan və ortayaşlı insanlar arasında yüksək qan təzyiqi xəstəliyi də geniş yayılıb. Öncəki 10 illə müqayisədə bu gün dünya əhalisinin ən çox əziyyət çəkdiyi xəstəliklərdən biri məhz yüksək qan təzyiqidir.

“National Library of Medicine”in məlumatına görə, hər il bu xəstəlikdən dünyasını dəyişənlərin sayı 7,6 milyondur. Rəsmi statistikaya görə, bu gün dünyada hər 10 nəfərdən 3-ü hipertoniyadan əziyyət çəkir. Bu xəstəliyin aşağı və orta gəlirli ölkələrdə xüsusən böyük bəlaya çevrildiyi qeyd olunur.

Son vaxtlar Azərbaycanda da qəfil vəfat edən gənc və ortayaşlı insanların sayı xeyli artıb. Ölkəmizdə ürək-damar xəstəliyindən vəfat edən gənclər arasında idmanla məşğul olan şəxslər də var. Bu gün idmanla bağlı ən xoşagəlməz nüans məhz dopinqlərin qəbuludur. İdmançılar ya bilərəkdən dopinq tələsinə düşür, ya da apteklərdən məsləhətsiz və özbaşına alıb qəbul etdikləri bu dərman preparatlarının əslində onların həyatına son qoya biləcəyindən xəbərsiz olurlar. Məhz bu preparatlar fiziki gücün artırılması üçün istifadə olunduğundan yüksək qan təzyiqinə, həmçinin ürək-damar sisteminə mənfi təsir göstərir.

Qeyd edək ki, 20-ci əsrin əvvəllərindən fiziki işgörmə qabiliyyətini yüksəltmək, bərpa prosesini sürətləndirmək, idman nəticələrini yaxşılaşdırmaqdan ötrü müxtəlif stimullaşdırıcı maddələrdən geniş istifadə ol?nmağa başlayıb. Bura müxtəlif hormonal, farmakoloji və fizioloji preparatlar - dopinq adlanan maddələr aiddir. Dopinqlərin qəbul olunması nəinki idman mübarizəsində qeyri-bərabər şərait yaradır, həm də idmançıların səhhətinə mənfi təsir göstərir. Dopinqlərin qəbulu orqanizmdə bir sıra xoşa gəlməyən dəyişikliklər yaratmaqla yanaşı, insanın ölümünə də səbəb ola bilir. Dopinqlərin müntəzəm qəbul olunması isə orqanizmin bir sıra fizioloji funksiyalarında pozğunluqlar yaradır. Məsələn, ürək-damar, daxili sekresiya, kişilərdə süd vəzilərinin böyüməsi və s. kimi hallar baş verir.

Təəssüf ki, hazırda nəinki peşəkar idmançılar, eyni zamanda, gündəlik həyatında idmanla məşğul olan və bədənlərini formaya salmaq istəyənlər də çox zaman dopinq qəbul edirlər. Nəticədə tez bir zamanda olmasa da, müəyyən müddət sonra həmin şəxslərin səhhətində ciddi və xoşagəlməz məqamlar üzə çıxır.

Həkim-terapevt Şahvələd Məmmədov  ölümün cavanlaşması ilə bağlı “Yeni Azərbaycan”a danışıb. Həkimin sözlərinə görə, insanlarda fiziki aktivlik əvvəlki dövrlə müqayisədə aşağı enib: “Azərbaycanda tənbəllik, zərərli vərdişlər xeyli artıb. Ölüm yaşının azalmasına birinci səbəb, insanların gündəlik olaraq idmanla məşğul olmaması, məşğul olanların da zərərli dərmanları qəbul etməsi, yağlı qidalara meyillilik göstərilə bilər. Xüsusilə, gecə vaxtı yağlı qidaların qəbulu qanda xolesterin səviyyəsinin yüksək olmasına, maddələr mübadiləsinin pozulmasına və tədricən damarlarda atiromaların olması və daralmasına gətirib çıxarıb. Təkcə siqaret çəkmək deyil, eyni zamanda, siqaret istehsalı da insan üçün təhlükəlidir.

Hazırda qadınlar arasında da siqaret çəkmək halı olduqca çoxdur və artmaqdadır. Sübut olunub ki, bir kub metr havada bir nanoqram benzapril törəməsi varsa, bu, artıq 100 nəfərdən 18-də ağciyər xərçənginin yaranmasına səbəb olur”.

Həkim qeyd edib ki, insan sağlamlığı çox zaman elə insanın özündən asılı olur: “Bu gün xüsusilə idmanla məşğul olan insanların bəzi dərman preparatlarından istifadə etdiyinə rast gəlirik. Həmin şəxsləri maksimum dərəcədə maarifləndirmək lazımdır. Dopinq insan orqanizmi üçün çox zərərli bir dərman vasitəsidir. İlk baxışda bu dərmanlar fiziki gücü artırsa da onu insan həyatı üçün təhlükəsiz hesab etmək olmaz. Preparatın insan bədənində sürətlə müəyyən müsbət keyfiyyət yaratdığını bilmək, o dərmanın xeyir və zərərləri haqqında kifayət qədər informasiya əldə etmək demək deyil. Ona görə də dopinq tipli dərmanlar haqqında mütaliə etməyə dəyər”.

