Azərbaycanda ilk dəfə BMT Təhlükəsizlik Şurasının Model Konfransı keçirilir
22.10.2013 [09:59]
Oktyabrın 21-də Bakıdakı “Four Sesons” mehmanxanasında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Model Konfransı (Model United Nations Security Council) işinə başlayıb.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə ölkəmizdə ilk dəfə reallaşdırılan beynəlxalq konfrans kibertəhlükəsizlik məsələlərinə həsr olunub. Mövzunun seçilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 16 yanvar tarixli Sərəncamına əsasən, cari ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması nəzərə alınıb.
İki gün ərzində BMT-nin mütəxəssisləri tərəfindən tədbir iştirakçıları üçün xüsusi təlim keçiriləcək. Konfrans çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda, Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.
Konfransın açılış mərasimi BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti ilə başlayıb.
Daha sonra Azərbaycan Respublikasının gənclər və idman naziri vəzifəsini icra edən Azad Rəhimov çıxış edərək BMT Təhlükəsizlik Şurasının Model Konfransının Bakıda keçirilməsinin gənclərimizin həyatında əlamətdar bir hadisə olduğunu bildirib. Diqqətə çatdırıb ki, informasiya-kommunikasiya texnologiyaları gündəlik həyatımızın bir hissəsini təşkil edir. Bu texnologiyalar səhiyyə və təhsil sahələrində inqilabi yeniliklərin həyata keçirilməsinə yardım edir, iş və həyat tərzimizi dəyişdirir və bizi inkişaf məqsədlərimizə doğru daha da yaxınlaşdırır. Bununla yanaşı, kiberhücumlar qlobal miqyasda stabilliyi pozmaq iqtidarındadır. Bu səbəbdən konfransın mövzusu çox aktualdır və kibertəhlükəsizlik problemləri bütün dünyada narahatlıq doğuran məsələyə çevrilməlidir.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri vəzifəsini icra edən Əli Abbasov da çıxışında kibercinayətlərin təhlükəli tərəflərindən danışıb. Bildirib ki, kibercinayətlər nüvə və kimyəvi silahlarla müqayisə oluna bilər. Yalniz beynəlxalq əməkdaşlıq sayəsində dünya ictimaiyyəti bu bəladan xilas ola bilər.
Əli Abbasov kibertəhlükəsizliklə bağlı BMT tərəfindən Beynəlxalq Çərçivə Konvensiyası hazırlanmasının zəruriliyini də diqqətə çatdırıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov da çıxışında kibertəhlükəsizlik məsələlərinə beynəlxalq səviyyədə diqqət ayrılmasını təqdirəlayiq hal hesab edib. Deyib ki, texnologiyanın inkişafı həm müsbət, həm də mənfi hallara yol açır. Nazir müavini qeyd edib ki, kibertəhlükəsizlik BMT-nin əsas gündəliyinə daxil edilməyib. Bu, mütləq şəkildə gündəmdə olan bir məsələdir. Çünki bu gün artıq, informasiya-kommunikasiya texnologiyaları sərhədlər tanımır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də BMT-nin bu model konfransının kibercinayətlərlə mübarizə üzrə beynəlxalq standartların inkişaf etdirilməsində real tələblər barədə məlumatlılığın artmasına töhfə verəcəyini vurğulayıb.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndirici, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek çıxış edərək Model Konfransın gənclərin malik olduqları xüsusiyyətlərin müsbət istiqamətdə inkişafına təsir edəcəyini bildirib.
BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhandavi çıxışında kibertəhlükəsizlik mövzusu üzrə BMT Təhlükəsizlik Şurası Model Konfransında iştirakından qürur duyduğunu bildirib. Əhməd Əlhəndavi deyib ki, hazırda mövcud olan yüksək onlayn istifadə göstəricisi gələcəkdə daha da artacaq. Təəssüf ki, informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanları artdıqca, kibercinayətlərdə də artım müşahidə olunur. Odur ki, BMT üzv dövlətlər arasında dialoq və əməkdaşlıq münasibətlərini inlişaf etdirməklə, təhlükəsiz informasiya-kommunikasiya texnologiyaları mühitini təmin etmək niyyətindədir.
BMT rəsmiləri konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər.
BMT Təhlükəsizlik Şurasının Model Konfransı oktyabrın 25-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

