Qlobal müharibənin “döyüş təbilləri” çalınır
14.06.2022 [10:41]
Lloyd Ostin Sinqapurda yeni dünya nizamının eskizini “təqdim etdi”
Pərviz SADAYOĞLU
Qlobal dünya yeni siyasi çağırışlarla üz-üzədir. 1991-ci ildə SSRİ-nin dağılmasının ardından təkqütblü dünya uğrunda gedən mübarizə yeni mərhələyə qədəm qoyub. Ötən ilin sonunda Vaşinqtonda keçirilən “Demokratiya sammiti”ndən ötən altı ayda baş verən hərbi-siyasi proseslər də bunu təsdiqləyir. Belə ki, öz gələcək hədəflərini, daha doğrusu yaxın 10 il üçün strateji xarici siyasət kursunu bəyan edən Ağ Ev hazırda mühüm “imtahan” qarşısındadır. Yaxın-Uzaq Şərqi özünün planları ilə tanış edən Vaşinqton Avropanın da “təsdiqini” almaq üçün bütün gücünü ortaya qoyub. İyunun 25-də Almaniyanın Elmau şəhərində keçiriləcək G7 liderlərinin sammiti və iyunun 28-də Madriddə baş tutacaq NATO toplantısı bu yolda həlledici ola bilər. Bayden administrasiyası bu iki mühüm toplantıda Avrozona ölkələrinin yekdil rəyi ilə tanış olacaq. Bu rəyin məhz yeni dövrün yeni nizamına uyğun gəlməsi üçün isə bütün yollar yoxlanılır. “Son dayanacaq” sayılacaq bu iki sammitdən qabaq isə görüləcək işlər var - aktiv siyasi proseslərdə “gözə dəyməyən”, amma başlama perspektivi böyük olan Çin - NATO müharibəsində “başağrısına” çevrilə biləcək Cənub-Şərqi Asiyanın “nəbzi” yoxlanmalıdır. Avropa turnesinə hazırlaşan Bayden bu işi özünün müdafiə nazirinə tapşırıb.
Yeni beynəlxalq nizam qaydaları okeanın digər sahilindən diktə olunacaq
Pentaqon rəhbəri isə öz vəzifəsinin öhdəsindən ustalıqla gələnə oxşayır. Söhbət nazir statusunun öhdəliklərindən getmir. Lloyd Ostin Cənub-Şərqi Asiyaya səfərində tam hazır diplomatı xatırladıb. Onun Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik konfransındakı nitqində olduqca maraqlı məqamlar yer alıb. Pentaqon rəhbəri Rusiya - Çin koalisiyasına qarşı loyal münasibəti ilə yadda qalan Asiya dövlətlərinə mövcud situasiyanı “izah etməyə” çalışıb. O, “qlobal birlik” və ya “düşmənlərə qarşı vahid ittifaq” platformalarını təqdim edib. Ostin çıxışında Rusiyanın Ukraynaya qarşı müharibəsi və dünya nizamını pozmaq cəhdlərinə cavab olaraq beynəlxalq ictimaiyyəti qüvvələri birləşdirməyə çağırıb. “Rusiyanın Ukraynaya təcavüzü - zülmkarlar hamımızı qoruyan qaydalara məhəl qoymayanda baş verir. Böyük dövlətlər öz imperiya iştahalarının sülhsevər qonşularının hüquqlarından daha vacib olduğuna qərar verdikdə belə olur. Ona görə də gəlin bu məqamdan ümumi məqsəd uğrunda birləşmək və qaydalara əsaslanan beynəlxalq nizamı gücləndirmək üçün istifadə edək”, - deyə o bildirib.
Ortaya maraqlı suallar çıxır. Ostinin “ümumi məqsəd uğrunda birləşmək” tezisinin arxasında hansı hədəflər yer alacaq? Daha doğrusu, ümumi məqsədlər uğrunda birləşən qüvvələr hansı maneələri dəf etmək üçün “zərbəyə” hazır olmalıdır? Məhz bu məqamda yeni reallıqlar “hasar arxasından boylanır”. Prezident Bayden Uzaq Şərq səfəri zamanı regionun aparıcı ölkələrinin müttəfiqliklə bağlı razılığını almışdısa, Ostin digər Asiya ölkələrinə “əl-ayağa dolaşmamaları” üçün xəbərdarlıq edir. Vaxtilə Qərbin Yaxın Şərq siyasətinin “ya bizimlə olarsınız, ya yox olarsınız” frazası deyəsən Cənubi-Şərqi Asiya üçün də keçərli olacaq. “Qaydalara əsaslanan beynəlxalq nizam” isə mövcud status-kvonun dəyişəcəyindən xəbər verir. Yəni, sabit iqtisadi inkişafa malik, heç bir siyasi və ya hərbi ittifaqlara meyil etməyən Cənub-Şərqi Asiya kontingenti tərəfini seçməli, siyasi aktivliyini artırmalıdır. Çünki qarşıdakı dövrdə beynəlxalq nizamın qaydaları okeanın digər sahilindən diktə olunacaq.
