Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “İnsanlardan” heyvana qarşı VƏHŞİLİK!

“İnsanlardan” heyvana qarşı VƏHŞİLİK!

28.07.2022 [10:24]

Qanunvericilik nə deyir?

Psixoloji və sosioloji məqamlar...

Yeganə BAYRAMOVA

Cəmiyyətimizdə neqativ halların sayı durmadan artır. İnsanların yalnız bir-birinə deyil, digər canlılara-heyvanlara qarşı da vəhşi əməlinin şahidi oluruq. Məsələn, ötən günlərdə sosial şəbəkələrdə tülkünün işgəncə ilə öldürülməsinin görüntüləri yayılıb. Videodan da göründüyü kimi, bir neçə nəfər tülkü balası tutublar. Onlardan biri bellə var gücü ilə tülkünün başına vurur. Heyvana qarşı bu cür dəhşətli əməl sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. Onlar hadisəni törədən şəxslərin dərhal tapılaraq cəzalandırılmasını tələb ediblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.

Görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar. Onlar hadisəni etiraf edərək peşman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.

Qeyd edək ki, dünyanın əksər ölkələrində evdə heyvan saxlamaq normal qəbul olunur. Hətta elə ölkələr və elə ailələr olur ki, onlar evdə saxladıqları heyvanlara insan münasibəti göstərib övlad kimi yanaşırlar. Lakin ortada ürəkağrıdan statistika da var. Hər il dünyada ildə 75 milyon, yəni saniyədə bir heyvan qətlə yetirilir.  Bundan başqa, ildə 2 milyondan çox heyvan saat, kəmər, pulqabı tikilmək üçün öldürülür. Çində hər il 10 milyon it və pişik isə digər geyim aksessuarı olaraq istifadə edilir. Problem heç də təkcə ev heyvanlarıyla bağlı deyil. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) “Canlı planet” adlı məruzəsində göstərilir ki, son 40 il ərzində vəhşi heyvanların sayı 2 dəfə azalıb.

500 manatı ödəməklə iş bitmir!

Görünən odur ki,  hər hansı canlını işgəncələrlə öldürən şəxslər əməllərinin cavabsız qalacağı və heç kimin onları həbs edə bilməyəcəyinə arxayındırlar. Ən yaxşı halda cərimə ilə vəziyyətdən qurtulmağı düşünürlər. Cərimələrdən söz düşmüşkən, Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr İnzibati Xətalar Məcəlləsi ilə cəzalandırılır. Hüquqşünas Vüqar Babayev “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, heyvanlara qarşı qəddarlıq nümayiş etdirənlər cəmiyyət üçün də təhlükəlidirlər: “İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində heyvanlarla rəhmsiz davranmağa görə yalnız 500 manat cərimə nəzərdə tutulub. Belə qəddar insanlar qanunla cərimələnsə də, bir çox hallarda əməllərinə davam edirlər. Hətta çoxlarını tapmaq olmur. Bu da onları qorxutmur və belələri nəinki heyvanlar, həm də insanlar üçün təhlükəyə çevrilə bilirlər”.

Hüquqşünas qeyd edib ki, bir çox Avropa ölkəsində heyvan ölümünə görə cinayət işi açılır: “Bütün sivil dövlətlərin qanunvericiliyində heyvanların statusu, onların qorunması və s. kimi bu tip məsələlər var. Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr İnzibati Xətalar Məcəlləsində dəfələrlə artırılıb. Bu dəyişiklik 2013-cü ilin may ayının 31-dən qüvvədədir. Bu dəyişikliyə görə heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimənin məbləği 25 manatdan 500 manata qaldırılıb. Əslində bəzi Avropa ölkələrində heyvanların hüquqları lazımınca müdafiə olunur. Almaniya Konstitusiyasına görə, əgər çəkilişlər heyvana əziyyət verirsə, onları filmlərə çəkmək qadağandır. Avstraliyada cücələri sıx qəfəslərdə saxlamaq, yırtıcıları sirklərdə saxlamaq, itlərin qulaqlarının, quyruqlarının kəsilməsi, zəncirlənməsi, mal-qaranın sıx iplə bağlanması qadağandır. İtaliyada şəxs öz itini və ya pişiyini küçəyə atarsa, yüklü məbləğdə cərimə olunur. Fərq göz önündədir. Təbii ki, şiddətin azı-çoxu yoxdur. Şiddət hər zaman şiddətdir. Düşünürəm ki, heyvanlara xüsusi qəddarlıqla yanaşan insanlara birinci dəfə törətdiyi halda 10 gün, həmin qəddarlığı təkrarladığı halda 30 gün müddətinə inzibati həbs verilməlidir. Yalnız 500 manat cəriməni ödəməklə iş bitmiş hesab oluna bilməz”.

