10 210 818 olduq!
16.12.2022 [10:22]
Demoqrafik inkişaf sosial-iqtisadi yüksəlişin əsas göstəricisidir
Yeganə BAYRAMOVA
Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 54 452 nəfər və ya 0,5 faiz artaraq noyabrın 1-i tarixində 10 210 818 nəfərə çatıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini isə kənd sakinləri təşkil edib.
Demoqrafik proseslər cəmiyyətin bir çox sahələri ilə üzvi surətdə bağlı olan fenomendir. Sosial-iqtisadi vəziyyət demoqrafik proseslərə, o da öz növbəsində, sosial-iqtisadi hadisələrə təsir göstərir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş vermiş siyasi, sosial-iqtisadi dəyişikliklər, həyatın bütün sahələrini bürümüş böhran demoqrafik inkişafda öz izlərini qoymaya bilməzdi. Lakin ilk vaxtlar bu təsir lazımi səviyyədə öyrənilmir və ölkədə demoqrafik proseslərin inkişafı proqnozlaşdırılmırdı. Bu sahədə dövlət siyasətinin əsasları ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyuldu. Ölkədə siyasi-iqtisadi təlatümlər nisbətən səngidikdən, sabitlik bərqərar olduqdan sonra demoqrafik inkişaf barədə düşünmək imkanı yarandı. Ulu Öndərin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq olundu. Beləliklə, ölkədə ilk dəfə olaraq mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi aparıldı.
Qiymətləndirmə sənədindəki bəzi maraqlı faktları xatırlatmaq yerinə düşər. Azərbaycanda əhalinin ən sürətli artımı 1960-cı illərin əvvəllərində baş verib. Həmin ildə keçmiş İttifaqda əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 24,9 nəfər olmuşdu. Azərbaycanda isə bu göstərici 42,6 nəfərə çatmışdı. Təbii artım səviyyəsi İttifaqda 17,8, Azərbaycanda isə 36, 9 nəfər təşkil edirdi. Lakin 1965-ci ildən etibarən respublikamızda əhalinin doğum və təbii artım səviyyəsi tədricən aşağı düşməyə başladı. Əsrin sonunda 1000 nəfərə düşən doğum səviyyəsi 17,4 nəfər, təbii artım səviyyəsi isə 11,2 nəfər azaldı. Əhalinin hər 1000 nəfərinə düşən ölüm səviyyəsi isə 1990-1994-cü illərdə, yəni atəşkəs dövrünədək 6,0 nəfərdən 7,3 nəfərədək artdı. Bir yaşınadək uşaqlar arasında ölüm səviyyəsi, eləcə də ana ölümləri yüksək olaraq qalmaqda idi. Demoqrafik inkişafın ən mühüm göstəricilərdən biri olan nikah və boşanma səviyyəsi də ürəkaçan deyildi.
1999-cu ildə ölkəmizdə demoqrafiya siyasətinin əsas konturları müəyyənləşdirildikdən sonra növbəti mühüm addım atıldı. Prezident İlham Əliyevin 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edildi. Bununla da demoqrafik proseslərin idarə olunması və nizamlaması istiqamətində yeni era başlandı. Demoqrafik inkişafı səciyyələndirən ailə-nikah, doğum, ölüm, təbii artım, insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluğunun və həyat səviyyəsinin yaxşılaşdırılması kimi məsələlərə kompleks yanaşma çox keçmədən öz bəhrəsini verməyə başladı. 2002-ci ildə Azərbaycanda 8 milyon 202,5 min nəfər əhali qeydə alındı. 2010-cu ilin əvvəlində bu göstərici 9 milyon nəfərə çatdı.
İndi isə biz 10 milyon 210 min 818 nəfərik. Azərbaycanda əhalinin bu saya çatması xalqın təqdir etdiyi və dəstəklədiyi sosialyönümlü siyasətin növbəti təzahürüdür. Bütün bunlar cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığına daha bir sübutdur.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