“Xaos və nizamsızlıqla dolu bir dünya” - mövqelər qətiləşməlidir
Ostin öz çıxışında yeni dünya nizamında vahid mövqedən çıxış edəcək “qlobal birliyin” “düşmənlərini” də sadalayıb. Təbii olaraq bu sırada ilk yeri Rusiya tutur. Pentaqon rəhbəri bildirib ki, Rusiya qaydalara əsaslanan dünya nizamını məhv edir. “Əgər müdaxilə olunmazsa, bu, xaos və nizamsızlıqla dolu bir dünyanın formalaşmasına gətirib çıxaracaq ki, sivil dövlətlərdən heç biri belə bir dünyanın içində olmaq istəməz”, - deyə o əlavə edib.
Rəsmi Pentaqonun bu “xəbərdarlığı” bir anlıq II Dünya müharibəsindən sonrakı mərhələni xatırladır. Soyuq müharibə dövründə seçim qarşısında qalan bəzi ölkələr məcburən döyüşən qütblərin birini seçməli olmuşdular. Sirr deyil ki, Cənub-Şərqi Asiyada yer alan ölkələrin əksəriyyəti Çinin və SSRİ-nin qorxusu altında sosializm ideologiyasını seçməli olmuşdular. Təbii ki, burada hakimiyyətə gələn qüvvələrə hər iki dövlət tərəfindən verilən dəstək də unudulmamalıdır. İndiki halda da, yeni dünya nizamında fərqli mövqe nümayiş etdirməyə cəhd göstərən “kreslosu ilə” vidalaşa bilər. Nümunə isə var - Yaxın Şərqin, Ərəb dünyasının, hətta Afrikanın bəzi dövlətlərinin “sözəbaxmayan” liderləri qısa müddətdə rəngli inqilabların qurbanına çevrildilər. Yeni dünya nizamında “demokratiya yolunu” seçən bu dövlətlərin artıq yolu və tərəfi bəllidir.
Tayvan problemi böyüyür - Çinə “ultimatum”...
Ostinin çıxışında maraq doğuran məqamlardan digəri isə rəqib Çinlə bağlı söylədikləri olub. Pentaqonun rəhbəri bildirib ki, Birləşmiş Ştatlar Tayvan boğazında mövcud vəziyyəti saxlamağı planlaşdırır. Vaşinqton vahid Çin siyasətinə sadiqdir”. Lakin o qeyd edib ki, ABŞ Çindən Tayvan yaxınlığında artan təxribatçı və sabitliyi pozan fəaliyyət görür: “Biz əvvəlki kimi Tayvan boğazında sülhün, sabitliyin və status-kvonun qorunmasına köklənmişik. Lakin Çinin hərəkətləri Hind-Sakit Okean? regionunda təhlükəsizlik, sabitlik və rifahı pozmaq təhlükəsi yaradır”.
Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ fikir ayrılıqlarının sülh yolu ilə həllinin tərəfdarıdır: “Bura Tayvana özünümüdafiə qabiliyyətini saxlamağa kömək etmək də daxildir”.
Göründüyü kimi, bu açıqlama heç də Çinin hazırki “arzuları” ilə səsləşmir. Ostinin bu fikirləri Tayvanı özünün defakto ərazisinə çevirməyi planlaşdıran rəsmi Pekin üçün ultimutum xarakteri daşıyır. Yəni, status-kvo pozularsa... Tayvanın özünümüdafiə qabiliyyətinin saxlanılmasına kömək ediləcək. Başqa sözlə, bir müddət öncə ABŞ mətbuatının yazdığı “KİRPİ” planı artıq masa üzərindədir. Bu sözlərin Pentaqonun rəhbərinin dilindən səslənməsi isə vəziyyətin ciddiliyini daha açıq şəkildə ortaya qoyur. Bu o deməkdir ki, ada üzərindən kəşfiyyat xarakterli uçuşlar edən Çin təyyarələrinin vurulması an məsələsi ola bilər. Bütün bunlar isə Ostinin cızmağa çalışdığı post-dünya müharibəsi xəritəsinin ilkin eskizinə çevriləcək. Qlobal müharibənin “döyüş təbilləri çalınır”...
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10
