Kirayə mənzil bazarında nə baş verir?
19.08.2022 [10:30]
Nicat PAŞA
Yeni tədris ilinin başlaması ilə əlaqədar kirayə mənzil bazarında aktivlik müşahidə edilməkdədir. Respublikanın şəhər və rayonlarından paytaxta üz tutan tələbələri düşündürən əsas məsələlərdən biri də münasib qiymətə kirayə mənzil tapmaqdır. Son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan əsas mövzulardan biri də elə paytaxtda kirayə mənzillərin qiymətindəki artımdır. Müzakirələrdə qiymətlərin çox yüksək olduğu və hətta kirayə mənzil tapmağın müşkülə çevrildiyi qeyd olunur.
Ekspertlərin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri yeni tədris ilinin başlaması ilə əlaqədardır. Lakin bu, kirayə mənzillərin bu qədər bahalaşmasına səbəb olan tək səbəb deyil. Başqa sözlə, həm bəzi xidmətlərin, həm də mənzillərin qiymətlərində müşahidə edilən dəyişikliklər kirayə mənzil bazarına öz təsirini göstərir.
Başqa hansı səbəblər var? Qiymət artımı nə qədər davam edəcək? Çıxış yolu nədir?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də qiymətlərin baha olması fikirlərini təsdiqlədi. Onun sözlərinə görə, hazırda bu məsələ ən aktual problemlərdən biridir: “Kirayə mənzil bazarında qiymətlər od tutub yanır. Bu da təbiidir. Çünki bazara birdən-birə alıcıların 20 faizini təşkil edən tələbə ordusu axın edəcək. Bu da təbii olaraq kirayə bazarına təsirsiz ötüşməyəcək. Hazırda ümumiyyətlə, kirayə mənzil tapmaq müşkülə çevrilib”.
R.Qasımzadə bildirib ki, artıq bəzi tələbələr növbəti tədris ilində çətinliklə üzləşməsinlər deyə qaldıqları evdən çıxmırlar: “Bildiyimiz kimi, tələbələr adətən may-iyun aylarında qaldıqları evi təhvil verirlər və sentyabrda yenidən qayıdırlar. Lakin yaranan çətinliklər səbəbindən bu tendensiya müşahidə edilmir. Bəziləri növbəti tədris ilində ev tapmaqda çətinlik yaşamasınlar deyə qaldıqları evi boşaltmadılar. Eyni zamanda, onu da qeyd etməliyik ki, onların müəyyən hissəsi yay aylarında işləyirlər. Bu da səbəblərdən biridir”.
Qiymət artımının səbəblərindən danışan ekspert hazırda müşahidə edilməkdə olan qiymət artımının ən yüksək hədd olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, paytaxt ərazisində mənzil kirayələmək üçün ən azı 250 manat tələb olunur: “Qiymətlərin enəcəyini düşünmürəm. Çünki tikinti materiallarının, evlərin qiymətlərində artım var. Baş verən qiymət artımları mənzil bazarına təsirsiz ötüşməyə bilməzdi. İki il əvvəl 50 min manat dəyərində olan mənzillərin qiyməti hazırda 60 min manata qədər yüksəlib. Və avtomatik olaraq ev sahibi kirayə qiymətini 300 manata yüksəldir. Köhnə tikililərdə 1 otaqlı mənzillər üçün kirayə qiymətləri 200-250 manat idisə, hazırda bu qiymət 300 manata yüksəlib. Fərdi yaşayış evlərində təxminən 250 manata tapmaq mümkündür. Lakin tələbat da çox yüksəlib, tapmaq çox çətindir. 1 otaqlı köhnə tikililər üçün maksimum qiymətlər isə təxminən 400 manatdır. Otaq sayının artması ilə qiymətlər 500 manatdan başlayır. Çoxotaqlı mənzillər üçün maksimum qiymət 1000 manatdır. Şəraitindən və yerindən asılı olaraq bu qiymət daha da artır. Yeni tikililərdə isə birotaqlı evlər üçün (60 kv.ə yaxın) başlanğıc qiymət 400 manatdır. 2 otaqlı evlər üçün başlanğıc məbləğ 600 manat, 3 otaqlılar üçün isə 800 manat civarındadır”.
R.Qasımzadə səbəblər arasında xüsusi karantin rejiminin ləğvindən sonra bütün sahələrin fəaliyyətinin bərpa olunmasını da istisna etmir: “Bazar qiymətlərinə təsir edən ən əsas səbəb yeni tədris ilinin başlaması və bu il qəbul olan tələbələrin olmasıdır. Təcrübə göstərir ki, daha az xərc səbəbindən bir çox hallarda 3 və daha çox şəxs bir mənzili kirayələyir. Digər səbəb isə pandemiya dövrünün bitməsi ilə əlaqədar olaraq iş yerlərin fəaliyyətinin bərpa olunmasıdır. Demək olar ki, artıq bütün fəaliyyət sahələrində işlər bərpa olunub. Bundan başqa, paytaxt ərazisində köhnə binaların söküntüsünün başa çatmaması, yeni tikilən mənzillərin isə hələ də təhvil verilməməsi də bazara öz təsirini göstərən amillərdəndir”.
“İş və xidmətlərdə olan qiymət artımı bunu deməyə əsas verir ki, kirayə mənzil bazarında qiymətlər bir o qədər də ucuzlaşmayacaq. Təcrübələrə əsasən demək olar ki, noyabr ayından sonra müəyyən qədər qiymətlərdə stabillik olacaq”, - deyə əmlak eksperti fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

