"İnamımız sarsılmaz, mövqeyimiz dəyişməzdir!"
14.08.2024 [17:02]
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asif Əsgərovun rayonun Aşağı Tala və Yuxarı Tala kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov Azərbaycanın dünyada nüfuzlu, qüdrətli və qalib dövlət kimi tanındığını söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycana daha möhtəşəm nailiyyətlər qazandıracaq.
Çıxış edən deputatlığa namizəd Asif Əsgərov əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev uzun müddət işğal altında olan torpaqlarımızın azad edilməsinə nail olmaqla ata vəsiyyətini, Vətənə sədaqət andını, xalqa vədini şərəflə yerinə yetirmişdir. Bu gün qalib ölkənin vətəndaşları kimi qürurla yaşayırıq”.
Tədbirdə təşviqat qrupunun üzvü Tahir Məmmədov, şəhid anası Züleyxa Davudova, Ömər Ömərov və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir: “Şübhə yoxdur ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar. İnamımız sarsılmaz, mövqeyimiz dəyişməzdir!”, - deyə vurğulanıb.
Görüşdə çıxış edən seçicilər YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

