İdmançılarınız böyük ehtimada layiqdirlər
19.08.2024 [15:57]
Bu gün idmanın inkişafına diqqət və qayğı Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İdmançılarımızın möhtəşəm qələbələri və ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı cənab İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə hər zaman xüsusi diqqət ayırır. Bu gün artıq Azərbaycan özünü bütün dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.
Ölkə Prezidentinin cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı etdiyi çıxışında qeyd olundu ki, Azərbaycanın Olimpiya Oyunlarındakı uğurları əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, ölkəmiz güclü idman dövlətidir. O cümlədən Azərbaycan idmançıları Paris Yay Olimpiya Oyunlarında da ölkəmizi ləyaqətlə təmsil etdilər və Azərbaycan Bayrağını yüksəyə ucaltdılar. Bu uğur bütün xalqımızı sevindirdi və qürurumuzu daha da artırdı. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
Cənab Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. Əlbəttə ki, biz daha çox medal qazana bilərdik. Amma idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı davamlı və ardıcıl surətdə gedir.
Bu gün ölkəmizdə ən çox yayılmış bir neçə idman növündə nəsillərin dəyişməsi, gənləşməsi prosesi gedir. Buna görə də dövlət başçısı növbəti Olimpiya Oyunlarına hazırlıq işlərinə məhz bu prizmadan yanaşmağın zəruriliyini qeyd etdi və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra daha çox diqqət göstərilməli olduğunu vurğuladı. Hazırda ölkəmizin hər bir yerində idmanla məşğul olmaq üçün gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərirlər. Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilir. Əminliklə demək olar ki, bədən tərbiyəsi və idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar həyata keçirilən məqsədyönlü tədbirlər bhundan sonra daha böyük uğurların təməlini qoyacaq.
David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

