Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Odla “oynayan” qəhrəmanlar

Odla “oynayan” qəhrəmanlar

10.10.2023 [14:40]

10 oktyabr yanğınsöndürənlərin peşə bayramıdır

Günel ABBAS

Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla hər il oktyabr ayının 10-u Azərbaycan yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd olunur. Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə yanğın təhlükəsizliyi orqanlarının inkişafını diqqətdə saxlayıb, bu sahədəki problemlər öz həllini tapıb. “Bir hadisənin qarşısını almaq, o hadisə  baş  verəndən  sonra  onun  nəticələrini aradan götürməkdən daha asandır”, - deyən ?mummilli ?iderimizin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra isə yanğın təhlükəsizliyi sisteminin davamlı inkişafını təmin edən ardıcıl tədbirlər görülüb.

1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ilə yanğından mühafizə sisteminin təşkilinin hüquqi əsasları müəyyənləşdirilib. Görülən məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafizə sistemi təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşmış, təminat və təchizat məsələləri öz həllini tapıb.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə ölkədə mülki müdafiə, ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə başlanmış, nazirliyin maddi-texniki bazası gücləndirilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi nazirliyin tabeliyinə verilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş nazirliyin strukturunda isə həmin idarə yenidən təşkil edilib və Dövlət Yanğından Mühafızə Xidməti yaradılıb.

Bu gün Dövlət Yanğından Mühafizə Xidməti və onun yerli qurumlarının müasir tələblər səviyəsində qurulmasının, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının nəticəsidir ki, respublika əhalisinin təhlükəsizliyi təmin olunur. Son illərdə yanğın təhlükəsizliyi orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müasir yanğınsöndürmə avtomobilləri, xüsusi geyimlər, radiostansiyalar və digər xidməti avadanlıqlar alınıb, struktur qurumlarla videokonfrans əlaqəsini yaratmaq üçün avadanlıqlar quraşdırılıb, mərkəzləşdirilən rabitə sistemi istifadəyə verilib.

Yanğın təhlükəsizliyi orqanlarında peşə hazırlığının artırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi, texniki təchizat və təminatın müasir standartlara uyğunlaşdırılması, həmçinin ixtisaslı kadrların hazırlanması istiqamətində tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılır. Müasir texnologiyaların tətbiqi iş prosesinin təkmilləşdirilməsinə, baş verən yanğınların söndürülməsinin və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərinin müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirilməsinə şərait yaradıb.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31