/ / Pirallahıda "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində genişmiqyaslı abadlıq-quruculuq və ağacəkmə aksiyaları keçirilir
Pirallahıda "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində genişmiqyaslı abadlıq-quruculuq və ağacəkmə aksiyaları keçirilir
01.11.2024 [17:05]
Ölkəmizdə ətraf mühitin qorunması davamlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Ekosistemlərin qorunması, su və torpaq resurslarının mühafizəsi, hava çirklənməsinin azaldılması bu istiqamətdə atılan addımlardan biridir. Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sözügedən Sərəncam əsasında təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün respublikada olduğu kimi, rayonumuzda da silsilə tədbirlər həyata keçirilir. Oktyabrın 18-dən etibarən Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da agacəkmə aksiyalarına start verildi. Ölkəmizin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı rayomunuzda 18 mindən çox ağac və kollar əkildi.
1 noyabr 2024-cü il tarixində Pirallahı qəsəbəsində yerləşən rus, tatar və ləzgi etnik qruplarının dəfn edildiyi qədim qəbiristanlığın ətraf ərazilərində "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunmuşdur. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emin Abasov, RİH-nin Aparatının məsul əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri iştirak etmişdir. Tədbir zamanı ümumilikdə 300-dən çox kiparis əkilmişdir.
Eyni zamanda qeyd edək ki, cari ilin oktyabr ayı ərzində Bakı şəhəri və Abşeron yarımadasına yağan intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün Bakı şəhəri Pirallahı rayonu ərazisində Rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən Fövqəladə Hallar Komissiyasının üzvləri tərəfindən monitorinqlər aparılmışdır. Monitorinqlər zamanı rayon ərazisində yağış suları yığılan yerlər müəyyən edilmişdir. Əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin görülməsi sayəsində baş vermiş təbii fəlakətin fəsadları operativ şəkildə aradan qaldırılmışdır. Yağış sularından zərər çəkən ərazilərdən biri də Pirallahı qəsəbəsində yerləşən rus, tatar və ləzgi etnik qruplarının dəfn edildiyi qədim qəbiristanlığın bir hissəsi olmuşdur. Ərazi yağış suları altında qalmış və qismən zərər görmüşdür. Toplanmış yağış suyu dərhal nasos və xüsusi texnika vasitəsilə kənarlaşdırılmışdır. Qəbiristanlıqda eyni fəsadların gələcəkdə də baş verməməsi məqsədilə RİH başçısının tapşırığına əsasən icmaların iştirakı ilə qəbiristanlığa aid və bitişik 1,5 hektar ərazidə təmir-bərpa, abadlıq və xüsusi texnika vasitəsilə şaquli planlaşdırma işləri aparılmışdır. Belə ki, qəbiristanlığa aparan yollara 600 m³-ə yaxın karbonat materialı verilərək qrunt möhkəmləndirilmiş, aparılan işlərin nəticəsində ərazi zibillikdən təmizlənmiş, qurumuş kollar kəsilərək yığışdırılmışdır.
Aparılan işlərdən icma rəhbərləri və əhali məmnun qalaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Qədim tarixə, müxtəlif etnik tərkibə malik olan Pirallahı rayonunda dini və milli tolerantlıq mədəniyyəti yüksək səviyyədədir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

