10 milyon 157 min 406 nəfərik!
15.09.2023 [11:00]
Əhalinin artımı sosial rifahın yüksək olması ilə birbaşa bağlıdır
Günel ABBAS
Əhalinin dinamik vəziyyətdə artması iqtisadiyyat qarşısında yeni vəzifələr qoyur. Əhali çoxalırsa, yeni uşaq bağçalarının, məktəblərin tikilməsi lazım gəlir, iş yerlərinin sayını artırmaq, ərzaq təhlükəsizliyini gücləndirmək zərurətə çevrilir, enerjidaşıyıcılarına tələbat yüksəlir. Bir sözlə, demoqrafik artım müsbət hal olmaqla yanaşı, həm də kompleks vəzifələrin həllini gündəmə gətirir. Prezident İlham Əliyev mütəmadi olaraq öz çıxışlarında bu məsələyə toxunur. Dövlət başçısı mühüm əhəmiyyətli tədbirlərdə Azərbaycanda demoqrafik vəziyyətin müsbət olduğunu vurğulayaraq bununla bağlı ortaya çıxan vəzifələri qeyd edir.
Demoqrafik proseslər həm də bir ölkədə həyat standartlarının hansı səviyyədə olmasından xəbər verir. Ona görə də müvafiq qurumlar tərəfindən bu məsələlər nəzarətdə saxlanılır və məlumatlar ictimaiyyətlə paylaşılır. Dövlət Statistika Komitəsinin 2023-cü il 1 avqust tarixinin vəziyyətinə hesablanmış məlumatına əsasən əhalinin sayı 10 milyon 157 min 406 nəfər təşkil edib. Məlumatda qeyd edilib ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.
Milli Məclisin deputatı Ramin Məmmədovun sözlərinə görə, Azərbaycanda əhalinin sayı dinamik olaraq artmaqdadır: “Bu, bütövlükdə milli strateji maraqlar kontekstində mühüm bir hadisədir. Bu məsələlər, ilk növbədə, Azərbaycanda mövcud olan iqtisadi inkişaf və sosial siyasətlə bağlıdır. Çünki rifah olmayan ölkədə əhalinin artımını təmin etmək mümkün deyil. Ona görə də, cənab Prezident haqlı olaraq ölkəmizdə əhalinin artımının birbaşa sosial vəziyyətlə bağlı olduğunu vurğulayır”.
Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayının 10 milyonu keçməsi onu göstərir ki, ölkədə münbit şərait yaradılıb, insanlar yaşamaq üçün daha çox Azərbaycana üstünlük verir: “Azərbaycandan xaricə gedənlərin sayında kifayət qədər azalma müşahidə olunur, ölkəmizdə yaşamaq istəyənlərin sayı daha çoxdur. Əhalinin artması dövlət siyasətinin müsbət göstəricisi kimi qəbul oluna bilər. Hansı ölkədə iqtisadi vəziyyət normaldırsa, dövlət qayğı göstərirsə, orada əhalinin artımı baş verir. Azərbaycan da belə ölkələrdəndir, son 10-15 il ərzində əhalimizin sayı 2.5-3 milyon artıb. Bu, bizim uğurumuzdur. Dövlət başçısının apardığı siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır. Şərait var ki, əhalinin sayı artır.
Hər bir ölkənin demoqrafiyası onun sosial-iqtisadi vəziyyətinin güzgüsüdür. Doğumun və ölümün səviyyəsinin göstəriciləri, miqrasiyanın saldosunun müsbət, yaxud mənfi olması sıradan bir fakt deyil. Bunlar şərhə ehtiyacı olmayan dəlil-sübutdur. Azərbaycanda demoqrafik vəziyyət müsbət olaraq qalır, əhalimiz getdikcə artır və dövlətimiz buna paralel olaraq öz iqtisadiyyatını inkişaf etdirir”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

