Danışır, “Qarabağ!”
24.10.2023 [10:54]
8 dildə yeni radio fəaliyyətə başlayıb
Günel ABBAS
Qarabağda radio yayımı heç şübhəsiz günün reallığıdır və bu, bilavasitə informasiya şəbəkəsinin genişləndirilməsi, məlumatların yerli əhaliyə vaxtında çatdırılması, dünya hadisələrindən onların xəbərdar edilməsi istiqamətində vacib addımdır. Bu mənada, Qarabağda AzTV QSC-nin Beynəlxalq Radiosunun fəaliyyətə başlaması da xüsusi əhəmiyyət daşıyır. Daha öncə AM-də yayımlanan radio, 4 aydır 101.1 FM dalğasına keçib.
Qeyd edək ki, ən son xəbərlər azərbaycanca, türkcə, farsca, rusca, ərəbcə, kürdcə, ləzgi, talış və ermənicə yayımlanır.
Media eksperti, professor Qulu məhərrəmli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycanda, ümumiyyətlə, beynəlxalq radio sisteminin yaranması və inkişaf etməsi yeni məsələ deyil: “Azərbaycan Dövlət Radiosunun bu sahədə uzun və böyük bir təcrübəsi var. Bizdə Beynəlxalq Radionun yaradılmasının əsası 1941-ci ildə qoyulub. İkinci Dünya müharibəsi başlanandan sonra bir çox dillərdə xəbərlər yaymağa ehtiyac var idi. Ona görə bu sistem işə salındı. Əvvəlcə ərəb dilində, sonra fars dilində, sonra türk dilində, sonra başqa xalqların dillərində və nəhayət, müstəqillik dövründə isə ingilis, fransız, alman dillərində, eləcə də Azərbaycanda yaşayan azsaylı xalqların dillərində radio verilişlər təşkil olunub. İndi hesab edirəm ki, Qarabağda da belə kiçik modelinin yaradılması çox önəmlidir, vacibdir. Çünki bölgədə gedən prosesləri işıqlandırmaq, mürəkkəb proseslərə aydınlıq gətirmək, insanların səsini, sözünü dünyaya çatdırmaq, dünyada gedən prosesləri, həmin bölgənin əhalisinə çatdırmaq çox vacibdir. Hesab edirəm ki, belə bir radionun yaradılması çox müsbət addımdır və onun qarşısına qoyduğu məqsədi reallaşdıra biləcəyinə tam əminəm”.
Milli Məclisin üzvü Tahir Rzayevin sözlərinə görə, bundan sonra da Qarabağda tikinti-abadlıq və quruculuq genişlənəcək, eləcə də informasiya təminatının ödənilməsi üçün ciddi tədbirlər həyata keçiriləcək: Bu, Qarabağda yaşayan erməni əsilli əhali üçün çox vacibdir. Çünki onlar bu günə kimi anti-Azərbaycan təbliğatı altında millətçilik ruhunda tərbiyə olunublar və bu cür mübarizə aparıblar. Azərbaycan həqiqətləri onlara səthi, dar mənada yanlış izah olunub və ölkədə gedən quruculuq işlərindən ermənilər o qədər də məlumatlı deyil. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında deyib ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər bizim üçün bir vətəndaşdırlar və onlar üçün ölkədə hər cür imkan, şərait yaradılacaq. Eləcə də bir müddət əvvəl icmaların görüşündə belə bir təklif irəli sürülmüşdü ki, həmin ərazidə televiziya və radio şəbəkəsi, verilişləri tətbiq edilsin. Həmin görüş artıq tez bir zamanda nəticələrini verir. Bu da sevindirici haldır və verilən vədə bir zəmanətdir, bir əməli tədbirdir”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09

