Səhiyyə sisteminin daha bir uğuru
11.08.2022 [10:11]
Orqan Donorluğu və Transplantasiya üzrə
Koordinasiya Mərkəzi necə fəaliyyət göstərəcək?
Nicat DİLQƏMLİ
Ölkəmizdə hər bir sahədə olduğu kimi, səhiyyə sistemində də uğurlu islahatlar həyata keçirilməkdədir. Prezident İlham Əliyev tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də səhiyyənin inkişafıdır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanın səhiyyə sistemi dünyanın bir sıra qabaqcıl ölkələri ilə müqayisə edilə biləcək səviyyəyə çatıb. Bütün dünyanı bürüyən koronavirusla effektiv mübarizə və müalicə tədbirlərinin görülməsi, beləliklə on minlərlə insanın bu xəstəlikdən müalicə edilərək sağalması da səhiyyə sisteminin inkişafının ən bariz nümunələrindən biri kimi dəyərləndirilə bilər. Elə buna görədir ki, səhiyyə sistemində əldə olunan nailiyyətlər nüfuzlu beynəlxalq səhiyyə təşkilatları tərəfindən də yüksək qiymətləndirilir.
İki gün öncə Azərbaycan səhiyyəsində daha bir uğura imza atılıb. Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi və strukturu təsdiq edilib.
Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.
Eyni zamanda, müəyyən edilib ki, Koordinasiya Mərkəzinin Nizamnamə Fondu 300 000 manat təşkil edir və qurumun əsas vəsaiti hesabına formalaşır.
İmzalanan yeni qərarın əhəmiyyəti barədə danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, məqsəd bu istiqamətdə yeni kooperativ idarəetmə modelinin formalaşması və daha çevik, daha dolğun idarəetmənin həyata keçirilməsidir: “Orqan və toxumaların transplantasiyasını tənzimləmək üçün Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması haqqında qanunda müddəalar nəzərdə tutulmaqla yanaşı, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun da müzakirə olundu və bu, müvafiq qanunvericilik aktı ilə tənzimlənir. Mərkəz yeni kooperativ idarəetmə modelinə uyğun şəkildə publik hüquqi şəxs formasında Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Həm büdcə vəsaitlərindən yönəldilmələrin uyğun olaraq istifadəsinin mümkün olması, həm də digər sahələrdən olan vəsaitlərin prosesə cəlb olunması publik hüquqi şəxs idarəetmə modelində qarşılıqlı həyata keçirilə bilir”.
“Eyni zamanda, büdcə vəsaitləri və digər vəsaitlərdən istifadədə şəffaflığın da böyük önəmi vardır. Bu baxımdan, haqqında danışdığımız publik hüquqi şəxsin yaradılması və Səhiyyə Nazirliyinin nəzdində bu prosesin həyata keçirilməsi həm elmi-tədqiqat metodlarından daha rahat istifadəyə gətirib çıxaracaqdır, həm də ümumi səhiyyə siyasətinin müəyyənləşdirilməsi baxımından çox mühüm və çox önəmlidir”, - deyə M.Məmmədli qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

