Təhsil sahəsində islahatlar...
29.04.2023 [10:50]
Nicat Dilqəmli
Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurlu islahatlar həyata keçirilir. Təhsilin inkişafı istiqamətində görülən işlərdən danışarkən buraya həm müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması, həm də tədris prosesinin təşkilində təkmilləşdirmə işlərinin aparılması kimi məsələləri nümunə gətirmək olar. Elm və təhsil sahəsində yeniliklərin tətbiqinin intensiv hal alması isə olduqca sevindiricidir. Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər də təhsil sektorunun inkişafı baxımından olduqca əhəmiyyətlidir.
60 və daha yuxarı yaşda olanlar...
Dəyişikliklərdən biri də təhsilverənlərin sertifikasiya imtahanlarına cəlb edilməsində müəyyən dəyişikliklərin tətbiqi ilə bağlıdır. Təklifə əsasən, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. Xatırlatmaq yerinə düşər ki, hazırda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yer almayıb.
İlk dəfə işə qəbul olunan müəllimlər...
Sertifikasiyaya dair təklif edilən daha bir dəyişiklik isə məktəblərdə ilk dəfə işə qəbul olunan müəllimlərin 3 il müddətində imtahanlardan azad olunacağı ilə bağlıdır. Belə ki, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılır. Qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər. Təklif olunan dəyişikliyə əsasən, bu müddətin 5 ildən 3 ilə endirilməsi təklif olunur.
Bağça müəllimləri də...
Müzakirələr zamanı təklif edilən daha bir yenilik isə dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin sertifikasiyaya cəlb edilməsi ilə bağlıdır. Başqa sözlə, bağça müəllimlərinin də bilik və bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Bu, təhsilverənlərin vəzifələri sırasına daxil edilib. Beləliklə, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq.
Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçəcəklər. Sertifikatlaşdırma qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən ediləcək.
Sertifikatlaşdırmadan keçən şəxslərə 5 il müddətində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək.
Eyni zamanda hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçməyəcəklər.
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
Bununla əlaqədar “Məktəbəqədər təhsil haqqında” qanuna da müvafiq dəyişikliklər edilir. “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir. Təklif olunan dəyişikliyə əsasən, sertifikatlaşdırmadan keçən işçilər istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçiriləcək.
Təklif edilən dəyişikliklərlə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzeti ilə bölüşən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi ümumilikdə nəzərdə tutulan bu dəyişiklikləri müsbət qiymətləndirdiyini bildirib.
Peşə təhsilində qiyabi təhsilin olması doğru deyildi
Peşə təhsilində ediləcək dəyişiklik barədə fikirlərini bölüşən ekspert qeyd edib ki, bu məktəblərdə qiyabi təhsil formasının olması başadüşülən deyildi: “Çünki bu, elə bir istiqamətdir ki, tələbələr yerində öyrənməklə, təcrübə keçməklə özlərində müvafiq bilik və bacarıqları formalaşdırırdılar. Bu baxımdan, düşünürəm ki, qiyabi təhsil formasının ləğvi ilə bağlı çağırış doğru qərardır”.
Proqramı yaxşı səviyyədə bilmirsə...
60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada könüllü iştirakı məsələsinə toxunan E.Əfəndi təklifi belə dəyərləndirib: “Bildiyimiz kimi, ölkəmizdə 2008, 2009-cu ildən kurikulum tətbiq olunur və həmin yaş aralığında olan təhsil verənlərin proqramı tam şəkildə mənimsəyə bilmədiklərinə şahidlik edirik. Nəticə etibarı ilə əgər bu gün müəllim öz tədris etdiyi proqramı yaxşı səviyyədə bilmirsə, fikrimcə, onları birbaşa olaraq təqaüdə göndərmək daha doğrudur. Hər il müəllimlərin işə qəbulu imtahanları keçirilir və bu imtahanlarda 40 mindən çox namizəd iştirak edir ki, onlardan da maksimum 11 mini vakant yerləri tutur. Yerdə qalanlar isə, hansı ki, onların da əksəriyyəti universiteti yeni bitirmiş gənc kadrlardır, müvafiq vakansiyalarda iştirak edə bilmirlər. Nəticədə əmək bazarında pedaqoji ixtisaslara malik olan işsiz bir ordu formalaşır. Elə bu səbəbdən də qeyd edilən dəyişikliyin tətbiq edilməsi ilə bu problemin aradan qaldırılmasına nail olmaq olar. Eyni zamanda, həmin şəxslər də təqaüdə göndəriləcəklər”.
Bağça müəllimlərinin imtahanlarda iştirakı çox önəmlidir
Ekspert bağçaların yerli icra hakimiyyətlərinin tərkibində olduğu müddətdə baş verən neqativ hallar barədə də söz açaraq səsləndirilən təklifin olduqca vacib olduğunu qeyd edib: “Bağça məsələsi artıq bir neçə ildir ki, yaralı yerimiz”dir. Dövlət başçımızın imzaladığı müvafiq sərəncamla bağçalar yerli icra hakimiyyətlərindən alınaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Buna qədərki dövrə nəzər yetirdikdə kifayət qədər neqativ halların baş verdiyini görə bilərik. Həmin dövrdə həm də ümumiyyətlə bu sahədə hər hansı bir təhsili, diplomu olmayan şəxslərin işə cəlb edildiyinin də şahidi olurduq. Bu səbəblərdən də bağça müəllimlərinin də sertifikasiya imtahanlarına cəlb olunması mütləqdir”.
Yeni işə qəbul olunan müəllimlərin imtahanlardan azad edilməsi müddətinin azaldılması təklifinə gəlincə ekspert belə deyib: “Onların yenidən imtahanlara cəlb edilməsi heç də doğru yanaşma deyil. Lakin düşünürəm ki, qeyd edilən müddət bir az da artırılmalıdır. Bu müddəti 5 ilə qədər artırmağı daha uyğun hesab edirəm”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

