Turizm Reyestrində dəyişiklik
05.08.2022 [10:31]
Kimlər faydalanacaq?
Yeganə BAYRAMOVA
Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 448-VIQ Qanunu ilə turizmlə bağlı əsas anlayışların mənaları, turizmin forma və növləri təkmilləşdirilib, Turizm Reyestrinin aparılmasının yeni tənzimlənmə mexanizmləri müəyyən edilib.
Turoperator və turagentlər mülki məsuliyyətin sığortası barədə məlumatları, mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatların 15 gün müddətində Turizm Reyestrinə daxil edilməsi müəyyən edilib.
Bununla əlaqədar Nazirlər Kabinetinin “Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarında dəyişiklik edilib.
Reyestrə daxil edilməli məlumatlar siyahısına turoperator və turagentlərin mülki məsuliyyətin sığortası, hotellərin ulduz kateqoriyası ilə bağlı məlumatlar əlavə olunub.
Mövcud dəyişikliklərin ölkəmizin turizm sektoruna göstərəcəyi təsirlərlə bağlı “Yeni Azərbaycan”a danışan turizm üzrə ekspert Ramin Zamanov bildirib ki, dəyişikliyin müsbət tərəfləri olduqca çoxdur: “Turizm Reyestri ölkənin turizm sektorunun ümumi bir koordinasiyada daha sürətli idarə olunması, turizm subyekti və obyektlərinin, bir sözlə turistlərin səyahətini əhatə edən bütün detalların bir-biri ilə qarşılıqlı koordinasiyada olmasını sürətləndirir. Ümid edirəm ki, sözügedən dəyişikliklər işlək bir mexanizm halında olacaq. Bundan ən çox faydalanan həm ölkəmizə gələn xarici turistlər və həmin turistləri göndərən şirkətlər, həm də xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları olacaq. Yəni əgər xaricdəki hansısa bir şirkət Azərbaycanda etibarlı tərəfdaş axtarırsa, bu reyestrdən çox rahatlıqla istifadə edə biləcək. Bu zaman turizm şirkətləri özlərində müəyyən bir məsuliyyət hiss edəcəklər ki, daim yüksəliş əldə etsinlər və bizneslərini daha da inkişaf etdirə bilsinlər. Bu reyestr yalnız turizm şirkətlərinin deyil, eyni zamanda, otellərin, bələdçi xidməti göstərən şirkətlərin və fiziki şəxslərin, restoranların, ümumiyyətlə isə turizm sektorunu əhatə edən bütün tərəflərin müsbət dinamikada inkişafına gətirib çıxaracaq”.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