Heyvanların da emosiyaları var...

Sosioloq Nail Cəlilin sözlərinə görə, təəssüf ki, insanların çoxu heyvanlara bir əşya və ya əyləncə mənbəyi kimi yanaşırlar. Bəzi hallarda onları səbəbsiz incidir, işgəncə ilə qətlə yetirir və əyləncə mənbəyi olaraq görürlər: “Unutmaq olmaz ki, heyvanların da insanlar kimi emosiyaları var. Onlar da özlərinə uyğun bir tərzdə yaxşını, pisi hiss edirlər, bizim kimi xəstələnir, əzab çəkirlər. Hərdən ac qalmalı olurlar, yaşamaq uğrunda mübarizə aparırlar. Dünyada məhv olma və nəsli kəsilmək təhlükəsi altında olan bir çox heyvan və bitki növlərinin qorunması, mühafizəsi üçün müəyyən tədbirlər görülür. Belə canlılar haqqında faktların əks olunduğu “Qırmızı Kitab”ın ilk nəşri 1989-cu ildə həyata keçirilib. Qanunvericilikdə Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının hər 10 ildən bir çap olunması nəzərdə tutulub. Tülkünün işgəncə ilə qətlə yetirilməsinə gəldikdə, bu, heyvan haqlarının kobud şəkildə pozulmasıdır, canlı təbiətə vurulan amansız zərbədir. Heyvanların kütləvi şəkildə məhv olmasına, belə tərzdə incidilməsinə, öldürülməsinə heç cür laqeyd yanaşmaq olmaz”.

Sosioloq vurğulayıb ki, hər kəs heyvan hüquqlarını, təbiətin qorunması zərurətini dərk etməlidir: “Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli “Heyvanlar aləmi haqqında” Qanununun 5-ci maddəsində bununla bağlı qeyd edilir: “Azərbaycan Respublikasının ərazisində heyvanlar aləmi hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən dövlətə mənsubdur və onun mülkiyyətindədir”. Bu, bir daha onu göstərir ki, heyvanlara qarşı şiddətə, edilən zorakılığa və qəddar münasibətə görə insanlar məsuliyyət daşımalıdırlar. AR İnzibati Xətalar Məcəlləsinin 230, 273, 274, 283, 289, 290, 323-cü maddələrində heyvanlar aləmi obyektlərindən özbaşına istifadə edilməsi, heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması, heyvanlarla rəhmsiz rəftar edilməsi və s. hüquqlarının milli qanunvericilik səviyyəsində qorunması nəzərdə tutulur. AR Konstitusiyasının 39-cu maddəsində dövlətin ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminatı xüsusi vurğulanır. Digər tərəfdən, AR Cinayət məcəlləsinin ekoloji cinayətlər adlı 28-ci fəslində işlərin yerinə yetirilməsi zamanı heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olan ictimai təhlükəli qaydada, təqsirli olaraq törədilən əməllərə görə azadlığın məhdudlaşdırılması da nəzərdə tutulub. Fikrimcə, bu istiqamətdə sosial maarifləndirilmənin genişləndirilməsi və cəza tədbirlərinin daha da sərtləşdirilməsi məqsədəuyğundur”.

Uşaqlıq travması

Psixoloq Elnur Rüstəmov isə bildirib ki, heyvanlara işgəncə verən şəxslər şüuraltında bu əməli törətməkdən həzz alırlar: “Təbii ki, normal psixologiyaya malik insanlar bunu etməzlər. Belələri həddən çox coşğulu, qəddarlığı təcəssüm edən, hirsli insanlardır. Onlar həyatda heç nəyə nail ola bilməyiblər. Bu səbəbdən də özlərini heyvanlar üzərindəki vəhşiliklə təsdiqləmək istəyirlər”.

E.Rüstəmovun sözlərinə görə, heyvanlara işgəncə verən şəxslər uşaqlıqda yaranan və illər uzunu davam edən psixoloji pozuntularla üz-üzədirlər: “Belə insanlar özləri də zamanında şiddətə məruz qalıblar. Bu baxımdan da eyni aqressiyanı göstərirlər, yalnız insanlara deyil, heyvanlara qəddarlıq nümayiş etdirirlər. Lakin cəmiyyətin hər bir fərdi diqqətli olmalıdır, heyvanlara qarşı mərhəmətli davranmaq lazımdır. Onları incitmək olmaz, onlar da bir canlıdır”.

Paylaş:
Baxılıb: 118 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31