İdmanın dinamik və hərtərəfli inkişafı
26.12.2024 [16:36]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Azərbaycanda ilin idman yekunlarının müzakirə olunması artıq gözəl bir ənənəyə çevrilib. Hər ilin sonunda cənab Prezident İlham Əliyevin, Milli Olimpiya Komitəsinin (MOK) rəhbər şəxslərinin, idmançıların iştirakı ilə tədbir keçirilərək idman nailiyyətləri dəyərləndirilir, görüləcək işlər, perspektiv planlar müəyyənləşdirilir, uğurlara imza atan idmançılar, veteranlar mükafatlandırılırlar. Bütün bunlar, təbii ki, respublikamızda idmanın inkişafına güclü impuls verir və ölkəmizdə idmanın inkişafı ardıcıl xarakter alır. Bu baxımdan 2024-cü il də istisna təşkil etməyib. Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2024-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Dövlətimizin başçısı tədbirdəki nitqində idmançılarımızın mötəbər beynəlxalq yarışlarda inamlı qələbələr qazanaraq dünyanın müxtəlif arenalarında himnimizi səsləndirmələrindən, bayrağımızı yüksəltmələrindən məmnunluğunu bildirib: “İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır.”
Onu da vurğulamaq lazımdır ki, ölkəmizdə idmanın dinamik və hərtərəfli inkişafı 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra başlayıb. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamisini tapdı. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verildi.
Qeyd etmək yerinə düşər ki, indiyədək görülən işlər, reallaşdırılan çoxsaylı tədbirlər ölkəmizdə müxtəlif idman növlərinin populyarlığının artmasına, daha çox sayda gəncin öz həyatını idmanla bağlamasına müsbət təsir göstərir. Son illərdə respublikamızda, nüfuzlu beynəlxalq yarışların, Avropa və dünya çempionatlarının keçirilməsi adi hala çevrilib. Qürurverici haldır ki, Azərbaycan ev sahibliyini üzərinə götürdüyü beynəlxalq səviyyəli turnirlərin təşkilində bir qayda olaraq özünün yüksək standartlarını müəyyən edir. Belə tədbirlər həmçinin cəmiyyətimizdə yüksək əhval-ruhiyyə yaradır, insanlara xoş ovqat bəxş edir. Sevindirici haldır ki, gənclərimiz belə mötəbər yarışların təşkilində könüllü kimi iştirak etməyə böyük həvəs göstərirlər və təbii ki, onların idmana marağı da artır. Son toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir: “Gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin”.
Xüsusi ilə qeyd etmək lazımdır ki, 2024-cü il Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, 1700-ə yaxın medal qazanmışlar. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. İdmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu qeyd edən dövlətimizin başçısı deyib ki, xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır.
Cənab Prezidentin bərpa olunan regionlarımızla bağlı idman ictimaiyyətinə və veteran idmançılara ünvanladığı mesaj da xüsusi diqqət çəkir: “Mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi, - indi idman mütəxəssisləri bunu yaxşı bilirlər, - əsas amildir”. Bu o deməkdir ki, idman ictimaiyyətinin tanınmış nümayəndələri daha tez-tez bölgələrə üz tutacaq və yeni idmançı nəslinin yetişməsinə öz töhfələrini verəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22