Azərbayacan-Somali arasında qaşılıqlı əməkdaşlıq güclənməkdədir
19.02.2025 [16:41]
Azərbaycan və Somali arasında münasibətlər son illərdə sürətlə inkişaf etməkdədir. Xüsusilə 12 fevral 2025-ci ildə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində imzalanan sazişlər, ikitərəfli əlaqələrin gələcək inkişafı üçün mühüm mərhələ təşkil edir.
Azərbaycanla Somali Federativ Respublikası arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulmuşdur. 11 fevral 2025-ci ildə Somali prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərə gəlib. Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərə gələn ilk Somali Prezidentidir. Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Bundan əlavə, Somali-Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır.
Somali iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür. Bu mənada Somali Azərbaycanın inkişaf təcrübəsindən böyük ölçüdə yararlanmaq fikrindədir və qarşılıqlı fikir mübadiləsində bu sahəyə xüsusi önəm verilib.
Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yaxşı olanda çoxtərəfli münasibətlər inkişaf edir. Somali Federativ Respublikası ilə münasibətlərin inkişafı ilk növbədə Azərbaycanın milli maraqları kontekstində maraqlıdır. Belə ki, ölkəmizlə bağlı məsələlərin müzakirəsi zamanı digər dövlətlər kimi, BMT-də bir səsə malik olan Somalinin dəstəyi önəmli ola bilər. Somali dünya siyasətində xüsusi çəkiyə malik olmasa da, Azərbaycanın həllini gözlədiyi məsələlərlə bağlı mövqe bildirə bilər. Ermənistan sülh müqaviləsinin imzalanmasını uzadır, əleyhimizə dezinformasiya siyasəti aparır, silahlanır və s. Beynəlxalq aləmdə bu reallıqlar fonunda Azərbaycanı dəstəkləyən dövlətlərin sayının artması məqsədəuyğun olar. Bundan başqa, Somali ilə ticarət, iqtisadi əlaqələrin inkişafı ilə bağlı potensial var.
Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSiyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15

