Parkinq problemi...
28.07.2023 [11:40]
Pul yığan sarı jiletlilər, narazı sürücülər...
Parkinqlərlə bağlı yeni qiymətlər
Bakının nəqliyyat idarəçiliyində ən əhəmiyyətli problemlərdən biri məhz parkinq ödənişləri ilə bağlıdır. Paytaxtda bir çox yerlərdəki parkinqlərdə qeyri-qanuni pul yığılması hallarına dəfələrlə rast gəlmişik. Vaxtaşırı olaraq müəyyən dövlət qurumlarından mövcud vəziyyətlə bağlı açıqlamalar verilsə də, problem həllini tam olaraq tapmayıb. Bəzi sarı jiletli şəxslər avtomobil saxlayanlardan minimum 1 manat tələb edirlər. Bu məbləğ maşınların dayanma müddəti 1 saatdan artıq olduqda isə bir az çoxalaraq 2-3 manata kimi çıxır. Bəzən əraziyə “parkinq ödənişsizdir” xəbərdarlığı vurulsa da, həmin şəxslər buna əhəmiyyət vermirlər. Sürücülər parkinq üçün ödəniş etdikdən sonra isə qarşılığında çek tələb edəndə həmin sarı jiletlilər ya bu sözü ilk dəfə eşidirmiş kimi baxır, ya da çek verməmək üçün min cür bəhanə uydururlar.
İlk dəfə: Parkinq qiymətləri təsdiqləndi
Əvvəllər parklanma yerlərinə görə tariflər müəyyən olunmamışdı. Ancaq bu günlərdə ilk dəfə avtomobillərin parklanmasına görə ödənişin məbləği dövlət tərəfindən təsdiq edilib. Bu barədə Nazirlər Kabineti (NK) qərar qəbul edib.
İyulun sonundan etibarən...
Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir və dərc edildiyi tarixdən 30 (otuz) gün sonra qüvvəyə minəcək. Qərara əsasən, avtomobillərin parklanmasına görə ödənişin məbləği nəzərdə tutulan zonalara uyğun olaraq müəyyən edilir. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində avtomobillərin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Maşın 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.
Saat 22:00-dan 07:00-dək
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Avtosfer.az saytının baş redaktoru nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yeni təsdiq edilən qaydada nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur: “Bakı şəhəri üzrə parklanma qiymətləri mərkəz zonada 1 manat olacaq. 1-ci zonada bu məbləğ 70 qəpik, 2-ci zonada 40 qəpik, 3-cü zonada isə 30 qəpik olaraq müəyyənləşib.
Bakı şəhəri üzrə 4-cü zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq. Bu zona digər zonaların sərhədləri ilə əhatə olunmayan əraziləri əhatə edir”.
Beynəlxalq təcrübə öyrənilməlidir
Ekspert hesab edir ki, şəhərin mərkəzində idarə və təşkilatlarda işləyənlər üçün belə parklanma yerlərində güzəştlər tətbiq edilməlidir: “Qeyd edim ki, Bakı, Sumqayıt və Gəncədən başqa digər yerlərdə parklanma ödənişsiz olacaq. Ümumiyyətlə, paytaxtımızda parkinq məsələsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Beynəlxalq təcrübəni həm yerli qurumların əməkdaşları gedib öyrənə bilər, həm də müxtəlif ölkələrdən peşəkar şəxslər Azərbaycana dəvət oluna bilər ki, onların bilik və bacarıqlarından istifadə edək. Təbii ki, bu məsələlər həllini taparkən yerli xüsusiyyətlər də nəzərə alınmalıdır. Əcnəbilərin düşüncə tərzi ilə bizim düşüncə tərzində fərq var. Ona görə yekun qərarları bizim qurumların rəhbərləri qəbul etməlidir. Düşünürəm ki, beynəlxalq tərcübənin öyrənilməsi, beynəlxalq ekspertlərlə əməkdaşlıq qəbahət bir iş deyil və nə qədər xərc aparsa da, biz bu addımları atmalı, beynəlxalq təcrübəni öyrənməli, köklü və illər sonraya hesablanan dəyişikliklər üçün təhlillər aparılmalıyıq. Bunun nəticəsində də ortaya çox faydalı bir iş qoya bilərik”.
Sürücülər çek tələbində haqlıdır...
İqtisadçı Fuad İbrahimov qeyd edib ki, parkinq xidmətlərinin tarifləri ölkədə insanların gəlirləri ilə ölçülməlidir. Onun sözlərinə görə, Avropa ölkəsində olan qiymətlərlə Azərbaycandakı qiymət arasında fərq olmalıdır: “Mən də eşitmişəm ki, ölkəmizdə parkinq qiymətləri bahadır. Eyni zamanda, qanunsuz olaraq sürücülərdən ödəniş tələb edən şəxslər də var. Onlar maşınların dayanması üçün sürcülərdən 1 saata ən azı 1 manat tələb edirlər. Bəzi sürücülər isə haqlı olaraq və qanuni əsaslara dayanıb çek istəyəndə pul yığan şəxslər bundan boyun qaçırırlar. Ona görə də sürücülər dayanacaqlara girmək istəmir. Həmin dayanacaqlar dövlət mülkiyyətindədir. Dünyanın bir sıra ölkələrində dayanacaqlar ictimai əsaslarla olur. Türkiyədə bələdiyyələrə verilir. Hər yerdə dayanacaqlar pulludur. Amma biri var insanların cibinə girərək bir günü 3 manat ola, biri də var 1 manat. Ona görə də insanlar dayanacaqlardan istifadə etmir”.
Yeni tariflər problemi həll edəcək?
İqtisadçının fikrincə, yeni qaydaların və qiymətlərin müəyyənləşməsi problemin həllinə müəyyən təsiri olacaq, amma problemi kökündən həll etməyəcək: “Bu məsələdə əsas diqqət maarifləndirməyə yönəldilməlidir. Parklanma probleminin həllində əsas rol təbliğat maşınına verilməlidir. Sovet dönəmində məktəblərdə piyadanın davranışı üzrə dərslər keçirilirdi. İndi isə bunlar yoxdur. Bu mənada parklanma tariflərinin artıb və yaxud azalmasının hansısa ciddi effekt verəcəyini düşünmürəm. Ölkədə parklanma qaydalarına riayət edən insanlar da var, ancaq onların sayı çox azdır. Problemin həlli üçün böyük bir institut hərəkətə gəlməlidir. İnsanlar maariflənməlidir”.
Y. BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

