Azərbaycan beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasına nail olub
08.01.2025 [15:45]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibəsində AZAL-a məxsus təyyarənin qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ilə bağlı fikirlərini bildirib, hadisə ilə əlaqədar çox vacib məqamlara toxunub, mühüm faktlar səsləndirilib.
Dövlət başçısı qəza ilə bağlı məlumatı Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən aldığını, dərhal göstəriş verərək Bakıya döndüyünü və gələn kimi hava limanında operativ müşavirə keçirdiyini bildirib. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, onun göstərişi ilə Dövlət Komissiyası yaradılmış, və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir.
Ölkə başçısı Qazaxıstan tərəfinin yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmədiyini, buna baxmayaraq Azərbaycan həkimlərindən ibarət qrupun da ezam edildiyini diqqətə çatdırıb.
“Mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır” - deyən cənab Prezident bildirib ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atıldı.
Prezident İlham Əliyev müsahibəsində son versiyanın “qara qutu”lar açılandan sonra bəlli olacağını, ancaq ilkin versiyaların da kifayət qədər əsaslı və faktlara söykəndiyini bildirib. Ölkə başçısı faktların ondan ibarət olduğunu bildirib ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Dövlət başçısı onu da əlavə edib ki, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir.
Prezident İlham Əliyev Rusiyanın rəsmi qurumlarının qəza ilə bağlı hansısa qaz balonunun partlaması ilə bağlı irəli sürdüyü fikirlər , cəfəng versiyalar Rusiya tərəfinin məsələni açıq-aydın ört-basdır etmək istədiyini və bunun heç kimə başucalığı gətirmədiyini vurğulayb.
“Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”- deyə ölkə başçısı əlavə edib.
Prezident İlham Əliyev müsahibədə qeyd edib ki, qəzanın təfərrüatlarının tam araşdırılması məqsədi ilə Azərbaycan beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasına nail olub. Dövlət başçısı Rusiya tərəfinin rəsmi qaydada Azərbaycana Dövlətlərarası Aviasiya Komitəsinin bu işi araşdırmasını təklif etdiyini , lakin ölkəmizin qəti şəkildə bundan imtina etdiyini diqqətə çatdırıb və səbəbin də aydın olduğunu bildirib: “Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır ”.
Müsahibəsində təyyarə pilotları və ekipajın, xüsusilə qadın ekipaj üzvlərinin fəaliyyətini qiymətləndirən ölkə başçısı onların həm peşəkarlıq, həm soyuqqanlılıq göstərdiklərini, böyük insani davranış nümayiş etdirdiklərini bildirib. Cənab Prezident onların fəaliyyətinin Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcəyini diqqətə çatdırıb.
Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələbləri nədən ibarətdir? - sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycan öz tələblərini açıq şəkildə Rusiya tərəfinə çatdırdığını bildirdirib. Ölkə başçısı şərtləri açıqlayaraq qeyd edib ki, “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57

