Türk birliyinin daha da güclənməsində Azərbaycanın xüsusi yeri var
10.07.2024 [14:50]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan xalqının dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə cani-könüldən dilədiyi Qarabağ, Şuşa arzularının çin olduğu müqəddəs torpaqda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, Qarabağ Bəyannaməsinin imzalanması böyük rəmzi məna daşıyır.
"Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir". Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı Prezident İlham Əliyevin söylədiyi bu fikirlər milli köklərimizlə, ortaq dəyərlərimizlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin həmrəyliyində Azərbaycanın xüsusi yeri olduğunu bir daha təsdiq edir.
Türk Dövlətləri Təşkilatının beynəlxalq güc kimi müəyyənləşdirilməsində Qalib ölkəmizin Qalib Prezidenti cənab İlham Əliyevin birbaşa təşəbbüslərinin vacib rolu olmuşdur. Türkdilli ölkələrin güclərini birləşdirməsi öz aktuallığını qoruyub saxladığı bir dövrdə "türk dünyası ailəsi"nin həmrəyliyinin gücləndirilməsinə xidmət edən Qarabağın incisi Şuşada qeyri-rəsmi Zirvə görüşü XXI əsr Türk dünyasının inkişafı əsri olmasının əyani nümayişidir.
Dünyanın qütbləşdiyi, geosiyasi proseslərin, müharibələrin aparıldığı bir zamanda Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin olduqca vacib əhəmiyyəti var. Prezident cənab İlham Əliyevin Qarabağ Bəyannaməsinin imzalandığı TDT-nin Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: "Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir".
Bəli, XXI əsr türk dünyasının inkişaf və tərəqqi dövrü kimi tarixə qızıl hərflərlə yazılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin də iştirak etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü türk dünyasının birliyinin və əməkdaşlığının əyani sübutudur. Eyni zamanda, Türk dövlətlərinin rəhbərlərinin Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra işğalçılardan azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür.
Azərbaycanın türk dünyası ölkələrinin birliyinə mühüm töhfəsi - Orta Dəhliz layihəsinin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.Təkcə Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Ötən il Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çoxdur. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olub.
Qürurla onu da qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirildiyi Şuşa şəhəri də özünün yeni tarixini yaşayır. Möhtəşəm quruculuq işlərinin həyata keçirildiyi Qarabağın incisi Şuşa şəhərində türk birliyinin daha da güclənməsinə böyük təkan olacaq qeyri-rəsmi Zirvə görüşü türkdilli xalqların ürəyini dağa döndərir, ən əsası isə 44 günlük Vətən müharibəsində, haqq savaşında şəhid olan oğul və qızlarımızın ruhunu şad edir.
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

