Füzuliyə ilk köç...
18.08.2023 [11:20]
23 ailə doğma şəhərinə qayıdır
44 günlük Vətən müharibəsində qazandığımız Zəfər regionun reallıqlarını dəyişdirməsi ilə yanaşı, məcburi köçkünlərimizin də 30 ilə yaxın yurd həsrətinə son qoydu. Vətəndaşlarımızın doğma torpaqlarına qayıtmasına imkan yarandı. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi, “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi gücümüzü, məqsədimizi, birliyimizi, xalqımızın böyüklüyünü bir daha göstərir. Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Bu istiqamətdə yeni layihələr və planlar həyata keçirilir. Azad edilən rayon və şəhərlərdə genişmiqyaslı və intensiv işlər aparılır. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirib ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.
“Böyük Qayıdış”ın ilk addımları...
2022-ci il iyulun 19-da xalqımızın çoxdan gözlədiyi tarixi an yaşandı, “Böyük Qayıdış”ın ilk uğurlu addımları atıldı. Həmin tarixdə Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə başlanıldı. Zəngilanın “ağıllı kənd” konsepsiyası əsasında qurulmuş Ağalı kəndi sakinlərin ixtiyarına verildi.
Ağalı kəndinə əhalinin köçürülməsi “Böyük Qayıdış”ın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb.
İkinci köç Laçına oldu
Bundan sonra 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Tərtərin Talış kəndinə bir qrup əhali köçürüldü. 28 May - Müstəqillik Günündə isə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etdi. Ümumilikdə, Laçının bərpası istiqamətində ötən dövr ərzində böyük həcmdə işlər görülüb. Prezidentin vurğuladığı kimi, “Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir”. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə, bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır.
Laçın rayonuna növbəti qayıdış isə iyunun 14-də reallaşıb. Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Belə ki, daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb.
İyunun 19-da isə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınmışdı. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 44 nəfərin köçürülməsi baş tutub. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və yenidən tikilən evlərdə məskunlaşıblar.
Avqustun 16-da “Böyük Qayıdış”ın Laçına növbəti köç prosesi gerçəkləşib. Laçın şəhəri bu dəfə 18 ailəyə qucaq açıb, daha 65 nəfər laçınlının yurd həsrəti sona çatıb. Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib.
23 ailə Füzuliyə qayıdır...
Bu gündən Füzuli şəhərinə ilk köç başlayır. İlk olaraq 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərinə qayıdacaq. Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə, 144 ailənin köçürülməsi nəzərdə tutulur.
Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıb.
Bu gün Füzulidə, Ağdamda, Cəbrayılda, Zəngilanda və Laçında quruculuq işləri geniş vüsət alır. Tezliklə erməni vandallarının törətdiklərindən, dağıtdıqlarından
fərqli olaraq dünyanın gözü olan Qarabağı ən müasir şəkildə görəcəyik. Təbii ki, bütün bunlar hər bir azərbaycanlını sevindirir. Vətəndaşlarımız inanır ki, Qarabağın əzablı və çətin günləri nə qədər olubsa, bundan sonra Qarabağın xoşbəxt günləri başlayır. Bu xoşbəxt günlərin qurucusu Azərbaycan xalqıdır və xalqımızı yumruq şəklində birləşdirən Ali Baş Komandan İlham Əliyevdir.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

