Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xaricdə oxuyan tələbələrə güzəşt olunacaq?

Xaricdə oxuyan tələbələrə güzəşt olunacaq?

24.08.2022 [08:55]

Nicat PAŞA

Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən artıq üç ilə yaxındır quru sərhədlərimiz bağlıdır. Hava yolu vasitəsilə gediş-gəlişin asanlıqla mümkün olmasına baxmayaraq, aviabiletlərin qiymətinin baha olması səbəbindən soydaşlarımızın bir hissəsi, xüsusilə tələbələr çətinliklə üzləşirlər. Bu istiqamətdə müxtəlif təkliflər səsləndirilməkdədir. Bir neçə gün öncə millət vəkili Ceyhun Məmmədov da tələbələrə müəyyən güzəştlərin yaradılması təklifi ilə çıxış edib: “Quru yolları bağldır və təyyarə biletlərinin qiyməti yüksəkdir, bu bizim xaricdə təhsil alan tələbələr üçün çətinliklər yaradır. Hesab edirəm ki, nəqliyyatın bütün növlərində, həm daxildə, həm də xaricə, tələbələrə güzəşt edilməsinə ehtiyac var. Dövlət hər zaman tələbələrə qayğı göstərir. Bu da dövlət üçün elə böyük vəsait olmaz. Bu barədə qərar qəbul etməyimiz çox yaxşı olardı”.

Deputat hazırkı şəraitdə tələbələrin güzəştli gediş-gəlişdən yararlanmağa ehtiyacları olduğunu diqqətə çatdırıb: “Mən bir neçə dəfə bu təkliflə çıxış etmişəm. Tələbəyə dövlətin qayğısını bir daha artırmaq üçün bu addım məqsədəuyğundur. Qarşıdan yeni tədris ili gəlir. Aviabiletlər hazırda bahadır. Dövlət təhlükəsizlik baxımından quru yollarını bağlayıb. Hesab edirəm ki, aviabiletlərin qiymətində tələbələr üçün güzəşt etmək yaxşı olardı. Tələbələrin xərcləri zatən çoxdur, təhsil haqqı, ev kirayəsi, gündəlik təlabat, xaricdə yaşayış və sair. Bu mövzunun ictimailəşdirilməsi günün tələbidir”.

Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan təhsil eksperti Nadir İsrafilov hesab edir ki, aviabilet qiymətlərinin müəyyən qədər əlçatan olması şübhəsiz ki, təhsilə olan marağı bir az da artıracaq: “Hazırda ali təhsilin hər kəs üçün əlçatanlığının təmin edilməsi, ali təhsillilərin sayına görə dünya ölkələri ilə rəqabət - bizim hazırda kursumuz bundan ibarətdir. Bildiyimiz kimi, pandemiya dövründə ölkə başçımız öz çıxışında bildirdi ki, bütün bu məsələlər təhsil alan və təhsil verənin xeyrinə həll olunmalıdır. Bu, dövlətin sosialyönümlü siyasətindən irəli gələn məsələdir. Prezident İlham Əliyev tərəfindən bir neçə gün öncə imzalanan məktəb direktorlarının, direktor müavinləri və müəllimlərin əməkhaqlarına əlavələr edilməsi haqqında Fərman, sertifikasiyanın nəticələrinə görə stimullaşdırıcı tədbirlər - bütün bunlar göstərir ki, bizim dövlətimiz təhsil həqiqətən də 2013-cü ildə qəbul olunmuş, ölkə başçımız tərəfindən imzalanan Azərbaycan Respublikasında Təhsilin İnkişafına dair strategiyasında təhsil prioritet məsələlərdən biridir və bu, hazırkı təcrübədə də özünü göstərir. Ölkəmizdə xaricdə təhsillə bağlı növbəti yenilik edilib. 2023-cü ilə qədər növbəti dövlət proqramı qəbul olunub və orada da müəyyən güzəştlər nəzərdə tutulur. Bu baxımdan yeni meydana gələn, ölkəmizdə inkişaf mərhələsində olan sahələr üçün xaricdə təhsilə ehtiyacımız var. Bütün bu səbəblərdən də tələbələr üçün güzəştlərə ehtiyac var. Hesab edirəm ki, bu təşəbbüs dəstəklənməlidir. Dünya ölkələrində belə təcrübələr var. Niyə bizdə də olmasın? Gənclər bizim gələcəyimizdir, onlara hərtərəfli dövlət qayğısı göstərilir. Mənəvi dəstəklə yanaşı, maddi dəstək də əsas şərtlərdən biridir. Ceyhun Məmmədovun təklifini ikiəlli dəstəkləyirəm”.

Xaricdə təhsil alan azərbaycanlı tələbələr də millət vəkilinin belə bir təkliflə çıxış etməsini dəstəkləyirlər. Qardaş ölkədə magistr təhsili alan Ali Fuad bu təklifin dəyərləndiriləcəyinə və qüvvəyə minəcəyinə ümid edir: “Əslində, qiymətlərin münasib olması ölkəmiz üçün bir fürsət ola bilər. Xaricdə təhsil alan azərbaycanlı tələbələr ölkəmizdən danışırlar, ölkəmizi təbliğ edirlər. Şəxsən mən öz qrup yoldaşlarıma o qədər Azərbaycandan danışıram ki, hamısı ölkəmizə gəlmək, yurdumuzu görmək istəyirlər. İstərdik ki, onları bircə dəfə Azərbaycana gətirək, qonaq edək, onlar da Azərbaycanın gözəlliklərini öz gözləri ilə görsünlər”.

Bakalavr tələbəsi Sünbülə İbadova da millət vəkilinin təklifini yüksək dəyərləndirərək, onlara tətbiq ediləcək güzəştlərdən yararlanmağı arzu edir: “Türkiyədə bakalavr təhsili alıram. Bütün tələbələr kimi, mən də ən azı ildə bir dəfə də olsa, ailəmin yanına getmək istəyirəm. Son vaxtlar müşahidə olunan qiymət artımı digər tələbələr kimi məni də narahat edir. İnanıram ki, çox yaxın zamanda bu təklifin reallaşmasının şahidi olacağıq”.

Xaricdə magistr təhsili alan digər bir həmsöhbətimiz - Römən Hüseynov da belə bir təklifin verilməsini yüksək dəyərləndirir. R.Hüseynov deyir ki, qiymətlər o qədər yüksəkdir ki, ildə bir dəfə də evimizə qayıda bilmirik: “Ölkədən xaricdə oxumaq, evindən uzaqda yaşamaq onsuz da çətindir. Təhsil ödənişlərini, kirayə haqqını, ümumilikdə yaşam xərclərini qarşılamaq tələbə üçün heç də asan deyil. Bu səbəblərdən də evimizə ildə cəmi bir dəfə ya gedə bilirdik, ya da heç o da alınmırdı. Qiymətlərin baha olması səbəbindən indi o şansımız da qalmayıb. Tələbələri nəzərə alıb, belə bir güzəşt olunsa, çox yaxşı olar”.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30