Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Güclü və qüdrətli dövlət

Güclü və qüdrətli dövlət

23.07.2024 [11:35]

YAP Ağdam rayon təşkilatının sədri

Mansur Quliyev           

Azərbaycan BMT-nin və digər Beynəlxalq  qurumların qərar və qətnamələrini döyüş meydanında təkbaşına özü yerinə yetirdi və tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox surətlə davam etdirilir. Bütün sadalanan bu amillər Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu bir daha sübuta yetirmiş olur.

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Açılış mərasimində iştirak edən Prezident cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi zəfərə toxunaraq və bildirdi ki, “O zaman ATƏT-in keçmiş Minsk qrupu fəaliyyətdə idi və onların nümayəndələri, bilirsiniz ki, orada üç həmsədr var idi, onlar Azərbaycana gəldilər, səfərdə oldular və mən anladım ki, onlar nə edəcəklərini bilmirlər. Yəni, gələcək addımları nədən ibarətdir onu bilmirdilər. Çünki münaqişəyə və işğala Azərbaycan özü son qoydu və 20 il ərzində razılaşdırılmış bütün prinsiplər tərəfimizdən təmin edildi. Yəni, biz bunu etdik. Bizim ölkə və şəxsən mən sülh sazişi üzərində işləməyi təklif etdim. Mənim fikrim ondan ibarət idi ki, Qarabağ münaqişəsi həll edilib. Biz nə etməliyik ki, iki ölkə münasibətləri normallaşsın. Bu, açıq şəkildə Azərbaycan tərəfindən bəyan edildi. Ancaq Ermənistandan bir cavab gəlmədi. Bir müddətdən sonra biz prinsiplərimizi elan etdik. Bu, beş prinsipdir, təməl prinsipləridir, beynəlxalq hüququn prinsipləridir. Əminəm ki, bu işlərlə məşğul olanlar bilir mən nədən danışıram. Yenə də Ermənistana çox uzun müddət lazım oldu ki, buna razı olsunlar. Yəni, o zamandan etibarən danışıqlar bizim təşəbbüsümüzlə başladı. Həmin danışıqlar bir müddət davam etdi və burada heç bir ciddi irəliləyiş olmadı. Bunun bir xüsusi səbəbi var idi, çünki Ermənistan həmin sülh sazişinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz bunun qəti əleyhinə idik. Çünki bu, bizim daxili məsələmizdir. Daxili məsələlər müzakirə mövzusu ola və təbii ki, sazişə də daxil edilə bilməz. Bu məsələ açıq qaldıqca digər məsələlər haqqında, o qədər də əhəmiyyətli olmayan məsələlər haqqında danışmağın mənası yox idi.”

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab  İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi.

Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir.

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31