Həkim-kardioloq Leyla Ələkbərova isə vurğulayıb ki, ani kardiak ölüm insanların şikayətləri başlayandan bir saat içində həyatlarını itirməklə nəticələnən bir haldır: “Dünyada hər 80 saniyədə 1 insan bu səbəbdən həyatını itirir. Artıq insanların qəfil ölümü iki yerə bölünüb - 35 yaşdan yuxarı və 35-dən aşağı. 35 yaşdan aşağı insanlarda baş verən ölüm hallarına daha tez-tez rast gəlinir. Şikayətləri bir neçə dəqiqə sürür, insanlar huşunu itirərək dünyalarını dəyişirlər. Bu halların baş verməsi daha çox ürək xəstəlikləri, ürək qapaq sistemi xəstəlikləri, anadangəlmə ürək xəstəlikləri, ürək ritminin pozğunluğu nəticəsində əmələ gələn bir haldır. Ən qorxulusu da budur ki, bir neçə dəqiqə ərzində insanın həyatına son qoyan bu ürək xəstəliklərinin simptomları yoxdur. Xəstəlik orqanizmdə gizli inkişaf etdiyi dövrdə də insanın heç bir şikayəti, ağrısı olmur.

Kardioloqun sözlərinə görə, bu xəstəliyə ən çox idmançılarda rast gəlinir: “Bu hallar ritm pozğunluqları zamanı gizli şəkildə baş verir. Hansı ki, öncədən şikayət verməyə bilər, qəfləti ölümə yol aça bilər. Ailəsində ürək ölümü keçirən insanlar “Chek-up” olunmalıdır, çünki bu genetikdir. Qəfil bir ürək titrəməsi və ardınca ürək dayanması ola bilər. Ani ölümlər idmançılar arasında da yayılıb. İdmançıların əzələləri böyük, ürək damarları hipertrafik olur. Bu hipertrafik əzələ daha çox ritm pozğunluğuna səbəb olur. Ona görə də idmanla məşğul olan insanlarda qəfil ölüm halları daha çox yaşanır.

Qəfil ürək tutmaları adamların sıx olduğu yerlərdə, xəstəxanalardan kənarda baş verərsə, təcili tibbi yardım gələnə qədər ilkin müdaxilə etmək, ölümlərin qarşısını “elektroşok cihazları” ilə almaq mümkündür. Qəfləti ürək dayanması yaşayanlara birinci dəqiqədə ürəyə elektrik verərək ritmi bərpa edən aparatlar ilə müdaxilə edilsə, 10 xəstədən 9-nu xilas etmək olar. İnsanlar mütləq şikayətləri olmasa belə ürək “Chek-up”-ından keçməlidirlər. Ən azından kardio fibrillatorlar kimi aparatlar insanın bədəninə inplantasiya olunur və ehtiyac hallarında necə ki, biz həkimlər xəstəni ilk yardım edib həyatını qurtarırıq, eləcə də bu aparat həmin işi görür, tibb aritmiyanı dayandırır. Bu aparatlar həkim nəzarəti altında, əməliyyat yolu ilə insanın dərialtına yerləşdirilir. İnsanların toplu olduğu yerlərdə defibrillator aparatları mütləq mövcud olmalıdır ki, bundan istifadə edə bilsinlər”.

İdman ustası Eldar Zeynalov bildirir ki, dopinq istifadəsi bu gün gənclər arasında geniş yayılıb. İdmanla, xüsusən idmanın kulturizm növü ilə məşğul olan oğlanların 80 faizi dopinqdən istifadə edir: “Nəticə istədikləri kimi olur. Amma yan təsirləri də zamanla ortaya çıxır. Kulturizm əzələlərin şişirdilməsinə yönəlmiş idmandır. Bəzən oğlanlar heç bu sahəylə maraqlanmırlar. Onların istəyi özlərinə yaraşıqlı bədən quruluşu yaratmaqdır. Tək idmanla, gərgin əmək sərf edərək bu nəticəni bir neçə ilə almaq mümkündürsə, onlar dopinq qəbul edərək müddəti qısaldırlar. Südə, suya qarışdırıb içilən dopinqlər hazırda çox istifadə olunur. Bir insan istədiyi bədən formasına malik olur, sonra idmandan uzaqlaşır. Kökəlir, forması dəyişir. Dopinq qəbul edərək əldə etdiyi o yaraşıqlı görünüşdən əlamət qalmır. Buna görə, məsləhət görürük ki, dopinqdən uzaq dursunlar. Dopinq istifadə edən insan yorğunluq hissini demək olar ki, itirir. Bu isə ürək-damar sistemi üçün çox təhlükəlidir. Çünki gərginliyə süni üsulla əzələlər dözür, ürək yox”.

Dünya Antidopinq Agentliyinin (DAA) son məlumatına görə, bütün dünyada kriminal qruplaşmalar tərəfindən dopinq istehsalı üçün istifadə edilən materialların 99 faizi Çindən göndərilir. Dopinqlər heyvan və bitki orqanizmlərindən alınır və ya süni surətdə sintez olunur. Bir çox dopinqlər qrip, soyuqdəymə və s. xəstəliklərin əleyhinə dərmanların tərkibində olur. Təhlükəsi isə budur ki, 15-20 yaş arasında olan gənclər inkişaf etdiyi müddətdə dopinqlərdən istifadə edərsə onlarda sümük ərimə riski də böyük olur. Dopinqlər insanda, həmçinin psixoloji asılılıq da yaradır. Buna görə də dopinq həkimlər tərəfindən qəbul olunmur və istifadəsi də məsləhətli deyil.

Paylaş:
Baxılıb: 165 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31