Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bədən Tərbiyəsi və İdman Günüdür

Bədən Tərbiyəsi və İdman Günüdür

05.03.2024 [11:15]

Şahanə MÜŞFİQ

5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman ?ünüdür.  Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Çox sevindirici və qürurverici haldır ki, ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Bu gün Azərbaycan dünyada digər sahələrlə yanaşı, həm də güclü idman ölkəsi kimi tanınır.

Azərbaycanda bədən tərbiyəsi və idman gününün martın 5-i qeyd olunması heç də təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri ilə görüşüb. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strateji istiqaməti müəyyənləşdirən həmin tədbirdə Ulu Öndər “İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz”-deyərək bu sahədəki işıqlı gələcəkdən xəbər verdi. Həmin tarixi görüşdən çox keçmədən Azərbaycan Prezidenti yanında İdman Fondu yaradıldı. Görüşün iştirakçılarından olan idman mütəxəssisləri 5 martın Azərbaycanın idman həyatında dönüş nöqtəsi olduğunu bildirirlər.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Maddi-texniki baza möhkəmləndirildi, idmançıların məşq şəraiti yaxşılaşdırıldı, onların yarışlara peşəkar səviyyədə hazırlaşması üçün lazımi tədbirlər görüldü. Cənab Prezident İlham Əliyev deyirdi ki, “idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq”. Belə də oldu. Bütün bu qayğılar nəticəsində tezliklə Azərbaycan idmançıları mötəbər turnirlərdə bir-birinin ardınca uğurlar qazanmağa başladılar, Sidney, Afina, Pekin, daha sonra London və Rio-de-Janeyro olimpiadalarında əldə edilən na?liyyətlər idmana olan marağı və diqqəti daha da artırdı.

2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edildi.

Çox qısa zamanda respublikamız təkcə yarışlardakı uğurları ilə deyil, həm də beynəlxalq idman tədbirlərinin nümunəvi təşkilatçısı kimi də tanınmağa başladı. Azərbaycanda mükəmməl idman infrastrukturu yaradıldıqdan sonra bu sahədə sözün əsl mənasında, ciddi və inamlı yüksəliş müşahidə olundu. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektlərinin yaradılması ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirdi.

2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatı, 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatı, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və qadınlar arasında voleybol üzrə Avropa çempionatı, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatı, 2023-cü ildə Gimnastika üzrə dünya kubokları, həmçinin dünya çempionatları, habelə, Formula 1 Azərbaycan Qran-priləri kimi beynəlxalq səviyyəli tədbirlərin məhz Azərbaycanda təşkil olunması ölkəmizin adının dünyanın dörd bir yanında eşidilməsinə, uğurla təbliğinə gətirib çıxartdı. Həmçinin, 2021-ci il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup görüşlərinin üç, dörddəbir finalın isə bir oyununun Bakıda keçirilməsi ilə paytaxtımız bu mötəbər idman yarışına ev sahibliyi edən 12 Avropa şəhərindən biri kimi tarixə düşdü.

Əlbəttə, idmanın ölkəmizdə bu qədər inkişaf etməsi təkcə paytaxt Bakı ilə məhdudlaşmır. Ölkənin hər tərəfində idmanın, bədən tərbiyəsini inkişaf etdirilməsi, gənclərin asudə vaxtlarını doğru və səmərəli şəkildə keçirilməsi, eləcə də maraq göstərdikləri idman növündə uğurlu karyera qura bilmələri üçün bütün bölgələrimizdə müasir olimpiya kompleksləri fəaliyyət göstərir.

Hətta 2020-ci il Vətən müharibəsindən sonra qazandığımız möhtəşəm Zəfərlə azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma işlərində idmanın inkişafı, idman infrastrukturlarının yaradılmasına xüsusi diqqət göstərilir. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Yenidən qurulacaq stadionun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Həmçinin, 2022-ci ildə Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu.

Eləcə də ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarından azad edilmiş ərazilərimiz də kənarda qalmır. Belə ki, Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirildi ki, bütün bu tədbirlər də Qarabağ həqiqətlərinin bütün dünyaya tanıdılmasında, Qarabağın əzəli-əbədi Azərbaycan torpaqları olduğunun bəyanında mühüm rol oynadı.

Qarabağdan, işğaldan azad edilmiş bölgələrimizdən danışarkən, Vətən müharibəsində savaşan, bu möhtəşəm Zəfərin qazanılmasında xüsusi imzası olan idmançılarımızı da unutmamalıyıq. Beynəlxalq idman yarışlarında hər zaman ölkəmizi layiqincə təmsil edən, Azərbaycan bayrağını qürurla dalğalandıran idmançılarımız cəbhədə, döyüş meydanında da əzmkar mübarizələrindən qalmadılar, bayrağımızın Qarabağda ucaldılması üçün qanları, canları ilə vuruşdular. Vətən müharibəsində idman sahəsi üzrə 500 nəfər iştirak etdi. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəldi. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə iştirakçılarından 67 nəfər yaralanıb.

Torpaqlarımızın azadlığı üçün canlarını fəda etməyən hazır olan bu idmançılarımız təkcə idmançı kimi deyil, eləcə də əsl vətəndaş kimi gənclərimizə önəmli nümunə olmağı bacardılar. Necə ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev deyirdi: “Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur”.

Bəli, bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.

İdmanın, sağlam həyat tərzinin ən gözəl təbliğlərindən birinin də elə bu günlərdə şahidi oluruq. Belə ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar fevralın 28-də startı verilən “İdman həftəsi” çərçivəsində ölkəmizin hər tərəfində bir-birindən maraqlı yarışlar uğurla həyata keçirildi. Bu yarışlar arasında “Qürurla irəli” şüarı ilə Xankəndi - Bakı ultra marafonunu xüsusilə qeyd etməliyik.

Hər zaman idmana xüsusi qayğısı ilə seçilən, bu sahənin inkişafında müstəsna rola sahib ölkə başçısı

İlham Əliyev idmanın önəmini bur cür vurğulayır: “İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Bəzi ölkələrdə sayılmır. Amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır”.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30