Peyvənd vacibdir...
28.10.2023 [11:50]
Səhiyyə Nazirliyindən xəbərdarlıq!
Y.SAHİB
Səhiyyə Nazirliyi qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməsini tövsiyə edir. Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca və məxmərək xəstəlikləri üzrə sabit epidemioloji vəziyyət müşahidə olunur. Bununla belə, cari ilin ötən dövründə Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan, Gürcüstandan gətirilmə hadisələrdən baş verən sporadik yoluxma halları müşahidə edilib. Səhiyyə Nazirliyindən bildirilib ki, təxirəsalınmaz profilaktik tədbirlər nəticəsində yoluxma hallarının geniş yayılmasının qarşısı vaxtında alınıb.
22 sinifdən 18-də qızılcaya yoluxma...
Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Belə ki, gimnaziyanin 22 sinfindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib.
Yoluxmuş uşaqlar izolyasiya edilib, onlardan laborator müayinə üçün nümunələr götürülüb, uşaqlara xəstəxana şəraitində tibbi yardım göstərilib. Gimnaziyanın fəaliyyəti xəstələrlə sıx təmasda olan digər uşaqlara gündəlik həkim baxışı və termometriya həyata keçirilməklə davam edir.
Hazırda gimnaziyada epidemioloji vəziyyət ciddi nəzarət altındadır. Son yoluxma hadisəsi oktyabrın 6-da qeyd edilib. Bu tarixdən etibarən xəstəliyin inkubasiya dövrü tamamlanana qədər (21 gün) ocaqda nəzarət işləri davam etdiriləcək.
Vaksinasiya vacibdir!
Səhiyyə Nazirliyi belə halların qarşısının alınması məqsədilə bir daha vaksinasiyanın vacibliyini vurğulayır. Nazirlik hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməsini tövsiyə edir.
Müalicə düzgün aparılmadıqda...
Pediatr Vaqif Qarayev “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, qızılca infeksion xəstəlik olaraq adətən uşaqlar arasında yayılsa da, peyvənd almayan böyük yaşlı insanlar da hər hansı yaşda qızılcaya yoluxa bilirlər: “Qızılca xəstəliyində ağırlaşma olmasa, sonrakı üç-dörd gündə səpkilər sönməyə doğru gedir və uşağın vəziyyəti yaxşılaşır. Amma müalicə qaydasına düzgün əməl edilməyəndə xəstəlik ağır formaya keçir. Xəstəliyin ən qorxulu ağırlaşması uşaqda qızılca pnevmoniyası, bir də ensefalitin (baş beyinin zədələnməsi) baş verməsidir. Bu ağırlaşmalara ciddi yanaşılmayanda ölümlə nəticələnə bilir”.
Qızılca elə belə xəstəlik deyil...
Pediatr uşaqların qızılcaya qarşı peyvənd edilməsinin vacib olduğunu vurğulayıb: “Peyvənd yoluxucu xəstəliklərdən qorunmaq üçün təbabətin bu günə qədər fikirləşdiyi ən yaxşı inqilabi yenilikdir. Sovet dövründə “təbii çiçək” xəstəliyi var idi, milyonlarla insanın həyatını məhv etmişdi. Tibb peyvəndlə bu xəstəliyə qalib gəldi. Hər il mütləq şəkildə peyvənd olunmalıyıq. Çünki bütün dünyada peyvənd olunub xəstələnməyənlərin sayı kifayət qədərdir. Uşaqlarla işlədiyimə görə, mən öz təcrübəmdə də peyvəndin faydasını kifayət qədər görmüşəm. 1993-cü ildə Azərbaycanda uşaqlar arasında difteriya deyilən çox təhlükəli xəstəlik yayılmışdı. O qədər dəhşətli idi ki, mən o vaxta qədər onun haqqında ancaq kitabda oxumuşdum. Amma müharibə dövrü olduğu üçün peyvənd unudulmuşdu və bu, epidemiyaya səbəb oldu. Peyvənd əleyhdarlarına ən birinci arqumentim budur. Qızılca elə belə xəstəlik deyil. Onun koronovirusdan da ağır pnevmoniyası var”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

