Qazaxıstan Azərbaycan üçün hər zaman dost və qardaş ölkə olub
09.01.2025 [13:08]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Qeyd edək ki, Prezident İlham Əliyev Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırılmışdır, dərhal göstəriş verərək və təyyarə geri - Bakıya dönmüşdür. Hadisə ilə əlaqədar ölkə başçısının göstərişilə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idi. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır.
Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək lazım idi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu məsələni beynəlxalq ekspertlərin iştirakı ilə obyektiv araşdırma tələb etdiyini də vurğuladı. Rusiya tərəfindən daha çox öz nümayəndələrindən ibarət olan Dövlətlərarası Aviasiya Komitəsinin bu araşdırmaya rəhbərlik etməsi təklif edilsə də, bu, bizim tərəfdən qəbul edilmədi. Azərbaycan hökuməti, məsələnin tam təfərrüatlarının üzə çıxması üçün “qara qutu”ların təhlilini və obyektiv beynəlxalq araşdırmanı dəstəklədi. Bu qərar DAK-ın Rusiya məmurları ilə sıx əlaqələrinə və obyektivliyə olan inamsızlıqla əsaslandırıldı. Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən DAK-ın nümayəndələri ilə yanaşı, təyyarənin istehsalçı şirkəti – “Embraer”in, Braziliyanın müvafiq qurumlarının ekspertlərinin iştirakı ilə beynəlxalq işçi qrup yaradıldı. Dövlət başçısı müsahibəsində “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatlarının üzə çıxacağını qeyd etmişdir. Həmçinin, Azərbaycan Prezidenti təyyarə ekipajının peşəkarlığını yüksək qiymətləndirmişdir. Təyyarənin idarə olunmaz vəziyyətdə olmasına baxmayaraq, ekipaj qəza enişi etməyə nail olub, nəticədə sərnişinlərin çoxu xilas edilmişdir.
Hadisə zamanı Qazaxıstan xilasediciləri və tibb personalı tərəfindən göstərilən yardım Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi.Faciənin baş verdiyi andan Qazaxıstan Respublikası öz köməyini əsirgəməmişdir. Qəzanın ardınca fövqəladə hallar, təcili yardım xidmətlərinin əməkdaşlarının qəza yerində işlədiyi görünür. Qazaxıstan tərəfi də faciəyə yüksək operativlik və həssaslıq nümayiş etdirmişdir. Qısa zamanda iki ölkənin müvafiq orqanları arasında birbaşa məlumat mübadiləsi yaradıldı. Hadisə yerində xilasetmə işlərinə başlanıldı, eyni zamanda yaralılar üçün qan verən yerli sakinlərdən də kömək gəldi. Başlıcası, onu bildirmək lazımdır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəza ilə bağlı Dövlət Komissiyası yaradılıb. Həmçinin təyyarənin qəzaya uğraması ilə nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb. Bundan əlavə, Qazaxıstan və Azərbaycan ombudsmanları tərəfindən işçi qrupu yaradılıb. Qazaxıstan Qan Bankı Mərkəzi xəsarət alanların müalicəsi üçün qan verilməsinə ehtiyac olduğunu elan etdikdən sonra qanvermə aksiyasına qoşulmaq üçün yüzlərlə insan toplaşıb. Qazaxıstan ictimaiyyəti dərin anlayış nümayiş etdirdi: Azərbaycanın Qazaxıstandakı səfirliyi qarşısında gül dəstələri qoyuldu. Həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Qazaxıstanın Aktau, Kurık və Bautino limanlarında Xəzər dənizinə əklillər buraxılıb. Bu cür addımlar faciələr zamanı beynəlxalq həmrəyliyin vacibliyini göstərir ki, qazax xalqı da gördüyümüz kimi, əlindən gələnini etdi.
Hələ Qarabağ münaqişəsi zamanı ölkəmizi dəstəkləyən və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərində fəal iştirak edən Qazaxıstanın, bu ağır günlərimizdə xalqımıza dəstəyi onun dost və qardaşlığa sadiqliyinin açıq göstəricisidir!
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 23:47
İdman
20 Yanvar 23:31
Xəbər lenti
20 Yanvar 23:15
Siyasət
20 Yanvar 22:54
Dünya
20 Yanvar 22:35
Gündəm
20 Yanvar 22:34
Dünya
20 Yanvar 22:32
Dünya
20 Yanvar 22:19
İdman
20 Yanvar 21:57
Xəbər lenti
20 Yanvar 21:36
Elm
20 Yanvar 21:14
Gündəm
20 Yanvar 21:01
Dünya
20 Yanvar 20:52
İdman
20 Yanvar 20:36
Xəbər lenti
20 Yanvar 20:14
İdman
20 Yanvar 19:51
Xəbər lenti
20 Yanvar 19:34
Xəbər lenti
20 Yanvar 19:15
Xəbər lenti
20 Yanvar 19:06
Xəbər lenti
20 Yanvar 18:47
Sosial
20 Yanvar 18:17
Xəbər lenti
20 Yanvar 18:16
YAP xəbərləri
20 Yanvar 18:15
YAP xəbərləri
20 Yanvar 18:12
YAP xəbərləri
20 Yanvar 18:11
YAP xəbərləri
20 Yanvar 18:10
YAP xəbərləri
20 Yanvar 18:08
Xəbər lenti
20 Yanvar 18:01
Dünya
20 Yanvar 17:55
Sosial
20 Yanvar 17:49
Xəbər lenti
20 Yanvar 17:24
Dünya
20 Yanvar 17:13
Sosial
20 Yanvar 16:46
Sosial
20 Yanvar 16:25
İqtisadiyyat
20 Yanvar 15:54
Xəbər lenti
20 Yanvar 15:21
İqtisadiyyat
20 Yanvar 14:53
Siyasət
20 Yanvar 14:31
Xəbər lenti
20 Yanvar 14:07
Siyasət
20 Yanvar 14:01
Xəbər lenti
20 Yanvar 13:51
İqtisadiyyat
20 Yanvar 13:50
Sosial
20 Yanvar 13:42
YAP xəbərləri
20 Yanvar 13:01
Siyasət
20 Yanvar 12:45
Gündəm
20 Yanvar 12:08
Sosial
20 Yanvar 12:05
Siyasət
20 Yanvar 11:49
Hadisə
20 Yanvar 10:53
Dünya
20 Yanvar 10:49
Dünya
20 Yanvar 10:38
Xəbər lenti
20 Yanvar 10:33
Dünya
20 Yanvar 10:31
Siyasət
20 Yanvar 10:22
Xəbər lenti
20 Yanvar 10:17
İqtisadiyyat
20 Yanvar 10:16
Elm
20 Yanvar 10:08
Gündəm
20 Yanvar 09:57
Dünya
20 Yanvar 09:51
Dünya
20 Yanvar 09:34
Sosial
20 Yanvar 09:13
Xəbər lenti
20 Yanvar 08:51
Gündəm
20 Yanvar 08:33
Dünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23