Gürcüstanda prezident seçkiləri soydaşlarımıza nə vəd edir?
30.10.2013 [09:35]
Oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçirilib. Ölkə üzrə 3 milyon 537 min 719 seçici 3 655 seçki məntəqəsi və 34 xüsusi məntəqədə səsvermə hüququndan istifadə edib. Gürcüstanın xaricdə yaşayan 48 min 458 vətəndaşı dünyanın 40 ölkəsində yaradılmış 50 seçki məntəqəsində səs verib.
Prezident seçkilərini 60 yerli və 65 beynəlxalq təşkilat izləyib. Eyni zamanda, seçkiləri müşahidə etmək üçün 152 media qurumu, 1381 jurnalist akkreditə olunub. Jurnalistlər Gürcüstan həbsxanalarında da prezident seçkilərinin gedişini izləyə biliblər.
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bütün 3 741 məntəqədəki bülletenləri hesablayaraq prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Seçkilərdə qələbəni hakim “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvili qazanıb. G.Marqvelaşvili 62,1 faiz səs toplayıb. Seçkilərdə 2-ci yeri 21,73 faiz səslə “Vahid Milli Hərəkat” partiyasının namizədi David Bakradze tutub. “Demokratik hərəkat - Vahid Gürcüstan”ın namizədi Nino Burcanadze isə 10,18 faiz səslə üçüncü olub.
İlkin nəticələrinə əsasən, Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilidir. Qeyd edək ki, Georgi Marqvelaşvili 1969-cu ildə Tbilisidə anadan olub. 1992-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib. Fəlsəfə doktorudur.
1992-1995-ci illərdə Marqvelaşvili dağlıq turizm üzrə ixtisaslaşan turistik firmada (bələdçi) çalışıb, sonra iş yerini dəyişərək nəşriyyatda menecerin assistenti olub. 1994-1995-ci ildə “Biznes gündəliklər” kampaniyasında marketinq üzrə departament müdiri çalışıb.
1996-1997-ci illərdə Georgi Marqvelaşvili Azad Tbilisi Universitetində fəlsəfə müəllimi kimi dərs deyib. 1995-2000-ci illərdə Milli Demokratiya İnstitutunda beynəlxalq münasibətlər üzrə mütəxəssis (proqramın məsləhətçisi) olub. 2000-2012-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunda işləyib ki, o cümlədən, 2000-2006-cı illər və 2010-2012-ci illər arasında institutun rektoru olub.
2012-ci ilin oktyabrında Marqvelaşvili seçkilərdə qalib gələn “Gürcü Arzusu” koalisiyasının rəhbəri Bidzina İvanişvilinin yeni formalaşdırdığı hökumətdə təhsil naziri vəzifəsinə təyin olunub. Marqvelaşvili heç bir siyasi partiyanın üzvü deyil.
Əlbəttə ki, bu seçkilər ölkəmizdə də kifayət qədər maraqla izlənilirdi. Əvvəla, Gürcüstan qonşu və strateji tərəfdaş olmaqla bərabər, bu ölkədə kifayət qədər azərbaycanlılar yaşayır. Ona görə də seçki prosesi, Gürcüstan azərbaycanlılarının prosesə münasibəti, bu seçkilərin Gürcüstan - Azərbaycan münasibətlərinin bundan sonrakı inkişaf dinamikasına təsiri ilə bağlı Gürcüstandakı Azərbaycan icmasının fəallarının münasibətini öyrəndik.
Georgi Marqvelaşvilinin seçki qərargahının üzvü Əli Babayev Gürcüstanda prezident seçkisinin Avropa standartlarına uyğun şəkildə həyata keçirildiyini bildirib: “Mən seçki qabağı və seçki günündə 32 yerdə olmuşam. Azərbaycanlılara qarşı münasibət çox yaxşıdır. Əsas odur ki, Gürcüstan azərbaycanlıları seçki prosesində çox fəal iştirak etdilər. İnsanlar sərbəst şəkildə istədikləri namizədə səs verdilər”.
Gürcüstan-Azərbaycan münasibətlərinin son prezident seçkilərindən sonra hansı məcrada inkişaf edəcəyinə dair sualımızı Əli Babayev belə cavablandırıb: “Azərbaycanla Gürcüstanın münasibətləri bütün dövrlərdə yaxşı olub və bu, olduqca təbii haldır. Şübhəsiz ki, iki ölkə arasındakı münasibətlər bundan sonra daha da yaxşı olacaq. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycanda da prezident seçkisi demokratik şəraitdə keçirildi. Bütün dünya da buna yüksək qiymət verdi. Gürcüstanda da prezident seçkiləri demokratik şəraitdə baş tutdu. Bundan sonra 2 ölkə arasında münasibətlərin daha da inkişafına təkan verəcək yeni addımların atılacağını gözləyirik. Azərbaycanla Gürcüstanın münasibətlərini heç bir qüvvə poza bilməz. Çünki ölkələrimiz arasındakı əlaqələr tarixi, strateji əhəmiyyət daşıyır və yaxın qonşuluq münasibətlərinə söykənir. Biz, inanırıq ki, Marqvelaşvili azərbaycanlılarla bağlı verdiyi vədləri yerinə yetirəcək”.
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev də seçkilər haqqında fikirlərini bildirib. O, qəzetimizə açıqlamasında deyib ki, oktyabrın 27-də Gürcüstanda çox önəmli bir hadisə baş verdi, əhali seçki məntəqələrinə gedərək prezident seçkilərində iştirak etdi: “Keçən il bildiyiniz kimi, ölkədə keçirilən parlament seçkilərində “Gürcü arzusu” koalisiyası hakimiyyətə gəldi və bu seçkilərdə də hakim koalisiyanın mütləq şəkildə qələbə qazanacağı proqnozlaşdırılan idi. Bu seçkilər Gürcüstanın son 20 illik tarixində ən demokratik və azad şəkildə həyata keçirilən seçkilər kimi tarixə düşdü. Gözəl bir ab-hava var idi, təxribatdan, qarışıqlıqdan uzaq, istəyən, istədiyi namizədə rahatlıqla gəlib səs verirdi.
Gürcüstanda yaşayan soydaşlarımız da olduqca fəal idilər. Seçki məntəqələrinə gəldilər, öz səslərini verdilər. Və ümid edirəm ki, bu seçki Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da yüksək səviyyədə inkişafı üçün bir təkan olacaq”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59

