Boşanmamaq üçün...
06.04.2023 [10:55]
Nələrə diqqət yetirilməlidir?
Qönçə QULİYEVA
Valideynlik nəsihət verməkdən ibarət deyil
Bir çox ailələr öz övladlarının ailəsinə müdaxilələr edir. İşin maraqlı tərəfi isə budur ki, bu, onlar tərəfindən müdaxilə kimi başa düşülmür. Ailələr bu müdaxiləni nəsihət kimi görür, öz bildikləri düzləri qəbul etdirməyə çalışırlar.
Psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, ailənin dağılmasının səbəblərindən biri də üçüncü və dördüncü şəxslərin müdaxiləsidir: “Ailə övladının fikirlərinə müdaxilə edir və “bu mənim övladımdır”, “mən bilirəm” kimi düşüncələrdə olur. Hətta bəzi hallarda valideynlər öz doğru bildikləri yanlışları övladlarına aşılayırlar ki, bu da gərginliklərin yaranmasına səbəb olur. Nəticədə isə ailə dağılır və iki şəxsin bir-birini anlamaması kimi qiymətləndirilir. Bu ailədə doğulan uşaq ilk olaraq anası və nənəsi arasında qalır. Ata nənəsi haqqında danışarsa, uşağın gözündə atalıq statusu zəifləyir. Bu, uşağın daha çox anaya meyilli olmasına və anaya yönəlməsinə gətirib çıxarır. Çünki unutmaq olmaz ki, uşaqlar müşahidəçi rolunda çıxış edirlər”.
Sosial Şəbəkə faktoru
Artıq bir neçə ildir ki, insanlar ailə üzvlərindən çox sosial şəbəkələrdə vaxt keçirirlər. Bu virtual məkanda çox vaxt xərcləmək ər və arvad münasibətlərində soyuqluq yaratmaqla yanaşı, bəzən ailə təməlini sarsıdan problemlərin ortaya çıxmasına səbəb olur. Sosial şəbəkələr milli ailə dəyərlərinin aşınmasına da yol açır.
Şəxsi həyatın sosiallaşmasının bir çox problemlərinə səbəb olduğunu deyən psixoloq bəzi maraqlı məqamlara toxunub. Onun müşahidələrinə görə, artıq şəxs real həyatda xəyanət etməsə də, virtual aləmdə xəyanət düşüncəsi yaranmış olur: “Sosial şəbəkələrdə müxtəlif şəkillər və küskün, fərqli tərzli statuslar digər insanların diqqətini cəlb etməsi ilə nəticələnir. Çox vaxt küskün, bədbin statuslar xanımlarda müşahidə olunsa da, artıq kişilər də bu vasitələrdən istifadə edərək özünü ifadə edir. Təbii ki, insanlar və yanaşmalar fərqlidir. Bəzən bu vasitələr başqa münasibətlərin yaranması ilə nəticələnir. Bu isə ailənin dağılmasına gətirib çıxarır. Bəzən sosial şəbəkələrdən çox istifadə edən zaman qarşı tərəfdə şübhə oyanır və bu şübhə sonra mübahisələr yaradaraq dərinləşir”.
İqtisadi Faktorlar
Hər ailənin fərqli iqtisadi vəziyyəti və fərqli ehtiyacları var. Çox az ailənin bütün ehtiyaclarını ödəmək üçün gəliri olsa da, həyatları boyunca ehtiyacların zəruriliyini və prioritetini müəyyən etmək çox vacibdir. Çünki ailələrin istəkləri müxtəlifdir. Bu istəklər rahat yaşayışı təmin etmək üçün vacibdir. Təəssüf ki, bəzi hallarda tərəflərdən birinin, əsasən xanımların şöhrətpərəstliyi də gözlənilməyən problemlərə yol açır.
E.Səfərov deyir ki, ailələrin dağılmasına səbəb kimi həm də iqtisadi, maddi faktor göstərilir: “Lakin bu faktor boşanma səbəbi kimi ilk üçlüyə daxil deyil. Nikaha daxil olan ailələr arasında yoxsul, orta və yüksək səviyyədə qazancı olan insanlar da var. Yəni, iqtisadi faktor ailə dağılması üçün bir səbəb olsa da, əsas səbəb deyil. İqtisadi faktor dedikdə müxtəlif məqamlar nəzərdə tutulur, bunlardan biri də məşğulluğun olmamasıdır. 2 milyondan çox Azərbaycan ailəsi stabil ailə strukturu çərçivəsində inkişaf etdirilir və ailə institutu möhkəmləndirilir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva isə qəzetimizə açıqlamasında son dövrlər boşanmaların motivləri arasında daha çox sosial şəbəkələrin mənfi təsiri, maddi səbəblər, xəyanət, uşağın olmaması, zərərli vərdişlərə aludəçilik, zorakılıq kimi faktorların durduğunu bildirib. O bildirib ki, boşanmaların mütləq əksəriyyəti sosial-psixoloji əsaslardan qaynaqlanır: “Və bu məsələ bir daha ənənəvi ailə dəyərlərinin qorunması və təbliğinin vacibliyini ortaya çıxarır. Son illərdə boşanmaların artma tendensiyası gələcəkdə sosial cəhətdən həssas əhalinin sayının artması ilə müşahidə oluna bilər. Bir çox hallarda qarşı tərəf aliment verməkdən imtina edir. Övladlarını tək böyütmək məcburiyyətində qalan valideynlər ciddi sosial problemlərlə üzləşirlər. Müəyyən bir təbəqə boşanmalar zamanı ciddi problemlərin yaranmaması üçün nikah müqaviləsi bağlamağın önəmli olduğunu bildirsə də, digər tərəf nikah müqaviləsi bağlayaraq ailə qurmağın sosial-psixoloji baxımdan cütlüklərə mənfi təsir etdiyini qeyd edir.
Ümumiyyətlə, ailə qurarkən heç bir cütlük boşanmaq üçün nikaha daxil olmur. Amma bəzən tərəflərin ailə həyatından gözləntiləri özünü doğrultmur. Bu gözləntilər sosial şəbəkələrin ailələrin daxilinə daha çox nüfuz etməsi, qadınların maddi cəhətdən asılılığının azalması, ənənəvi ailə modelinin transformasiyaya uğraması və mənəvi cəhətdən məsuliyyət hissinin azalmasında öz əksini tapa bilir”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

