Dövlətin bel sütununa ciddi zərbə vuranlar
29.07.2022 [10:23]
Ordumuzla bağlı yanlış fikir formalaşdırırlar
Yeganə BAYRAMOVA
Son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş ?rokurorluğa dəvət olunub, onların barələrində tədbirlər görülüb.
Sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, “miq.az” saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Bundan başqa, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə “Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.
Baş Prokurorluqdan media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək bildirilib ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Qeyd edək ki, baş verənlər Mətbuat Şurasının iclasında da geniş müzakirə olunub. İclasda iştirak edən baş redaktorlar, müxtəlif media nümayəndələri qeyri-dəqiq informasiyaların yayılmasına, ordunun nüfuzuna xələl gəlməsinə səbəb olan amillərin aradan qaldırılmasının mühüm olduğunu qeyd ediblər.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, təəssüf ki, bəzi sosial media istifadəçiləri ordumuzun nüfuzuna xələl gətirən, dövlətin təhlükəsizliyimizlə bağlı həyata keçirdiyi işlərə kölgə salan informasiyalar yayırlar: “Qanunvericiliyə görə, bəzi xəbərlər var ki, onların sosial şəbəkələrdə yayılması qadağandır. Bu informasiyalar, adətən terror hadisələri, narkotik maddələrin təbliği, eyni zamanda konstitusion dövlət quruluşunun dağılmasına çağırışlar, ərazi bütövlüyü, dövlət sirri və digər məsələlərlə bağlı ola bilər. Belə hal baş verirsə, həmin informasiya resurslarına xəbərdarlıq edilirsə, az vaxtda bu xəbərdarlıqdan nəticə çıxarmırlarsa, Baş Prokurorluq həmin saytları bağlaya, yaxud saytda gedən həmin məlumatları məhdudlaşdıra bilər. Bütün bunlar birmənalı qaydada qanunvericilikdə öz əksini tapıb. Bu baxımdan Baş Prokurorluğun gördüyü tədbirlər təqdir olunmalıdır. Ümumilikdə, qeyri-dəqiq məlumatların yayılması hallarının kütləviləşməsinin sülh danışıqlarının aparıldığı, Qarabağla bağlı müəyyən proseslərin baş verdiyi həssas dönəmdə dövlətin maraqlarına, ordunun nüfuzuna nə dərəcədə zərbə vurduğunu hər bir vətəndaş tutduğu mövqedən asılı olmayaraq dərk etməli və anlamalıdır”.
Ə.Amaşov qeyd edib ki, bütövlükdə media subyektləri və sosial şəbəkə istifadəçiləri təkcə ordu ilə bağlı deyil, digər sahələrlə bağlı da dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılmasına yol verməməlidirlər: “Dəqiqləşdirilməmiş məlumat yaymaq, ağlagəlməyən versiyalar ortaya atmaq bir yandan ictimai rəyi çaşdırır, cəmiyyətdə süni gərginlik yaradır, digər yandan dövlətin maraqlarına, onun bel sütunu olan ordunun nüfuzuna ciddi zərbə vurur. Cəmiyyətin üzdə olan kəsimi, əsasən də mətbuatla bağlı adamlar tam əks mövqe tutmalı, yəni rəsmi mənbələrə üstünlük verməli, şaiyələrin yayılmasını önləməlidir.
İlk növbədə, xüsusilə ordu ilə bağlı hadisələrdə, məlumatlarda rəsmi mövqeni gözləmək, öyrənmək mütləqdir. İkincisi, rəsmi xəbərin, mövqenin gecikməsi halı baş verirsə belə, bunu anlayışla qarşılamaq, əhalini çaşdıran, ölkə ilə bağlı xoşagəlməz rəy yaradan məlumatları yaymaq olmaz. Bəzi hallarda Azərbaycana düşmən olan qüvvələrin ağlının ucundan belə keçməyən informasiyalara yer ayırmaq, tirajlamaq heç bir vətəndaşa başucalığı gətirmir və qanunvericiliklə məsuliyyət yaradır”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

