İçdiyimiz su təmizdir?
19.08.2022 [10:28]
Yeganə BAYRAMOVA
Su nəinki insan, ətrafdakı bütün canlılar üçün zəruri olan həyat mənbəyidir. Onsuz yalnız qısa müddət yaşamaq mümkündür, su olmasa, həyat da olmaz. Bədənin normal fəaliyyətində su vacib rol oynayır. Müntəzəm su içmək ümumi sağlamlığa müsbət təsir göstərir, qidanın həzmini və assimilyasiyasını yaxşılaşdırır, qida maddələrinin və oksigenin hüceyrələrə axmasını normallaşdırır, bədən hərarəti və qan dövranını tənzimləyir, toksinləri bədəndən çıxarır. Ancaq sudan suya da fərq var. İçməli su təmiz və sağlamlıq üçün təhlükəsiz olmalıdır, suyun keyfiyyəti yüksəkdirsə və ya minerallarla zəngin olarsa, bədən lazımi maddələrlə kifayət qədər təmin olunar. Bu baxımdan düzgün və sağlam sudan istifadə etmək vacibdir.
Qaynadılmış su, yoxsa?
Qaynadılmış suyun insan orqanizmi üçün elə də faydalı olmadığı deyilir. Hətta mütəxəssislər bildirirlər ki, iki dəfə qaynadılmış suyu içmək olmaz. Çoxumuz çaydanda qaynanmış suyu yenidən qaynadıb içirik. Lakin bunun orqanizmdə nələrə səbəb olacağı barədə düşünmürük. Bir dəfə qaynanmış suyu içmək orqanizm üçün nisbətən təhlükəsiz sayılır. Su yenidən qaynadıqda isə onun tərkibindəki komponentlərin tərkibi dəyişilməyə başlayır. Təkrar qaynanmış suda nitrat, mışyak və ftorlu birləşmələr əmələ gəlir. Bu minerallar isə orqanizm üçün çox təhlükəli sayılır. Məsələn, təkrar qaynanmış suyun tərkibində əmələ gələn kalsium böyrəklərdə və öd kisəsində toplanır.
Həkim Şahvələd Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, su qaynayan zaman tərkibindəki kalsium, kalium, maqnezium, karbonatlar və başqa minerallar qabın iç divarlarına yapışaraq sudan ayrılır, bir sözlə, su mineralsızlaşır: “Su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigenin səviyyəsini aşağı salır, su nə qədər çox qaynayarsa, bir o qədər ağırlaşır. Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir”.
Həkimin sözlərinə görə, daim qaynadılmış su içən insanların dəriləri sönük, saçları cansız, fiziki aktivlikləri həmişə aşağı səviyyədə olur. Çiy su içənlərin dəriləri isə əksinə daha parlaqdır: “Suyu təmizləmək üçün vurulan xlor su qaynadıldıqdan sonra artıq zərərli bir birləşmə əmələ gətirir. Hazırda sutəmizləyici qurğular satılır. Bu qurğular vasitəsilə adi suyu təmizləyib istifadə etmək olar, ya da marketlərdə satılan içməli sulardan da istifadə etmək mümkündür. Bəzi evlərdə suyu daşdan süzüb istifadə edirlər, daş suyu mexaniki təmizləmək üçün çox yaxşıdır, daşdan süzülmüş su şəffaf və xoşagəlim olur”.
Sutəmizləmə aparatları:Yetərincə təmizləyirmi?
Son zamanlar Bakıda, xüsusilə də çoxmərtəbəli binaların qarşısında yeni aparatlar peyda olub. Bu aparatlar ümumi su xəttinə qoşulub və 10 qəpik qarşılığında 1 litr su verir. Aparatı qoyanlar iddia edirlər ki, həmin su kifayət qədər təmiz, keyfiyyətlidir. Ancaq bəzi insanlar düşünürlər ki, ümumi su xəttinə qoşulan bu aparatlara güvənmək olmaz. Qeyd edək ki, həmin aparatları qoyan şirkətlər özəldir. Aparat haqqında məlumatlarda göstərilib ki, bu, mərhələli təmizləmə sistemi ilə suyu sağlamlığımız üçün faydalı olan duzlar və minerallarla lazımi səviyyədə minerallaşdırır və ozonlaşdırır. İstifadə qaydası isə çox asandır. 1 litr su 10 qəpik təşkil edir. Məbləği daxil etdikdən sonra butulka aparata daxil edilir, 1 litr su gəldikdən sonra aparat suyun verilişini dayandırır.
Həkim-infeksionist Emin İsmayılov bildirib ki, filtr aparatları suyun tərkibində olan və insan orqanizminə zərərli olan mikroorqanizmləri, artıq mineralları təmizləyir: “Həmin filtrlər insan orqanizminə faydalı olmayan metalları, bakteriya və mikroorqanizmləri təmizləyir. Bu, təbii ki, orqanizm üçün faydalıdır. Amma həmin aparatlar üçün müəyyən şərtlər var. Filtrlər daima təmizlənməli və vaxtaşırı dəyişilməlidir. Eyni zamanda, suyun mineral dərəcəsini ölçən aparatla həmin suların təmizliyi ölçülməlidir. Əgər dərəcə normal vəziyyətdədirsə, həmin sular içilə bilər və heç bir problem olmaz”.
Ən təmiz su Finlandiyadadır
Son 50 il ərzində su ilə bağlı dünyada 507 konflikt baş verib, onlardan 21-i hərbi qarşıdurmalarla nəticələnib. “YUNESKO”nun 2003-cü ildə yaydığı məlumata görə, dünyada ən təmiz su Finlandiyadadır. İkinci yerdə Kanada, üçüncü yerdə isə Yeni Zelandiya dayanır. İndi hər bir qitənin çirklənmə səbəbindən istifadəyə yararsız hala düşmüş “ölü” çayları var. Məsələn, Banqladeşdə Qanq çayının qollarından biri olan Buriqanqa çayı rəsmi olaraq “ölü”dür. Missisipinin ağzındakı körfəz praktik olaraq ölüdür: təmizləyici sistemlərin olmasına baxmayaraq, orada demək olar ki, heç bir orqanizm sağ qalmır. Dünyanın ən çirkli çayı Yava adasındakı Sitarumdur. 2050-ci ilədək Dünya Okeanının suyunun turşuluğu 150%-ə qalxacaq. İqlim dəyişikliyi ilə bağlı Kopenhagendə keçirilən konfransda həddindən artıq turşuluğun su ekosistemində dəyişilməz izlər qoyacağı açıqlanıb. İl ərzində bir insan qida məqsədilə orta hesabla 60 tonadək su istehlak edir. Bir kiloqram kartof yetişdirmək üçün 100 litr, bir kiloqram düyü yetişdirmək üçün 4000 litr su, 1kq mal əti əldə etmək üçün 13000 litr su tələb olunur. Bir qamburgerin hazırlanmasına isə 2400 litr su lazımdır. Dünya okeanlarına ildə 260 milyon ton plastik məhsul atılır. Hər gün iki milyon ton insan tullantısı təbii su obyektlərinə daxil olur. Çirklənmiş yeraltı sular isə bir neçə minilliklər ərzində təmizlənir.
Su pulsuz olduğu kimi, çox bahalı da ola bilər
Dünyada ən bahalı su ABŞ-ın Los-Anceles şəhərində satılır. Burada istehsalçılar balanslaşdırılmış dada və ph dəyərinə malik qiymətli mayeni Swarovski strazlı şüşə qablara doldururlar. Belə suyun bir litri 90 ABŞ dollarına satılır.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

