Qızılca təhlükəsi...
29.11.2023 [11:16]
Xəstəliyin simptomları və müalicəsi
Yeganə BAYRAMOVA
Son günlər ölkə ərazisində qızılca xəstəliyinə yoluxan uşaqların sayı artıb. Orta və ali təhsil müəssisələrində sürətlə yayılan xəstəlik cəmiyyət arasında böyük narahatlığa səbəb olub. Xüsusilə məktəblərdə kütləvi qızılcaya yoluxma halları baş verir. Təkcə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bir ay ərzində qızılca simptomları ilə 64 müraciət daxil olub. Kürdəmir rayonunda isə bu xəstəliklə əlaqədar son 10 gündə 60-a yaxın müraciət qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetində, ümumilikdə, 8 tələbədə qızılca aşkarlanıb. Həmin tələbələrin izolyasiya olunduğu bildirilir.
TƏBİB-dən verilən məlumata görə, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir.
Qızılcanın simptomları hansılardır?
Mövzu barədə “Yeni Azərbaycan”a danışan infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, xəstəliyin ilk əlamətləri qızılca virusu insana keçdikdən təxminən 8-12 gün sonra görünür. Onun sözlərinə görə, bu simptomlar çox vaxt sadə yuxarı tənəffüs yollarının infeksiyasına bənzəyir: “Burun axması, öskürək, asqırma, halsızlıq, yorğunluq, yüksək hərarət, boğaz ağrısı, ağızda, diş ətlərinin ətrafında, yanaqların içərisində xırda boz rəngli ləkələr olur. 1-3-cü günlərdə işığa qarşı həssaslıq kimi əlamətlər arasında görülən xəstəliyin 4-8-ci günlərində hərarət 39-41 dərəcə arasında dəyişir.
Qulaq və boyun arxasında bir töküntü başlayır. Bu səpgilər əvvəlcə üzə, gövdəyə, sonra isə qol və ayaqlara yayılır. Qızılcada səpgi qırmızı və qəhvəyi rəngdədir, düz formada və dəri səthində yüngül şişkinlik olur. Bütün bədənə yayılan səpgilər təxminən 4 gün davam edir. Daha sonra, yüngül bir solma ilə, baş nahiyəsindən aşağı solur və yox olur. Səpkilərin yox olması ilə insanın hərarəti də aşağı düşür. Ancaq xəstəliyin səbəb olduğu öskürək təxminən 10 gün davam edir”.
Xüsusilə 1 yaşa qədər uşaqlar...
Həkim qeyd edib ki, 5 gündən çox davam edən yüksək hərarət qızılca səbəbiylə pnevmoniya və ya otitis kimi müxtəlif ağırlaşmaların inkişaf etdiyini göstərə bilər: “Qızılca hallarında təxminən 30 faizdə bir və ya daha çox ağırlaşma inkişaf edir. Xüsusilə 1 yaşa qədər uşaqlarda və peyvənd olunmamış böyüklərdə ağırlaşma riski xeyli yüksəkdir. Qızılca, həmçinin ishal, korluq və beyin iltihabı kimi xəstəliklərə yol aça bilər”.
Qızılca necə ötürülür?
İnfeksionistin sözlərinə görə, Rubeola virusu qızılca xəstəliyinin səbəbidir: “Qızılca virusu olaraq da bilinən Rubeola virusu RNT virusudur və çox yoluxucudur. Xəstəliyin yeganə ötürücü mənbəyi insanlardır.
Qızılcanın sağlam insan tərəfindən ötürülməsi üçün danışarkən, öskürərkən və ya asqırarkən yoluxmuş şəxsin tüpürcək damcılarının inhalyasiyası kifayətdir. İnsan asqırdığı zaman havaya düşən virus bir saat havada asılı qalır. Buna görə də tənəffüs yolu ilə təmas xəstəliyin ötürülməsində mühüm amildir”.
Xəstəliyin 15-17-ci günlərində...
M.Əliyev qeyd edib ki, sağlam bir insanın yoluxmuş şəxsin istifadə etdiyi dəsmal, paltar, boşqab, bıçaq və ya oyuncaq kimi əşyalara toxunması böyük riskdir: “ Sağlam insan da bu əşyalara toxunduqdan sonra əllərini sabunlamadan ağzına, burnuna və ya gözünə qoyarsa, yoluxa bilər. Qızılca virusu sağlam insana çatdıqda, insanın boğazı ilə burnunun qovuşduğu hissəyə daxil olur və bölgədəki limfa düyünlərinə çatır.
Oradan qan dövranı sistemi vasitəsilə bütün bədənə yayılır. Müxtəlif orqanlarda hüceyrə sistemlərinə daxil olaraq çoxalmağa davam edir. Xəstəliyin 15-17-ci günlərində viral və immun sisteminin reaksiyası virusun çoxalmasını dayandırır və xəstəlik nəzarət altına alınır.
Qızılcanın qarşısını almaq olarmı?
Hepatoloq vurğulayıb ki, qızılcadan qorunmağın ən təhlükəsiz və təsirli yolu peyvənd olunmaqdır: “Qızılca peyvəndinin birinci dozasından sonra qorunma dərəcəsi 93 faizə ikinci dozadan sonra isə 97 faizə yüksəlir. Qızılca xəstəliyinin yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxsin sosial təcrid olunması və sağlam insanlardan uzaq durması tövsiyə olunur. Qızılca üçün ən böyük risk faktoru peyvənd olunmamaqdır. Eyni zamanda, qızılca xəstəliyinin yayıldığı ölkələrə səyahət etmək tövsiyə edilmir.
Peyvənd nə vaxt edilməlidir?
Həkim bildirib ki, qızılcadan qorunmağın ən təsirli yolu olan peyvənd uşaqlıq dövründə müntəzəm olaraq aparılır: “2 dozada verilən qızılca peyvəndi uşaq 9 aylıq olanda vurulur. İkinci doza 4-6 yaş arasında tətbiq olunur. Bu vaxtdan əvvəl peyvəndin ikinci dozası tövsiyə edilməsə də, uşağın bu yaş aralığından əvvəl qızılca riski olan bölgələrə səyahət etməsi lazımdırsa, ikinci doza daha əvvəl verilə bilər. Əvvəllər peyvənd olunmamış, immuniteti olmayan və ya peyvənd olunacağına əmin olmayan insanlar da qızılca peyvəndini 2 dozada ala bilərlər”.
Müalicə üsulları...
İnfeksionistin sözlərinə görə, qızılcanın profilaktik müalicəsi olsa da, xəstəliyin qəti bir müalicə üsulu yoxdur: “Bununla belə həkim xəstəliyə görə qızdırmanı idarə etmək üçün bəzi dərmanlar təyin edə bilər. Vitamin A əlavəsi də xəstəliklə əlaqəli simptomların şiddətini azaltmaqda təsirli olur. Buna görə də, həkim xəstənin mövcud vəziyyətinə uyğun olaraq müxtəlif dərmanların istifadəsini tövsiyə edə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

