Milli Qurtuluş günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
12.06.2024 [11:55]
Azərbaycan xalqının taleyində böyük ,siyasi və tarixi əhəmiyyəti olan unudulmaz günlər çoxdur. Bu günlərdən biri də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən artıq 31 il ötür. Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.
31 il öncə Azərbaycanın dövlətçilik tarixi böyük bir faciəni adladı. Səriştəsiz rəhbərliyin səhvləri ucbatından ölkə çox ağır bir vəziyyətə düşmüşdü. Siyasi çəkişmələr, xarici düşmənlərin aramsız dağıdıcı fəaliyyəti Azərbaycanı məhv olmaq həddinə gətirmişdi. Azərbaycan xalqı həmin anda ölkənin inkişaf yolunu Heydər Əliyevin simasında görür və ona müraciət edərək onu Bakıya dəvət edir.
1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi dəhşətli hadisələrdən, bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl çox önəmli olan cəmiyyəti naşı siyasətçilərinəlindən qurtardı. Tədricən, qanuni əsasla dövlətə rəhbərliyi ələ alaraq, xalqın gələcəyini xilas etdi. Bu qurtuluşun tarixi əhəmiyyəti çox qiymətlidir. Heydər Əliyev ağıllı, təmkinli və dəqiq hesablanmış addımları ilə xalqa ümid verdi.
Ulu öndər Heydər Əliyev öz praktiki fəaliyyəti və nümunəsi ilə ölkəni xilas etməyin konkret yolunu göstərdi. Heydər Əliyev siyasi fəaliyyəti, diplomatik istedadı, əzmi ilə bütövlükdə müasir Azərbaycan dövlətçiliyini perspektivli bir xəttə çıxardı. Heydər Əliyev isə harada olmasından asılı olmayaraq, bir qəhrəmanlıq, yüksək zəka sahibi olmaq və dövlətçiliyə tam sadiq qalmaq nümunəsi idi.
1993-cü il iyunun 15-də Azərbaycanın müstəqil dövlətçiliyi üçün çox böyük əhəmiyyəti olan bir təhlükədən də tədricən qurtulmaq prosesi baş tutdu. Heydər Əliyev öncə ordunu intizamsızlıqdan qurtardı. Nizami ordu olmasa, ərazinin bütövlüyünün bərpası mümkün olmazdı. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu kursu çox perspektivlidir. İndi Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordudur. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
Azərbaycanın qurtuluşu üçün olduqca böyük əhəmiyyəti olan başqa bir hadisə Ulu Öndərin siyasi varisliyi təmin etməsi oldu. Bu məqam siyasi olaraq ölkənin əsl qurtuluşu idi. İlham Əliyevin siyasi varis kimi yetişdirilməsi Azərbaycan dövlətçiliyinin başlıca qurtuluş məqamlarından biri kimi qəbul edilməlidir.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qalib xalq, müzəffər ordu və müdrik Ali Baş Komandan birliyi ilə hələ qarşıda neçə-neçə tarixi zəfərlər, qələbələr bizi gözləyir.
Azərbaycan xalqı üçün qurtuluşun tarixi əhəmiyyəti əvəzedilməzdir. Qədirbilən xalqımız müstəqil dövlətçilik naminə 15 iyun – Milli Qurtuluş Gününü daha fərqli əhval-ruhiyyə ilə qeyd edəcəkdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

