Günümüzün xəstəliyi: Sosial şəbəkə asılılığı
11.05.2023 [11:08]
Texnologiyanın inkişaf etməsi bir çox sahədə müsbət dəyişikliklərə səbəb olmaqla yanaşı, sosiallaşma sahəsində də öz təsirlərini qabarıq şəkildə göstərməyə başladı.
Başqa sözlə, internetin yayılması sosial media asılılığını da günümüzün ən böyük problemlərindən birinə çevirmiş oldu. Sosial media hesablarına yalnız bir neçə dəqiqəlik baxmaq üçün daxil olanların bir çoxu əksər hallarda saatlarla “Facebook”, “İnstagram”, “Twitter” kimi sosial şəbəkələrdə vaxtlarını səmərəsiz şəkildə keçirirlər. Nəticə etibarı ilə bu, asılılıq yaradır, bir çox insanın həyatına mənfi təsir göstərir.
İnternet asılıları kimlərdir?
Bir çoxumuz sosial mediada nəzərdə tutulandan daha çox vaxt keçiririk. İnternetdə daha çox zaman keçirmək asılılıq, bağlılıq kimi vərdişlərin yaranması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, internet asılılığının bir hissəsi olan sosial media asılılığı, əslində fiziki asılılıqdan çox davranış asılılığı olaraq başa düşülür. Başqa sözlə desək, bu asılılıq emosiyalarımıza da təsir edəcək gücə malikdir.
Günün böyük bir hissəsini “Facebook”, “Instagram”, “Twitter” kimi sosial media hesablarında keçirmək və buna aludə olmaq sosial media asılılığı adlanır. Sosial mediaya aludə olmağın ən böyük səbəblərindən biri izlənmə - populyarlıq istəyidir. Çünki hesablarımıza videolar yükləmək və onların başqaları tərəfindən bəyənilməsi, yəni, daha çox “like” yığması, eyni zamanda, gündəlik problemləri düşünmədən burada vaxt keçirmək ilk vaxtlar insanlara xoş gəlir. Bu fəaliyyətdən aldığımız həzz, bu hərəkəti təkrar-təkrar etmək istəyini özü ilə gətirir. Beləliklə, müasir dövrün ən böyük xəstəliyinə düçar olmağa şərait yaradır.
Danışıb, yaza bilməyən gənclər
Sosial medianın istifadəsi bir çox gəncin söhbətdən çox yazışmaya üstünlük verməsinə səbəb olur. Əslində, tez-tez eyni kafedə saatlarla oturan və bir-birinin üzünə baxmadan smartfonlarında vaxt keçirən gəncləri tez-tez görürük. Bu da təbii ki, münasibətləri və ünsiyyəti korlayır. Eyni zamanda, sosial media platformalarında müxtəlif insanların mükəmməl həyatlarına şahid olmaq bir çoxlarında çatışmazlıq hissinin çoxalması ilə nəticələnir. Hər halda, özünə inamı az olan gənclər həyatdan təcrid olunurlar. Bu isə real ünsiyyətin qurulmasına böyük maneədir. Onlayn həyatda ancaq yazışma şəklində münasibət qurmaq düzgün tələffüzün, dil bacarıqlarının azalması ilə də nəticələnir. Dolayısıyla, gənclərin məşğuliyyətlərini məhdudlaşdırır.
Sosial şəbəkələri dövrün ən aktual problemlərindən biri hesab edən sosioloq Əhməd Qəşəmoğlu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, onlayn platformalardan düzgün istifadə əslində geniş imkanlar yaradır. Sosioloqun sözlərinə görə, bunun üçün insanlarda sosial şəbəkə mədəniyyəti formalaşdırılmalıdır: “Sosial şəbəkələrə bağlılıq indiki dövrün ən aktual problemlərindən biridir. Sosial şəbəkə unsiyyət üçün çox gözəl və əlverişli vasitədir. Düzgün istifadə hər kəs üçün faydalıdır. Sosial şəbəkə vasitəsilə dünyanın istənilən yerində olan digər insanlarla münasibət saxlaya bilirik. İnternet və sosial şəbəkələr ilan zəhəri kimidir. Düzgün istifadəsi dərman kimi olsa da, artıq istifadəsi insanı zəhərləyir və öldürür. İnsanlarda sosial şəbəkələrdən istifadə etmək mədəniyyəti formalaşdırmaq lazımdır”.
Ə.Qəşəmoğlu qeyd edib ki, ünsiyyət üçün nəzərdə tutulan şəbəkələrdən heç də hər kəs bu məqsədlər üçün istifadə etmir: “İnsanlar müxtəlif səbəblərə görə sosial şəbəkələrdən istifadə edirlər. Bəziləri özünü cəmiyyətdə təsdiq etdirmək üçün sosial şəbəkələrdən istifadə edir. Düşünürəm ki, bu, bir mənada təhsil və gənclərlə bağlı siyasətlə də bağlıdır. Belə ki, təhsilli gənclər sosial şəbəkənin müsbət tərəfindən yararlanmağa çalışacaqlar. Sosial şəbəkədən çox istifadə edən gənclər cəmiyyətdə yer tapa bilmirlər. Özünü təsdiq etdirməyən şəxslər özü kimi insanların axtarışına çıxır. Sosial şəbəkələrə bağlılığın səbəbləri axtarılmalıdır. Belə ki, günümüzdə gəncləri daha çox sosial şəbəkənin zərərli istifadəsindən çəkindirmək lazımdır”.
İnsan nəyəsə bağlanmaq ehtiyacı duyursa...
Sosial şəbəkə asılılığının dünyanın hər yerində yayılan bir problem olduğunu deyən sosioloq bu sahədəki elmi araşdırmalar barədə də söz açıb: “Bağlılıq” nəzəriyyəsi və emosional bağlılığın şəxsiyyətin həyatına təsiri amerikan psixoloqları Con Boulbi və Mariya Eynsvort tərəfindən psixoanalizin təsiri altında meydana gəlmiş və hazırda da məşhur olan cərəyan olaraq irəli sürülmüşdür. Bu nəzəriyyəyə əsasən, insanlarda bağlılıq məxsusi bir prosesdir. Yəni, insan hər zaman nəyəsə bağlanmaq ehtiyacı duyur. Bu bağlılıq mənfi və müsbət xarakter daşıya bilər. İnsan üçün gərəkli olan müsbət xarakterli bağlanmalardır. Müsbət xarakterli bağlılıq insanın ailəsinə, vətəninə, işinə olan bağlılıqdır. Narkotikə, sosial şəbəkələrə, alkoqola və digər bu kimi mənfi vərdişlər isə insan üçün çox təhlükəlidir. Lakin insanları bu bağlılıqdan çəkindirmək üçün kəskin “yox!” ifadəsi işlədilməməlidir. Təəssüf ki, bizim cəmiyyətdə bu mövzu ilə bağlı təsəvvür azdır. Sosial şəbəkə asılılığını aradan qaldırmaq üçün məşğuliyyətlərin sayı artırılmalıdır. Məsələn, işsizlik sosial şəbəkələrə bağlılığı artıran faktorlardan biridir. Sosial şəbəkələrdən istifadə edən gənclərin kütləsi çoxdursa, deməli, biz gənclərin potensialından lazımi qədər istifadə edə bilmirik”.
Qönçə QULİYEVA
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

