/ / Bakıda "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb
Bakıda "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb
03.03.2011 [18:36]
AzərTAc xəbər verir ki, konfransı Beynəlxalq Jurnalistlər Federasiyası, Demokratik Jurnalistlər Liqası, Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ), Beynəlxalq Avrasiya Mətbuat Fondu, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən ibarət “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası” təşkil edib. “Etik jurnalist təşəbbüsləri - Azərbaycan” layihəsi çərçivəsində keçirilən konfransa Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi maliyyə dəstəyi verib.
Tədbiri açan JuHİ-nin sədri, “Etik jurnalist təşəbbüsləri - Azərbaycan” layihəsinin əlaqələndiricisi Müşfiq Ələsgərli ölkəmizdə medianın mövcud durumu, bu sahədəki problemlər, eləcə də, yeni çağırışların və beynəlxalq təcrübənin öyrənilməsi baxımından tədbirin əhəmiyyətini qeyd edib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev azad sözün, KİV-lərin sərbəst fəaliyyətinin hüquqi-demokratik cəmiyyətin vacib amillərindən olduğunu vurğulayaraq, ölkəmizdə azad mətbuatın və plüralist fikrin formalaşması üçün dövlət, cəmiyyət, o cümlədən jurnalistlər tərəfindən ciddi səylərin göstərildiyini deyib. Bu səylərin üst-üstə düşdüyü məqamlarda görülən işlərin təsiri və uğurları daha böyük, nəzərəçarpan olub.
Bildirilib ki, bu gün Azərbaycanda plüralist medianın formalaşması cəmiyyət və dövlət tərəfindən qəbul edilən, təsdiqlənən əsas prinsip və fəaliyyət istiqamətidir. Bu istiqamətdə ardıcıl addımlar atılır, media ilə dövlət orqanları arasında əməkdaşlıq dərinləşdirilir, KİV-lərin fəaliyyətinin daha da genişləndirilməsi sahəsində müxtəlif tədbirlər görülür. Bütün bunlar cəmiyyətimizin mənafeyinə cavab verir.
Azərbaycanda mətbuatın inkişaf yoluna nəzər salan Ə.Mehdiyev bildirib ki, 1998-ci ildə senzuranın, daha sonra mətbuat və informasiya nazirliyinin ləğv edilməsi ilə dövlətin medianın fəaliyyətinə müdaxilə imkanları aradan qaldırılıb. Ancaq dövlət media ilə əlaqələrini kəsməyib. Qarşılıqlı əməkdaşlıq, mətbuatın inkişafı üçün zəruri şəraitin yaradılması sahəsində dövlətin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan qəbul edilən qanunvericilik aktları, o cümlədən KİV-lərin fəaliyyətini tənzimləyən qanun mühüm rol oynayıb. Bu qanunun qəbul edilməsi ilə Azərbaycanda azad mətbuatın formalaşması istiqamətində mühüm addımlar atılıb.
Hazırda Azərbaycanda 4 min 300-dən artıq mətbuat orqanının, o cümlədən 50-dən artıq informasiya agentliyinin qeydiyyata alındığını diqqətə çatdıran natiq, cəmiyyətimizin üzləşdiyi məsələlərin işıqlandırılması, ictimaiyyətin informasiya ehtiyacının ödənilməsi, dövlət qurumlarının fəaliyyətinə yaxından dəstək verilməsi baxımından KİV-lərin əhəmiyyəti diqqətə çatdırılıb.
Dövlətin mətbuatın inkişafına daim diqqət yetirdiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi, peşəkar kadrların hazırlanması, mətbuatın inkişafına dəstək verilməsi məqsədilə 2008-ci ildə konsepsiyanın qəbul edilməsini, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) yaradılmasını mühüm addım kimi qiymətləndirib.
Mətbuat orqanlarının işinin yaxşılaşdırılması və cəmiyyətin mənafeyinə uyğun tənzimlənməsi, peşəkarlığının artırılması üçün dövlət orqanlarının bütün jurnalist təşkilatları, mətbuat orqanları və beynəlxalq təşkilatlarla həmişə əməkdaşlıq etdiyini bildirən Ə.Mehdiyev bu prosesin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb, bu baxımdan belə tədbirin zəruriliyini vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money-Kyrle, KİVİDDF-in icraçı direktoru Vüqar Səfərli, ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter, Aİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Fuad Hüseynov mətbuatımızın mövcud durumu və inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Sonra “Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan” layihəsi barədə təqdimat olub.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib, Ə.Amaşov “Azərbaycan mediasının mənzərəsi: mövcud vəziyyət, yeni çağırışlar” və APA informasiya agentliyinin baş redaktoru Vüsalə Mahirqızı “Şəffaflıq kontekstində hakimiyyət-media münasibətləri” mövzuları üzrə çıxış ediblər.
Tədbirdə digər məsələlərlə bağlı çıxışlar da dinlənilib, fikir mübadiləsi aparılıb.
Konfrans öz işini bu gün davam etdirəcək.
Xəbər lenti
Hamısına baxMədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55

