AYNA işə başladı...
21.10.2022 [10:16]
Problemlər bitəcək?
Hazırda Bakıda əhalini ciddi şəkildə narahat edən məsələlərdən biri də tıxacdır. Məhz bu səbəbdən insanlar demək olar ki, hər gün bir neçə dəqiqəlik yolu qət etmək üçün bir neçə saat yolda qalmalı olurlar. Paytaxt yollarında sıxlığın aradan qaldırılması üçün mütəmadi olaraq təkliflər edilir, layihələr hazırlanır. Bütün bunlara baxmayaraq, Bakının tıxac problemi gündəmin əsas mövzularından biri olaraq qalmağa davam edir.
Dövlətimiz tərəfindən bu sahədə xeyli işlər görülür, layihələr hazırlanır. Elə ötən il mühüm sahələrdən biri sayılan sərnişindaşıma və yükdaşıma sahələrində yeni islahatlara start verildi. Dövlət başçımızın müvafiq Fərmanı əsasında yeni qurum - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaradıldı.
Ekspertlər əmindirlər ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında yaradılan yeni qurum - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu sahədə idarəetmənin təkmilləşdirilməsində və elektronlaşdırılmasında əhəmiyyətli rol oynayacaq.
Fərmana uyğun olaraq, AYNA publik hüquqi şəxs Sumqayıt və Gəncə şəhər icra hakimiyyətləri başçıları yanında, habelə Bakı da (BNA istisnadır) daxil olmaqla, Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında formalaşdırılıb. Bu isə sərnişindaşıma və yükdaşıma işinin təşkilində, onun idarə olunmasında vahid mərkəzin formalaşdırılması deməkdir.
Bəs bu qurumun fəaliyyət mexanizmi nəyə əsaslanır? Vahid mərkəz olaraq formalaşdırılmış AYNA yeni standartları regionlarda necə həyata keçirəcək?
Mütəxəssislərin fikrincə, AYNA-nın yaradılması da məhz regionlardakı sərnişindaşıma sistemindəki boşluqları və çatışmazlıqları aradan qaldırmağa hesablanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, yeni yaradılmış AYNA Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) bazasında formalaşdırılıb. Ekspert vurğulayıb ki, keçmiş DANX Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla digər regionlarda sərnişin və yükdaşımaların təşkilinə cavabdeh qurum idi. İndiki halda isə, həm Sumqayıt, həm də Gəncənin nəqliyyat sistemi AYNA tərəfindən tənzimlənəcək: “Əvvəlki format özünü doğrultmadı. Regionlarda - Gəncə və Sumqayıt şəhərlərində nəqliyyat sistemi doğru - düzgün qurulmadı, inkişaf getmədi. Bu sahə ilə bağlı haqlı narazılıqlar vardı. Sərnişinlərə xidmət olduqca aşağı səviyyədə idi. AYNA-nın bu problemləri aradan qaldıracağına inanıram. Artıq bütün işlər vahid sistem üzərindən həyata keçiriləcək. DANX-nin bütün strukturları yeni qurumun sərəncamına verilib. Bununla yanaşı, AYNA həm də dövlət nəzarətində olacaq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək”.
Prezidentin AYNA-nın yaradılması ilə bağlı imzaladığı Fərmanda vacib məqamların yer aldığını diqqətə çatdıran E.Muradlının sözlərinə görə, qurum avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, innovativ həllərin tətbiqinin genişləndirilməsinə cavabdehlik daşıyacaq. Eyni zamanda, avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsi, habelə məlumatların əlçatanlığının təmin edilməsi də yeni yaradılan AYNA informasiya sistemi üzərindən həyata keçiriləcək. “Nəqliyyat, ümumilikdə çox önəmli bir sahədir və istər sərnişindaşıma, istərsə də yükdaşıma sahəsində yeni təkmilləşməyə ehtiyac var. Düşünürəm ki, yeni yaradılacaq struktur bu sahə üzrə vahid mərkəzin formalaşmasını təmin edəcək. Sözügedən Fərmana əsasən, yeni sistemin yaradılması nəzərdə tutulub. Fikrimcə, AYNA informasiya sistemi həm də ASAN Xidmətə inteqrasiya olunmalıdır. Yükdaşıma, sərnişindaşıma ilə bağlı lisenziyaların, fərqlənmə nişanlarının verilməsinin elektronlaşdırılması yeni texnologiyalara əsaslanacaq. İnsanlar əziyyətdən qurtaracaq, vaxt itkisinin qarşısı alınacaq. Ən əsası isə şəffaflıq tam təmin ediləcək”, - deyən E.Muradlı onu da əlavə edib ki, müvafiq dövlət strukturunun - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bununla bağlı gələn il üçün mühüm planları mövcuddur. Bir sözlə, İctimai Şura üzvü AYNA-nın sərnişin və yükdaşımadakı problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağı qənaətindədir.
AYNA-ya ötən bir il ərzində görülən işlər barədə məlumat almaq üçün sorğu göndərdik. Sorğumuza əsasən, sözügedən qurumdan bildiriblər ki, Agentliyin Nizamnaməsi bir neçə gün öncə təsdiq edilib.
Qeyd edək ki, srağagün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən AYNA-da şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib. Görüşdə sərnişindaşıma sahəsində çatışmazlıqlar, daşıyıcıların fəaliyyəti, qarşılaşdıqları problemlər və onların həlli yolları müzakirə olunub.
Daşıyıcılar daha çox qeyri-qanuni sərnişin daşımalarından, bəzi istiqamətlərdə şəhərlərarası sərnişin daşınmasının az rentabelli olmasından narazılıqlarını ifadə ediblər. Onlar, həmçinin istifadədə olan nəqliyyat vasitələrinin yenilənməsində çətinlik çəkdiklərini bildiriblər.
Görüşdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qanunsuz sərnişindaşımanın aradan qaldırılması ilə bağlı addımların tədricən səmərə verdiyi vurğulanıb. Rayon avtovağzallarının fəaliyyəti və bilet satışındakı problemlər diqqətə çatdırılıb.
Görüşdə sürücülərin peşəkarlıq keyfiyyətinin artırılmasına ehtiyac olduğu da qeyd edilib.
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev avtobus parkının vəziyyəti və yenilənməsi istiqamətində görüləcək işlər barədə məlumat verib. Həmçinin şəhərdaxili marşrutlarda nağdsız ödəniş sisteminə keçid və onlayn bilet satışı sisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Görüşdə şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarının müsabiqəyə çıxarılması barədə də fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində hazırda 4 istiqamət üzrə 9 reys müsabiqəyə çıxarılıb. Növbəti mərhələdə şəhərətrafı və şəhərdaxili marşrutlarla bağlı da eyni addımın atılacağı vurğulanıb.
Pərviz
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

